"Osman Məmmədov" səhifəsinin versiyaları arasındakı fərqlər
(Səhifəni 'Kateqoriya:O{{Şəxs |Adı = Osman Abdukərim oğlu Məmmədov |Orijinal adı = |Şəkil = Osman_Məmmədov.jpg |Şəkil miqyası = |...' ilə yarat) |
(Fərqli deyil)
|
23:38, 25 mart 2020 versiyası
Osman Abdukərim oğlu Məmmədov | |
---|---|
Osman Abdukərim oğlu Məmmədov | |
Osman Məmmədov | |
Anadan olub | 23 aprel 1970 |
Anadan olduğu yer |
SSRİ Azərbaycan SSR, Şəki rayonu, Baş Şabalıd |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Azərbaycan Dövlət Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutu (1990 – 1995) |
Osman Məmmədov (Osman Abdukərim oğlu Məmmədov; d. 23 aprel 1970, Baş Şabalıd, Şəki rayonu, Azərbaycan SSR, SSRİ) — “Korrupsiya və dövlətçilik” qəzetinin təsisçisi, “Korrupsiya və Cəmiyyət” jurnalının baş redaktoru (2005-ci ildən). VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 114 saylı Şəki Kənd Birinci Seçki dairəsindən namizəd olub.
Haqqında məlumatlar
1970-ci ildə Şəki rayonunun Baş Şabalıd kəndində anadan olub.
1987-ci ildə Baş Göynükdəki 1 saylı orta məktəbi bitirib.
1988 – 1990-cı illərdə sovet ordusunda hərbi xidmət edib.
1990 – 1995-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda ali təhsil alıb.
1996-cı ildən mətbuatda müxtəlif vəzifələrdə işləyib.
2002-ci ildən Azərbaycan Təhsil Problemləri İnstitutunun normativ sənədlər şöbəsində, sonralar isə “Spektr” ictimai-siyasi jurnalında çalışıb.
2005-ci ildən “Korrupsiya və Cəmiyyət” adlı ictimai-siyasi jurnalın baş redaktorudur.
“Korrupsiya və dövlətçilik” qəzetinin təsisçisidir.
2018 – 2020-ci illər arasında Azərbaycandan Osmanlı Türkiyəsinə XIX əsrdə mühacirət etmiş soydaşlarımızın həyatının araşdırılması ilə məşğul olmuş və bir-birindən ayrı düşmüş qohumların arasında əlaqə yaratmağa müvəffəq olmuşdur. Hal-hazırda bu istiqamətdə fəaliyyətini davam etdirir.
Ailəlidir, iki övladı vardır.