9.818 bayt əlavə edildi
, 05:28, 5 dekabr 2020
[[Kateqoriya:Ə]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəkidən çıxmış alimlər]]{{Alim
|adı = Əbdürrəhim Hacızadə
|orijinal adı = Hacızadə Əbdürrəhim Məmmədiyyə oğlu
|digər adları =
|Şəkil = AbdurrehimHacizade.jpg
|şəklin ölçüsü =
|şəklin izahı = Əbdürrəhim Hacızadə
|piktoqram =
|doğum tarixi ={{Doğum tarixi|1920|2|16}}
|doğum yeri = [[İnçə (Şəki)|İnçə kəndi]], [[Nuxa qəzası]]
|vəfat tarixi = {{Vəfat tarixi və yaşı|1991|10|3|1920|2|16}}
|vəfat yeri = [[Bakı]]
|vəfat səbəbi =
|dəfn yeri =
|vətəndaşlığı = {{USSR}} {{AZE}}
|milliyyəti =
|həyat yoldaşı =
|uşağı =
|atası =
|anası =
|elm sahəsi = [[Coğrafiya]]
|elmi dərəcəsi = Coğrafiya elmləri doktoru (1971)
|elmi adı = Professor
|iş yeri = [[BDU]] İqtisadi və sosial coğrafiya kafedrası
|alma-mater =
|təhsili = [[BDU]]-nun Geologiya-coğrafiya fakültəsi
|elmi rəhbəri =
|tanınmış yetirmələri =
|tanınır =
|mühüm layihələri =
|üzvlüyü =
|mükafatları =
|imzası =
|saytı =
|vikianbar =
}}
'''Əbdürrəhim Məmmədiyyə oğlu Hacızadə''' - (16 fevral 1920 - 3 oktyabr 1991) coğrafiya elmləri doktoru, professor, Azərbaycanın [[coğrafiya]] tarixində şərəfli yer tutan böyük simalardan biridir. Onun ən böyük elmi nailiyyətləri Azərbaycanda güclü iqtisadi coğrafi məktəb yaratması, əraziistehsal və ərazi-sənaye komplekslərinin ölkədə ən böyük tədqiqatçısı olması, ölkəmizi dünyaya tanıtması, yüksək ixtisaslı kadrlar hazırlaması olmuşdur.
== Həyatı ==
Əbdürrəhim Hacızadə 16 fevral 1920-ci ildə [[Şəki]] rayonun İnçə kəndində məktəb müəllimi ailəsində anadan olmuşdur.<ref name=":1">Aydəmir, Şahin. ''100 Böyük Şəkili.'' Bakı, Xəzər Nəşriyyatı, 2012. Səh.90</ref> Babası Hacı Əbdürrəhim xırda mülkədar olmasına baxmayaraq, Sovet hökumətinin qurulması ilə atası Məmmədiyə Hacızadə Rus məktəbində Azərbaycan dili müəllimi vəzifəsində çalışırdı. Anası Bəxti Kərim qızı İsmayılova İrəvan xanlarının nəslindən idi, və onun babası Ağa Hüseyn xan general-qubernator rütbəsində çar administrasiyası tərəfindən Nuxa mahalına başçı kimi göndərilmişdi.<ref>Гаджиев, Айдын. ''[http://azeribooks.narod.ru/proza/aydin_gadjiyev/vse_ponyat.htm Все понять, но не все простить]''. Баку, 2009.</ref> Orta təhsilini Şəkidə alan Ə.M.Hacızadə 1938-ci ildə Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsinə qəbul olmuş və 1946-cı ildə həmin fakültəni bitirmişdir.<ref name=":0">Ə.Hacızadə, T. Həsənov. ''[http://elibrary.bsu.az/yenii%5Cyeni_kitablar%5Chasanov_hacizade_cografiya_tarixi.pdf Çoğrafiya Tarixi]'' [http://elibrary.bsu.az/yenii%5Cyeni_kitablar%5Chasanov_hacizade_cografiya_tarixi.pdf ''- dərs vəsaiti'']. Bakı, Bakı Universitetinin Nəşriyyatı, 2001. Səh 82-83</ref> 1941-ci ildə qardaşı Hüseyn ilə bərabər Qızıl Ordunun sıralarına çağırılmış və cəbhəyə yollanmışdı. 1946-cı ildə o, ali təhsilini başa vurmuş və 1953-cü ildə məşhur Şəkili tacir Düyüçü Cəfər nəslindən olan Şüküfə xanım Əbdürəhmanlı ilə ailə qurmuşdur. Bu nikahdan iki oğlu olmuşdur.<ref name=":1" />
