"Rəşid Axundov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 1: Sətir 1:
[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]]
+
[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəkidən çıxmış şair və yazıçılar]]
 
{{Şəxs
 
{{Şəxs
 
  |Adı              = Rəşid Axundov
 
  |Adı              = Rəşid Axundov
 
  |Tam adı          = Axundov Rəşid Mirzə Fətəli oğlu  
 
  |Tam adı          = Axundov Rəşid Mirzə Fətəli oğlu  
  |Piktoqram        = bio <!--“bio” sözünü yazar, kitab, diplomat, filosof, newspaper, riyaziyyat, fizika, kimya, biologiya, tibb, tarix, arxeologiya və musiqi və s. variantlarından (bütün variantlar burada: [[Şəki Ensiklopediyası:Layihə/Piktoqramlar]]) hər hansı biri ilə əvəz edə bilərsiniz-->
+
  |Piktoqram        = yazar <!--“bio” sözünü yazar, kitab, diplomat, filosof, newspaper, riyaziyyat, fizika, kimya, biologiya, tibb, tarix, arxeologiya və musiqi və s. variantlarından (bütün variantlar burada: [[Şəki Ensiklopediyası:Layihə/Piktoqramlar]]) hər hansı biri ilə əvəz edə bilərsiniz-->
 
  |Şəkil            = Rəşid Axundov2.jpg
 
  |Şəkil            = Rəşid Axundov2.jpg
 
  |Şəklin ölçüsü    =  
 
  |Şəklin ölçüsü    =  
Sətir 86: Sətir 86:
 
|group=qeyd
 
|group=qeyd
 
|refs=
 
|refs=
<ref name=Q1> M.F.Axunovun sənədləri arasında tapılan “Jan Blan və ya balaca skripkaçı” (yaxud “Balaca parijlinin həyatı”) romanı onun əsəri sayılaraq onun adı altında da nəşr edilib. Ancaq sonrakı araşdırmalar təsdiq edib ki, bu, fransız yazışısı Alfred dö Breanın eyni adlı romanının dilimizə tərcüməsindən başqa bir şey deyil, tərcüməçi isə Rəşid bəy Axundzadədir.</ref>
+
<ref name=Q1> M.F.Axunovun sənədləri arasında tapılan “Jan Blan və ya balaca skripkaçı” (yaxud “Balaca parijlinin həyatı”) romanı onun əsəri sayılaraq onun adı altında da nəşr edilib. Ancaq sonrakı araşdırmalar təsdiq edib ki, bu, fransız yazıçısı Alfred dö Breanın eyni adlı romanının dilimizə tərcüməsindən başqa bir şey deyil, tərcüməçi isə Rəşid bəy Axundzadədir.</ref>
 
<ref name=Q2> Fotoşəkillər professor [[Ədalət Tahirzadə]] tərəfindən Şəki Ensiklopediyasına təqdim edilib.</ref>}}
 
<ref name=Q2> Fotoşəkillər professor [[Ədalət Tahirzadə]] tərəfindən Şəki Ensiklopediyasına təqdim edilib.</ref>}}
  

20:21, 27 yanvar 2021 versiyası

Rəşid Axundov
Axundov Rəşid Mirzə Fətəli oğlu
Rəşid Axundov
Rəşid Axundov.
Anadan olub 29 yanvar 1854(1854-01-29) (10 fevral)
Anadan olduğu yer Tiflis, Tislis quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat edib yanvar yanvar 1909(1909-01-00)
Atası Mirzə Fətəli Axundov
Anası Tubu Axund Hacı Ələsgər qızı
İxtisası yol mühəndisi
Təhsili Sankt-Peterburq Yol Mühəndisləri İnstitutu ( – 1884)

Rəşid Fətəli oğlu (1854 – 1909) — Mirzə Fətəli Axundovun oğlu, Sankt-Peterburq Yol Mühəndisləri İnstitutunun məzunu, yol mühəndisi. Rusiya İmperiyasının quberniya katibi(ru) mülki məmur rütbəsini də daşıyıb, həmçinin, fransızcadan ruscaya və azərbaycancaya bədii tərcümə işi ilə məşğul olub.

