"Elşən Musayev" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 45: | Sətir 45: | ||
2010-cu ildə Elşən Musayev 17 saylı Yasamal Üçüncü Seçki Dairəsindən namizədliyini irəli sürmüş, lakin seçilməmişdir. | 2010-cu ildə Elşən Musayev 17 saylı Yasamal Üçüncü Seçki Dairəsindən namizədliyini irəli sürmüş, lakin seçilməmişdir. | ||
− | 2015-ci və 2020-ci illərdə isə Elşən Musayev 110 saylı Zaqatala dairəsindən namizədliyini irəli sürmüş, birinci dəfə 13 280, ikinci dəfə isə 9 004 səs toplayaraq deputat seçilmişdir. | + | 2015-ci və 2020-ci illərdə isə Elşən Musayev 110 saylı Zaqatala dairəsindən namizədliyini irəli sürmüş, birinci dəfə 13 280, ikinci dəfə isə 9 004 səs toplayaraq deputat seçilmişdir. |
− | |||
− | |||
− |
02:08, 31 avqust 2020 versiyası
Elşən Musayev | |
---|---|
Musayev Elşən Məmmədhənifə oğlu | |
Elşən Musayev | |
Anadan olub | 1979 |
Anadan olduğu yer | Vartaşen rayonu, Azərbaycan SSR, SSRİ |
Atası | Məmmədhənifə Musayev |
Elşən Musayev — Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri. 2015 və 2020-ci illərdə 110 saylı Zaqatala Seçki Dairəsindən Milli Məclisə deputat seçilmişdir.
Haqqında məlumatlar
1979-cu ildə Vartaşen rayonunda anadan olub.
Şəkidən çıxmış görkəmli alim-pedaqoq və Azərbaycan Demokratik Maarifçilik Partiyasının qurucusu Məmmədhənifə Musayevin oğludur.
2004-cü ildən – atası Məmmədhənifə Musayevin vəfatından sonra, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri olub.
Azərbaycan Demokratik Maarifçilik Partiyası 2005-ci il parlament seçkisində mübarizəyə qoşulmuş, lakin növbəti dəfə Milli Məclisdə təmsil olunmaq hüququ əldə edə bilməmişdir.
2010-cu ildə Elşən Musayev 17 saylı Yasamal Üçüncü Seçki Dairəsindən namizədliyini irəli sürmüş, lakin seçilməmişdir.
2015-ci və 2020-ci illərdə isə Elşən Musayev 110 saylı Zaqatala dairəsindən namizədliyini irəli sürmüş, birinci dəfə 13 280, ikinci dəfə isə 9 004 səs toplayaraq deputat seçilmişdir.