"Alev Ebuzziya-Siesbye" səhifəsinin versiyaları arasındakı fərqlər
(Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış rəssam...' ilə yarat) |
|||
Sətir 33: | Sətir 33: | ||
|Vikianbar = | |Vikianbar = | ||
}} | }} | ||
− | '''Alev Ebuzziya-Siesbye''' — azərbaycan əsilli tanınmış heykəltəraş, keramika və şüşə məmulatları dizayneri. Əl işləri dünyanın 34 muzeyinin kolleksiyasında, həmçinin “Viktoriya və Albert” muzeyində sərgilənib. 1987-ci ildən Parisdə (Fransa) yaşayır. | + | '''Alev Ebuzziya-Siesbye''' — türk və azərbaycan əsilli tanınmış heykəltəraş, keramika və şüşə məmulatları dizayneri. Əl işləri dünyanın 34 muzeyinin kolleksiyasında, həmçinin “Viktoriya və Albert” muzeyində sərgilənib. 1987-ci ildən Parisdə (Fransa) yaşayır. |
== Haqqında məlumatlar == | == Haqqında məlumatlar == |
03:23, 16 may 2021 versiyası
Alev Ebuzziya-Siesbye — türk və azərbaycan əsilli tanınmış heykəltəraş, keramika və şüşə məmulatları dizayneri. Əl işləri dünyanın 34 muzeyinin kolleksiyasında, həmçinin “Viktoriya və Albert” muzeyində sərgilənib. 1987-ci ildən Parisdə (Fransa) yaşayır.
Haqqında məlumatlar
30 avqust 1938-ci il tarixdə İstanbulda (Türkiyə) anadan olub.
Təhsili
1955-ci ildə İngiltərədə orta təhsilini başa vurub.
1956-cı ildən İstanbul İncəsənət Akademiyasının (indiki Memar Sinan İncəsənət Universiteti) heykəltəraşlıq şöbəsində təhsil almağa başlayıb.
Əmək fəaliyyəti
1960 – 1962-ci illərdə Eczacıbaşı keramika fabrikində (Türkiyə),
1963-cü ildən isə Royal Copenhagen (Royal Danimarka Porselen Zavodları, Danimarka) çini məmulatlar fabrikində dizayner vəzifəsində çalışıb.
1969-cu ildə Kopenhagendə öz keramika emalatxanasını qurub.
1975 – 1990-cü illər arasında “Alman Rosenthal Porselen Zavodları” markası ilə,
1984 – 2000-ci arasında isə “Royal Kopenhagen” markası ilə istehsal olunan məhsulların dizayn işi ilə məşğul olub.
Təltif və mükafatları
- Eckersberg Medal Ekersberq medalı (1983);
- Danebroq ordeninin kavaleri (2000);
- “İncəsənət və Ədəbiyyat” kavaleri ordeni (Fransa) (2009);
- Türk Mədəniyyəti Xadimi Mükafatı (türk.: Türk Kültürüne Hizmet Şükran Ödülü) (2016) 2016 Türk Kültürüne Hizmet Şükran Ödülü (Türk Kültürüne Hizmet Vakfı).
Ailəsi
Atası Ziyad Ebüzziya (1911–1994) İstanbul Hüquq Fakültəsinin məzunu olmuş, jurnalist və siyasətçi kimi Türkiyədə fəaliyyət göstərmişdir. Anası Validə Azərbaycan Xalq Cümhuriyyətinin ikinci nazirlər kabinetində maliyyə naziri postunu tutmuş Əbdüləli bəy Əmircanovun (1870–1948) qızıdır. Alev Ebuzziya 1967 – 1979-cu illərdə danimarkalı komersant David Oskar Siesbye ilə evli olmuşdur.
Ədəbiyyat
- "Alev Ebüzziya Siesbye" (Türkçe). istanbulkadinmuzesi.org. 13 Şubat 2016. 13 Şubat 2016 tarixində arxivləşdirilib.
- Sarabi L. "Cümhuriyyət nazirinin nəvəsi: "Atatürk babama kömək etdi" - MÜSAHİBƏ". https://publika.az/ (azərb.). publika.az. 15 Jan 2020 - 5 Jun 2020 tarixində arxivləşdirilib.
- Ege Menteş (10 Mayıs 2019). "Alev Ebüzziya Siesbye Sergisi | Ege Menteş Seramik Atölyesi". egementes.com (Türkçe). Ege Menteş Seramik Atölyesi. 30 Aug 2020 - 29 Nov 2020 tarixində arxivləşdirilib.