Haqqında məlumatlar

29 yanvar (10 fevral) 1854-cü ildə Tiflisdə anadan olub.

Təhsili

1863 – 1872-ci illərdə Tiflis 1-ci klassik gimnaziyasında təhsil alıb.

1874-cü ildə Belçika Liberal Universitetinə daxil olub, lakin 1882-ci ildə təhsilini yarımçıq buraxaraq Tiflisə qayıdıb.

1884-cü ildə Sankt-Peterburq Yol Mühəndisləri İnstitutunu bitirib.

Əmək fəaliyyəti

1884-cü ildə Tiflisdə Qafqaz Dairəsi Yollar İdarəsində işləməyə başlayıb.

1895-ci ildə Tiflisdə mühəndis işləyirdi.

1905-ci ildə quberniya katibi(ru) mülki məmur rütbəsində olub və Qafqaz Dairəsi Yollar İdarəsinin sərəncamındakı 9-cu dərəcəli mühəndis vəzifəsinin icraçısı idi.

Ədəbi yaradıcılığı

1872-ci ildə – 18 yaşında, “Şarl Mismerin Ali paşaya məktubu” fəlsəfi əsərini fransızcadan ruscaya çevirib.

Həmçinin, hələ Tiflisdə gimnaziyada oxuyarkən “Tarixin panteonu” adlı 407 səhifədən ibarət ensiklopedik lüğət də tərtib etmişdir. Qədim tarix, orta əsrlər tarixi, yeni dövr tarixi və Rusiya tarixi kimi 4 bölümdən ibarət bu əsər azərbaycan dilində tərtib olunmuş ilk ensiklopedik sözlüklərdəndir.

1899-cu ildə Mirzə Şərif Mirzəyevlə birgə M.F.Axunuvun “Puşkinin ölümünə Şərq poeması”nı əlavə qeydlə “Kavkaz” qəzetində dərc etdirib.

Həmçinin, Alfred dö Breanın “Bir balaca parijlinin həyatı” romanını fransızcadan azərbaycan dilinə çevirib[qeyd 1]. Bu əsər fransız dilindən azərbaycan dilinə ilk birbaşa bədii tərcümə kimi dəyərlidir.

İctimai aktivliyi

1906-cı ildən Tiflis Müsəlman Xeyriyyə Cəmiyyəti təftiş komisyonunun üzvü olub.

Vəfatı

1909-cu ilin yanvar ayında – 55 yaşında, ruhi sarsıntı keçirərək tapanca ilə özünə qəsd edib.

Ailəsi

Məlikcahan xanım Hacı Böyük bəy qızı Nurubəyova (1870 – 1927) ilə ailə qurmuşdu.

Fətəli adlı bir oğlu olub.

Ailə fotoşəkilləri[qeyd 2]

Qeydlər

  1. M.F.Axunovun sənədləri arasında tapılan “Jan Blan və ya balaca skripkaçı” (yaxud “Balaca parijlinin həyatı”) romanı onun əsəri sayılaraq onun adı altında da nəşr edilib. Ancaq sonrakı araşdırmalar təsdiq edib ki, bu, fransız yazıçısı Alfred dö Breanın eyni adlı romanının dilimizə tərcüməsindən başqa bir şey deyil, tərcüməçi isə Rəşid bəy Axundzadədir.
  2. Fotoşəkillər professor Ədalət Tahirzadə tərəfindən Şəki Ensiklopediyasına təqdim edilib.

Ədəbiyyat

  • Mərdanov M.C., Tahirzadə Ə.Ş. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (ensiklopedik soraq kitabı). — F – İ hərfləri. — Bakı: Təhsil, 2019. — III  cild. — Səh.: 386 – 391.

Şablon:Yaxşı məqalə