"Rəşid Axundov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 8: Sətir 8:
 
  |Şəklin izahı    = Rəşid Axundov.
 
  |Şəklin izahı    = Rəşid Axundov.
 
  |Digər adı        =  
 
  |Digər adı        =  
  |Doğum tarixi    = {{doğum tarixi|1854|1|29}} (10 fevral)
+
  |Doğum tarixi    = {{doğum tarixi|1854|2|9}} (10 fevral)
 
  |Doğum yeri      = Tiflis, Tifslis quberniyası, {{Rusİmp}}
 
  |Doğum yeri      = Tiflis, Tifslis quberniyası, {{Rusİmp}}
  |Vəfat tarixi    = yanvar {{vəfat tarixi|1909|1|}}
+
  |Vəfat tarixi    = yanvar {{vəfat tarixi|1909|1|}} (55 yaşında)
 
  |Vəfat yeri      =  
 
  |Vəfat yeri      =  
 
  |Vəfat səbəbi    =  
 
  |Vəfat səbəbi    =  
Sətir 35: Sətir 35:
  
 
== Haqqında məlumatlar ==
 
== Haqqında məlumatlar ==
29 yanvar (10 fevral) 1854-cü ildə Tiflisdə anadan olub.
+
28 yanvar (9 fevral) 1854-cü ildə Tiflisdə anadan olub.
  
 
=== Təhsili ===
 
=== Təhsili ===

04:32, 29 yanvar 2021 versiyası

Rəşid Axundov
Axundov Rəşid Mirzə Fətəli oğlu
Rəşid Axundov
Rəşid Axundov.
Anadan olub 9 fevral 1854(1854-02-09) (10 fevral)
Anadan olduğu yer Tiflis, Tifslis quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat edib yanvar yanvar 1909(1909-01-00) (55 yaşında)
Atası Mirzə Fətəli Axundov
Anası Tubu Axund Hacı Ələsgər qızı
Vətəndaşlıq Flag of Russia.svg Rusiya İmperiyası
İxtisası yol mühəndisi
Təhsili Sankt-Peterburq Yol Mühəndisləri İnstitutu ( – 1884)

Rəşid Axundov (1854 – 1909) — Mirzə Fətəli Axundovun oğlu, Sankt-Peterburq Yol Mühəndisləri İnstitutunun məzunu, 9-cu dərəcəli yol mühəndisi. Rusiya İmperiyasının quberniya katibi(ru) mülki məmur rütbəsini də daşıyıb, həmçinin, fransızcadan ruscaya və azərbaycancaya bədii tərcümə işi ilə məşğul olub.

Haqqında məlumatlar

28 yanvar (9 fevral) 1854-cü ildə Tiflisdə anadan olub.

Təhsili

1863 – 1872-ci illərdə Tiflis 1-ci klassik gimnaziyasında təhsil alıb.

1874-cü ildə Belçika Liberal Universitetinə daxil olub, lakin 1882-ci ildə təhsilini yarımçıq buraxaraq Tiflisə qayıdıb.

1884-cü ildə Sankt-Peterburq Yol Mühəndisləri İnstitutunu bitirib.

Əmək fəaliyyəti

1884-cü ildə Tiflisdə Qafqaz Dairəsi Yollar İdarəsində işləməyə başlayıb.

1895-ci ildə Tiflisdə mühəndis işləyirdi.

1905-ci ildə quberniya katibi(ru) mülki məmur rütbəsində olub və Qafqaz Dairəsi Yollar İdarəsinin sərəncamındakı 9-cu dərəcəli mühəndis vəzifəsinin icraçısı idi.

Ədəbi yaradıcılığı

1872-ci ildə – 18 yaşında, “Şarl Mismerin Ali paşaya məktubu” fəlsəfi əsərini fransızcadan ruscaya çevirib.

Həmçinin, hələ Tiflisdə gimnaziyada oxuyarkən “Tarixin panteonu” adlı 407 səhifədən ibarət ensiklopedik lüğət də tərtib etmişdir. Qədim tarix, orta əsrlər tarixi, yeni dövr tarixi və Rusiya tarixi kimi 4 bölümdən ibarət bu əsər azərbaycan dilində tərtib olunmuş ilk ensiklopedik sözlüklərdəndir.

1899-cu ildə Mirzə Şərif Mirzəyevlə birgə M.F.Axunuvun “Puşkinin ölümünə Şərq poeması”nı əlavə qeydlə “Kavkaz” qəzetində dərc etdirib.

Həmçinin, Alfred dö Breanın “Bir balaca parijlinin həyatı” romanını fransızcadan azərbaycan dilinə çevirib[qeyd 1]. Bu əsər fransız dilindən azərbaycan dilinə ilk birbaşa bədii tərcümədir.

İctimai aktivliyi

1906-cı ildən Tiflis Müsəlman Xeyriyyə Cəmiyyəti təftiş komisyonunun üzvü olub.

Vəfatı

1909-cu ilin yanvar ayında – 55 yaşında, ruhi sarsıntı keçirərək tapanca ilə özünə qəsd edib.

Ailəsi

Məlikcahan xanım Hacı Böyük bəy qızı Nurubəyova (1870 – 1927) ilə ailə qurmuşdur.

Fətəli adlı bir oğlu olub.

Ailə fotoşəkilləri[qeyd 2]

Qeydlər

  1. M.F.Axunovun sənədləri arasında tapılan “Jan Blan və ya balaca skripkaçı” (yaxud “Balaca parijlinin həyatı”) romanı onun əsəri sayılaraq onun adı altında da nəşr edilib. Ancaq sonrakı araşdırmalar təsdiq edib ki, bu, fransız yazıçısı Alfred dö Breanın eyni adlı romanının dilimizə tərcüməsindən başqa bir şey deyil, tərcüməçi isə Rəşid bəy Axundzadədir.
  2. Fotoşəkillər professor Ədalət Tahirzadə tərəfindən Şəki Ensiklopediyasına təqdim edilib.

Ədəbiyyat

Şablon:Yaxşı məqalə