== Elmi fəaliyyəti ==
Ə.M.Hacızadə 1950-ci ildə "Kəlbəcər-Laçın iqtisadi rayonunun iqtisadi-coğrafi səciyyəsi" mövzusunda namizədlik, 1971-ci ildə isə «Azərbaycanın sənaye kompleksi: onun inkişafı və ərazi təşkilinin coğrafi problemləri» mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 1959-cu ildə dosent, 1973-cü ildə isə professor elmi adına layiq görülmüşdür. Ə.M.Hacızadənin təşəbbüsü və yaxından iştirakı ilə 1960-cı ildə universitetin geologiya-coğrafiya fakültəsi nəzdində yeni İqtisadi coğrafiya kafedrası yaradılmış və o, 1989-cu ilədək fasiləsiz olaraq həmin kafedranın müdiri vəzifəsində işləmişdir.<ref>Bakı Dövlət Universitetinin professorları. - Bakı, 2014</ref>
Ə.M.Hacızadə 190-dan çox elmi əsərin müəllifidir. Onların arasında «Azərbaycan iqtisadi rayonu», «Azərbaycan SSR-nin əhalisi və onun məskunlaşması», «[[SSRİ]]-nin iqtisadi coğrafiyası və həmçinin «Zaqafqaziya respublikalarının coğrafiyası» və «Qafqaz» kollektiv monoqrafiyaları üçün yazdığı bölmələr böyük marağa səbəb olmuşdur. Azərbaycan Respublikasının və Bakının iqtisadi coğrafi səciyyəsinə aid kitabları ilk dəfə olaraq ingilis, fransız, ispan, ərəb, hind və başqa xarici dillərə tərcümə olunmuşdur. Onun elm yaradıcılığının başlıca mahiyyətinin iqtisadi-coğrafi ərazi komplekslərinin araşdırılması təşkil edirdi. İstər bütöv respublika və ya onun təsərrüfat sahələrinin, istərsə də ayrı-ayrı regionlarının tədqiqində kompleks yanaşma prinsipinə dönmədən əməl etmişdir. Bu cəhətdən onun çoxillik yaradıcılıq fəaliyyətinin yekunu olaraq başa çatdırdığı «Azərbaycanın sənaye kompleksi», «Azərbaycan sənayesinin inkişafının təbii ehtiyatları» əsərləri elmimizin sanballı tədqiqat nümunəsi kimi hesab olunurlar. Vəfatından sonra, 2001-ci ildə, onun "Coğrafiya tarixi" ali məktəblər üçün dərs vəsaiti işıq üzü görmüşdür. İlk dəfə olaraq o öz tədqiqatlarında sadə təsvirlərdən dərin təhlilə keçərək təbii ehtiyatların bal göstəriciləri ilə iqtisadi coğrafi qiymətləndirilməsini aparmış, sənayenin ümumi və hər birinin ayrılıqda istehsalərazi kompleksləri şəklində formalaşmasının təbii-iqtisadi əsaslarını tədqiq etmişdir. O, Azərbaycan sənaye kompleksində tam istehsal silsilələrinin yaradılmasının metodlarını, əhəmiyyətini və əlaqələrini ətraflı şəkildə təhlil etmiş və orijinal xəritə-sxemlərini vermişdir. Onun elmi əsərlərindəki əməli təkliflər Azərbaycan təsərrüfat sahələrinin daha səmərəli yerləşdirilməsində, düzgün iqtisadi-coğrafi rayonlaşdırma aparılmasında xüsusi əhəmiyyət kəsb etmişdir.<ref>Ə. Məmmədov, F. Xaliqov. ''Şəki. Alim və ziyalılar''. Bakı, Bakı Universiteti Nəşriyyatı, 2002. Səh. 208-209.</ref>
