"Nasir Mustafazadə" səhifəsinin versiyaları arasındakı fərqlər
(→Ailəsi) |
|||
Sətir 35: | Sətir 35: | ||
=== Təhsili === | === Təhsili === | ||
− | 1975-ci ildə | + | 1975-ci ildə Şəki şəhər 12 №-li orta məktəbini bitirib. |
1975 – 1980-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda təhsil alıb. | 1975 – 1980-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda təhsil alıb. |
21:43, 9 may 2021 versiyası
Nasir Mustafazadə | |
---|---|
Mustafazadə Nasir Nadir oğlu | |
Nasir Mustafazadə. | |
Anadan olub | 10 may 1958 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Peşəsi | “Azəri Servis LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru |
Milliyyəti | azərbaycanlı |
İxtisası | iqtisadçı-mühəndis |
Təhsili | Azərbaycan İnşaat Mühəndisləri İnstitutu |
Mükafatları |
|
Nasir Mustafazadə — Azərbaycan Respublikasının əməkdar mühəndisi, “Azəri Servis LTD” MMC-nin direktoru.
Haqqında məlumatlar
10 may 1958-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1975-ci ildə Şəki şəhər 12 №-li orta məktəbini bitirib.
1975 – 1980-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda təhsil alıb.
Hərbi xidmətdə
1981 – 1982-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub.
Əmək fəaliyyəti
1980-ci ildə Baş Kolxozlararası Tikinti İdarəsinin Şəkidəki 7 nömrəli tikinti trestində əmək fəaliyyətinə başlayıb.
1983 – 1987-ci illərdə Şəkidə yenicə yaranmış Könüllü Yanğından Mühafizə Cəmiyyətinin sədri,
1987 – 1988-ci illərdə isə Şəki şəhər Abadlıq Kombinatının direktoru vəzifəsində çalışıb.
1988-ci ildə seçki yolu ilə Şəki Kommunal Təsərrüfatı Birliyinin baş direktoru seçilib.
1991 – 2004-cü illərdə “Azərkəndsutəchizatı” Dövlət Konserninin 16 nömrəli Mexanikləşdirilmiş Səyyar Dəstəsinin rəisi olub.
2000-ci ildə “Azəri Servis LTD” Məhdud Məsuliyyətli Cəmiyyətini təsis edib və həmin vaxtdan bu şirkətin rəhbəridir.
İctimai-siyasi fəaliyyəti
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Təltif və mükafatları
- “Tərəqqi” medalı (10 aprel 2014);
- “Azərbaycan Respublikasının əməkdar mühəndisi” fəxri adı (10 aprel 2017).
Ailəsi
Ailəlidir, üç övladı, üç nəvəsi var.