2.330 bayt əlavə edildi
, 20:48, 20 mart 2020
[[Kateqoriya:L]]{{Musiqiçi
|Peşəsi = xanəndə
|Şəkil = Lütfəli Məmmədov..jpg
|Şəkil məlumat=
|Şəkil miqyası = 200
|Fəaliyyəti = klassik musiqi ansamblı
|Adı = Lütfəli Məmmədov
|Tam adı =
|Digər adları =
|Doğum tarixi ={{doğum tarixi və yaşı|1919|8|14}}
|Doğum yeri = [[Şəki]], [[Azərbaycan]]
|Vəfatı = 25 mart 1994
|Vəfat yeri = [[Şəki]], [[Azərbaycan]]
|Vəfat səbəbi =
|Mükafatları =
|Sayt =
|IMDB =
}}
'''Lütfəli Əliheydər oğlu Məmmədov''' ([[17 mart]] [[1968]], [[Şəki]]) — azərbaycanlı muğam ifaçısı, xanəndə.
== Həyatı ==
Lütfəli Əliheydər oğlu Məmmədov 1919-cu il avqustun 14-də Şəki anadan olub. Uşaq yaşlarından el şənliklərində müntəzəm olaraq Şəmsəddin Abdullayev, İsmayıl Mustafayev, İsabala Mustafayev, Yunis Qarabağlı kimi xanəndələrin ifaları və muğamata həvəsi sayəsində Yunis Qarabağlıdan dərs alır. Kütləvi bayram tədbirlərində, el şənliklərində muğam, təsnif və xalq mahnılarını oxumuşdur.
1941-ci ildə müharibəyə getmiş və döyüşlərdə yaralanmışdır. 1945-ci ildə cəbhədən qayıtdıqdan sonra Şəki 1 saylı Əyirici fabrikində işə düzəlir. Uzun illər ipək kombinatının klubundakı bədii özfəaliyyət dərnəyinin fəal üzvü olur. Sonralar fəaliyyətini Şəki şəhər mədəniyyət evində davam etdirir.
Lütfəli Məmmədov “Segah”, “Rast”, “Mahur”, “Şahnaz” muğamlarının, “Heyratı”, “Arazbarı”, “Mənsuriyyə”, “Qarabağ şikəstəsi” ritmik muğamlarının, “Nəbi”, “Gül açdı”, “Bəh-bəh”, “Sona bülbüllər” xalq mahnılarının əvəzsiz ifaçılarından olmuşdur.
Müharibədə göstərdiyi sücaətlərə görə o, SSRİ-nin bir çox orden və medalları ilə təqdim olunmuş, Respublika Əhəmiyyətli tədbirlərdə fəal iştirakına görə isə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin və Respublika Xalq Yaracılığı evinin diplom və fəxri fərmanları, qiymətli hədiyyələri ilə mükafatlandırılmışdır.
Zil səsə malik olan ustad xanəndə 25 mart 1994-cü ildə 75 yaşında vəfat etmişdir.
[[Kateqoriya:Xanəndələr]]
[[Kateqoriya:Azərbaycan müğənniləri]]
[[Kateqoriya:Şəkidə doğulanlar]]
[[Kateqoriya:Şəkidə vəfat edənlər]]