"Rəşid Axundov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 58: | Sətir 58: | ||
1899-cu ildə Mirzə Şərif Mirzəyevlə birgə M.F.Axunuvun “Puşkinin ölümünə Şərq poeması”nı əlavə qeydlə “Kavkaz” qəzetində dərc etdirib. | 1899-cu ildə Mirzə Şərif Mirzəyevlə birgə M.F.Axunuvun “Puşkinin ölümünə Şərq poeması”nı əlavə qeydlə “Kavkaz” qəzetində dərc etdirib. | ||
− | Həmçinin, Alfred dö Breanın “Bir balaca parijlinin həyatı” romanını fransızcadan azərbaycan dilinə çevirib<ref name=Q1 group=qeyd/>. Bu əsər fransız dilindən | + | Həmçinin, Alfred dö Breanın “Bir balaca parijlinin həyatı” romanını fransızcadan azərbaycan dilinə çevirib<ref name=Q1 group=qeyd/>. Bu əsər fransız dilindən azərbaycan dilinə ilk birbaşa bədii tərcümə kimi dəyərlidir. |
=== İctimai aktivliyi === | === İctimai aktivliyi === |
18:44, 27 yanvar 2021 versiyası
Rəşid Axundov | |
---|---|
Axundov Rəşid Mirzə Fətəli oğlu | |
Rəşid Axundov. | |
Anadan olub | 29 yanvar 1854 | (10 fevral)
Anadan olduğu yer | Tiflis, Tislis quberniyası, Rusiya İmperiyası |
Vəfat edib | yanvar yanvar 1909 |
Atası | Mirzə Fətəli Axundov |
Anası | Tubu Axund Hacı Ələsgər qızı |
İxtisası | yol mühəndisi |
Təhsili | Sankt-Peterburq Yol Mühəndisləri İnstitutu ( – 1884) |
Rəşid Fətəli oğlu (1854 – 1909) — yol mühəndisi, poliqlot və tərcüməçi, Mirzə Fətəli Axundovun oğlu.
Haqqında məlumatlar
29 yanvar (10 fevral) 1854-cü ildə Tiflisdə anadan olub.
Təhsili
1863 – 1872-ci illərdə Tiflis 1-ci klassik gimnaziyasında təhsil alıb.
1874-cü ildə Belçika Liberal Universitetinə daxil olub, lakin 1882-ci ildə təhsilini yarımçıq buraxaraq Tiflisə qayıdıb.
1884-cü ildə Sankt-Peterburq Yol Mühəndisləri İnstitutunu bitirib.
Əmək fəaliyyəti
1884-cü ildə Tiflisdə Qafqaz Dairəsi Yollar İdarəsində işləməyə başlayıb.
1895-ci ildə Tiflisdə mühəndis işləyirdi.
1905-ci ildə Qafqaz Dairəsi Yollar İdarəsinin sərəncamında olan 9-cu dərəcəli mühəndis vəzifəsinin icraçısı, quberniya katibi idi.
Ədəbi yaradıcılığı
1872-ci ildə – 18 yaşında, “Şarl Mismerin Ali paşaya məktubu” fəlsəfi əsərini fransızcadan ruscaya çevirib. Atası bu haqda yazırdı: “Rusca tərcüməsi çox gözəl və düzgün çıxdı... Bu yaxınlarda “Qafqaz” qəzetində çap ediləcəkdir”.
Həmçinin, hələ Tiflisdə gimnaziyada oxuyarkən “Tarixin panteonu” adlı 407 səhifədən ibarət ensiklopedik lüğət də tərtib etmişdir. Qədim tarix, orta əsrlər tarixi, yeni dövr tarixi və Rusiya tarixi kimi 4 bölümdən ibarət bu əsər azərbaycan dilində tərtib olunmuş ilk ensiklopedik sözlüklərdəndir.
1899-cu ildə Mirzə Şərif Mirzəyevlə birgə M.F.Axunuvun “Puşkinin ölümünə Şərq poeması”nı əlavə qeydlə “Kavkaz” qəzetində dərc etdirib.
Həmçinin, Alfred dö Breanın “Bir balaca parijlinin həyatı” romanını fransızcadan azərbaycan dilinə çevirib[qeyd 1]. Bu əsər fransız dilindən azərbaycan dilinə ilk birbaşa bədii tərcümə kimi dəyərlidir.
İctimai aktivliyi
1906-cı ildən Tiflis Müsəlman Xeyriyyə Cəmiyyəti təftiş komisyonunun üzvü olub.
Vəfatı
1909-cu ilin yanvar ayında – 55 yaşında, ruhi sarsıntı keçirərək tapanca ilə özünə qəsd edib.
Ailəsi
Məlikcahan xanım Hacı Böyük bəy qızı Nurubəyova (1870 – 1927) ilə ailə qurmuşdu.
Fətəli adlı bir oğlu olub.
Ailə fotoşəkilləri[qeyd 2]
Mirzə Fətəli Axundov (Rəşid Axundovun atası).
Qeydlər
- ↑ M.F.Axunovun sənədləri arasında tapılan “Jan Blan və ya balaca skripkaçı” (yaxud “Balaca parijlinin həyatı”) romanı onun əsəri sayılaraq onun adı altında da nəşr edilib. Ancaq sonrakı araşdırmalar təsdiq edib ki, bu, fransız yazışısı Alfred dö Breanın eyni adlı romanının dilimizə tərcüməsindən başqa bir şey deyil, tərcüməçi isə Rəşid bəy Axundzadədir.
- ↑ Fotoşəkillər professor Ədalət Tahirzadə tərəfindən Şəki Ensiklopediyasına təqdim edilib.
Ədəbiyyat
- Mərdanov M.C., Tahirzadə Ə.Ş. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (ensiklopedik soraq kitabı). — F – İ hərfləri. — Bakı: Təhsil, 2019. — III cild. — Səh.: 386 – 391.