"Xəyyam Mirzəzadə" səhifəsinin versiyaları arasındakı fərqlər
(Səhifəni 'Kateqoriya:X{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış musiqiçilərKateqoriya:Şək...' ilə yarat) |
(Fərqli deyil)
|
04:48, 21 oktyabr 2020 versiyası
Xəyyam Mirzəzadə | |
---|---|
Xəyyam Hadı oğlu Mirzəzadə | |
Şəxsi məlumatlar | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Xəyyam Hadı oğlu Mirzəzadə — Azərbaycan bəstəkarı, pedaqoq, Lenin komsomolu mükafatı laureatı (1970), Azərbaycanın əməkdar incəsənət xadimi (1972), Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1975, 1986), professor (1979), Azərbaycan SSR xalq artisti (1987), "Şöhrət" (2000), "Şərəf" ordeni laureatı (2010).
Həyatı
Xəyyam Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Həmin ildən orada çalışır. 1969-1983-cü illərdə kompozisiya kafedrasının müdiri olub.
Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunub. 30-dan artıq kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə, populyar mahnılara musiqi bəstələmişdir.[1]
Xəyyam Mirzəzadə 52 il Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olduqdan sonra oradan ayrılıb.[2]
Görkəmli bəstəkar 30 iyul 2018-ci ildə, 82 yaşında uzun sürən xəstəlikdən sonra evində dünyasını dəyişmişdir.[3] II Fəxri Xiyabanda dəfn olunmuşdur.
Mükafatları
- Azərbaycan SSR Lenin komsomolu mükafatı — 1970
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 19 aprel 1972[4]
- Azərbaycan SSR dövlət mükafatı — 1975, 1986[5]
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 11 dekabr 1987
- Şöhrət ordeni — 4 oktyabr 2000
- "Şərəf" ordeni — 7 oktyabr 2010
Haqqında
Haqqında "Bir ömrün fəsilləri: Xəyyam Mirzəzadə-75" adlı sənədli film çəkilmişdir.[6]
Əsərləri
Baletləri
- "Ağlar və qaralar (balet)"(2000)
Kamera orkestri üçün
- Musiqi (1964)
- Üç xoreoqrafik şəkil (1969)
Simfonik orkestr üçün
- I Simfoniya (1957)
- II Simfoniya (Triptix, 1970)
- Kiçik lirik süita (1963)
- Oçerklər-63 simfonik poema (1963)
- "Muğan çöllərində" süitası (1967)
Xor, solist və simfonik orkestr üçün
- "Çiçəklən, Vətənim" (1964) — E. Mahmudovla birgə, sözləri: Zeynal Cabbarzadə
- Partiya haqqında oda (1975) — sözləri: Bəxtiyar Vahabzadə
Ağacdan nəfəs alətləri üçün
- Sekstet (1962)
Misdən nəfəs alətləri üçün
- Kvartet (1970)
Simli kvartet üçün
- I Kvartet (1956)
- II Kvartet (1961)
- Dörd miniatür (1958)
- Noraşen rəqsləri (1972)
Skripka və fortepiano üçün
- Sonatina (1950)
- Poema vä sketso (1952)
Filmoqrafiya
İstinadlar
- ↑ Solmaz Qasımova — Xəyyam Mirzəzadə haqqda məqalə sayt Musiqi Dünyası
- ↑ LentAz Xəyyam Mirzəzadə: “Azərbaycan bəstəkarlıq məktəbi yoxdur”
- ↑ "Xalq artisti Xəyyam Mirzəzadə vəfat edib" (Azerbaijani). xezerxeber.az. 30 İyul 2018. İstifadə tarixi: 30 İyul 2018.
- ↑ Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası işçilərinə fəxri adlar verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 19 aprel 1972-ci il tarixli Fərmanı — anl.az saytı
- ↑ Ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1976-cı il Azərbaycan SSR Dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1976-cı il tarixli Qərarı — anl.az saytı
- ↑ Ələsgərli, K. Bir ömrün fəsilləri: Xəyyam Mirzəzadə-75: [Bəstəkar Xəyyam Mirzəzadəyə həsr olunmuş sənədli film haqqında] //Qobustan: sənət toplusu. — 2011.- № 2.- S.76-78.
Xarici keçidlər
- Bir ömrün fəsilləri. Bəstəkar Xəyyam Mirzəzadə — veriliş sayt Youtube
- Xəyyam Mirzəzadə — "Axşama doğru" və "Gəzinti" musiqi parçaları
- İlhamə Quliyeva — Sırğalar (Sırğamın qaşı zümrüd) sayt Youtube
- Oqtay Ağayev — Köhnə qayalar — sözlər: Anar
- Xəyyam Mirzəzadə — Kapriççio sayt Youtube
- Xəyyam Mirzəzadə — Triptix, I hissə sayt Youtube
- Xəyyam Mirzəzadə — Triptix, II hissə sayt Youtube
- Xəyyam Mirzəzadə — Triptix, III hissə sayt Youtube
Həmçinin bax
- Hadi Mirzəzadə
- Çimnaz Mirzəzadə
- Ağlar və qaralar (balet)[[es:Khayyam Mirzazade[[]]fr:Khayyam Mirzazade]]