Ə.M.Hacızadə Azərbaycanın dövlət-plan və idarə orqanları tərəfindən sifarişlər verilən böyük iqtisadi əhəmiyyəti olan iri miqyaslı elmi konstruktiv xarakterli tədqiqat işlərinin yerinə yetirilməsinə rəhbərlik etmişdir. Belə mühüm işlərdən tətbiqi əhəmiyyətli Azərbaycanın alüminium xammal ehtiyatları və istifadəsinin iri miqyaslı xəritəsinin, [[Bakı]] aqlomerasiyası, Filizçay polimetal, [[Naxçıvan]] dağ-kimya komplekslərini və s. göstərmək olar. Ə.M.Hacızadə müxtəlif iqtisadi xəritələrin tərtibinə ciddi yanaşırdı. Məktəblər üçün divar xəritələri, Azərbaycanın 1963-cü ildə buraxılmış və Dövlət mükafatına layiq görülmüş kompleks atlasında verilən iqtisadi coğrafi xəritələrin əksəriyyəti onun müəllifliyi və redaktəsi ilə hazırlanmışdır. Azərbaycan Ensiklopediyası üçün yazılan diyarşünaslıq, iqtisadi coğrafiya məqalələrinin, ensiklopediya sözlüyünün çoxunun müəllifi olmuşdur.<ref name=":0" />
== Yeni kadrların hazırlanması ==
Ə.M.Hacızadənin yüksək ixtisaslı coğrafiya kadrları hazırlanması istiqamətində də böyük xidmətləri olmuşdur. Onun təşəbbüsü və yaxından iştirakı ilə 1983-cü ildə Bakı Dövlət Universitetində iqtisadi coğrafiya üzrə elmlər namizədi alimlik dərəcəsi almaq üçün müdafiə elmi şurası təşkil olunmuş və həmin şurada Azərbaycandan və qonşu Gürcüstan, Ermənistan, Orta Asiya respublikalarından, Ukraynadan, Rusiyanın bir çox cənub regionlarından 20 dən çox namizədlik dissertasiyası müdafiə olunmuşdur. Bununla yanaşı Ə.M.Hacızadə bir çox Respublikalarda elmi rəhbər olmuşdur. Onun rəhbərliyi ilə 14 elmlər namizədi hazırlanmışdır. Ə.M.Hacızadə Azərbaycan Coğrafiya Cəmiyyətinin (1959-cu ildə) vitse-prezidenti, iqtisadi coğrafiya şöbəsinin daimi sədri, keçmiş SSRİ Coğrafiya Cəmiyyətinin qurultaylarının iştirakçısı, Universitetlərin Elmi-metodiki şurasının iqtisadi coğrafiya şöbəsinin üzvü olmuşdur. Professor Ə.M.Hacızadə ömrünü elmə, ixtisaslı mütəxəssislər yetişdirilməsinə sərf etmiş daim axtarışda olan yüksək səviyyəli bir alim olmuşdur.<ref name=":0" />
== Əsərlər ==
* ''SSRİ-nin iqtisadi coğrafiyası'' (Bakı,1963), İqtisadi və sosial coğrafiya üzrə ali məktəblər üçün dərslik.
* ''Bakı - iqtisadi-coğrafi səciyyəsi'' (Bakı, 1970)
* ''Azərbaycanın sənaye kompleksi, onun coğrafi problemlər''i (Bakı,1975), rus dilində
* ''Əhali coğrafiyası''. Ş.Y.Göyçayski (Bakı,1979), tərcümə
* ''İqtisadi coğrafiyaya giriş''. Y.Q.Sauşkin (Bakı,1981), tərcümə
* ''Azərbaycan SSR-in sənayesinin inkişafının təbii ehtiyatları,'' (Bakı,1983)
* ''Coğrafiya tarixi'' (Bakı, 2001), ali məktəblər üçün dərs vəsaiti (Tapdıq Həsənov ilə birlikdə)
== İstinadlar ==
{{İstinad siyahısı}}
[[az:Əbdürrəhim Hacızadə]]