"Alev Ebuzziya-Siesbye" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 33: Sətir 33:
 
  |Vikianbar        =  
 
  |Vikianbar        =  
 
}}
 
}}
'''Alev Ebuzziya-Siesbye''' —  keramika və şüşə məmulatları üzrə dünyada tanınmış dizayner; əl işləri dünyanın 34 muzeyinin kolleksiyasında, həmçinin “Viktoriya və Albert” muzeyində sərgilənib. Türk və azərbaycan əsillidir, 1987-ci ildən Parisdə (Fransa) yaşayır.  
+
'''Alev Ebuzziya-Siesbye''' —  keramika və şüşə məmulatları üzrə dünyada tanınmış dizayner və rəssam; əl işləri dünyanın 34 muzeyinin kolleksiyasında, həmçinin “Viktoriya və Albert” muzeyində sərgilənib. Türk və azərbaycan əsillidir, 1987-ci ildən Parisdə (Fransa) yaşayır.  
  
 
== Haqqında məlumatlar ==
 
== Haqqında məlumatlar ==

04:11, 16 may 2021 versiyası

Alev Ebuzziya-Siesbye
Alev Ebuzziya
Alev Ebuzziya-Siesbye
Alev Ebuzziya Siesbye.
Doğum tarixi 30 avqust 1938 (1938-08-30) (86 yaş)
Doğum yeri İstanbul, Flag of Turkey.svg Türkiyə
Vətəndaşlığı Flag of Turkey.svg Türkiyə və Flag of Denmark.svg Danimarka
Təhsili İstanbul İncəsənət Akademiyası (indiki Memar Sinan İncəsənət Universiteti), heykəltəraşlıq şöbəsi (1956–)
Janrı keramika
Üslub bədii keramika
Mükafatları Danebroq ordeninin kavaleri"İncəsənət və Ədəbiyyat" ordeni kavaleri (Fransa) — 2009
Atası Ziyad Ebuzziya
Anası Valiyə Əbdüləli bəy qızı

Alev Ebuzziya-Siesbye — keramika və şüşə məmulatları üzrə dünyada tanınmış dizayner və rəssam; əl işləri dünyanın 34 muzeyinin kolleksiyasında, həmçinin “Viktoriya və Albert” muzeyində sərgilənib. Türk və azərbaycan əsillidir, 1987-ci ildən Parisdə (Fransa) yaşayır.

Haqqında məlumatlar

30 avqust 1938-ci il tarixdə İstanbulda (Türkiyə) anadan olub.

Təhsili

1955-ci ildə İngiltərədə orta təhsilini başa vurub.

1956-cı ildən İstanbul İncəsənət Akademiyasının (indiki Memar Sinan İncəsənət Universiteti) heykəltəraşlıq şöbəsində təhsil almağa başlayıb.

Əmək fəaliyyəti

1960 – 1962-ci illərdə Eczacıbaşı keramika fabrikində (Türkiyə),

1963-cü ildən isə Royal Copenhagen (Royal Danimarka Porselen Zavodları, Danimarka) çini məmulatlar fabrikində dizayner vəzifəsində çalışıb.

1969-cu ildə Kopenhagendə öz keramika emalatxanasını qurub.

1975 – 1990-cü illər arasında “Alman Rosenthal Porselen Zavodları” markası ilə,

1984 – 2000-ci arasında isə “Royal Kopenhagen” markası ilə istehsal olunan məhsulların dizayn işi ilə məşğul olub.

Təltif və mükafatları

Ailəsi

Atası Ziyad Ebüzziya (1911–1994) İstanbul Hüquq Fakültəsinin məzunu olmuş, jurnalist və siyasətçi kimi Türkiyədə fəaliyyət göstərmişdir. Anası Valiyə Azərbaycan Xalq Cümhuriyyətinin ikinci nazirlər kabinetində maliyyə naziri postunu tutmuş Əbdüləli bəy Əmircanovun (1870–1948) qızıdır. Alev Ebuzziya 1967 – 1979-cu illərdə danimarkalı komersant David Oskar Siesbye ilə evli olmuşdur.

Ədəbiyyat

  1. "Alev Ebüzziya Siesbye" (Türkçe). istanbulkadinmuzesi.org. 13 Şubat 2016. 13 Şubat 2016 tarixində arxivləşdirilib.
  2. Sarabi L. "Cümhuriyyət nazirinin nəvəsi: "Atatürk babama kömək etdi" - MÜSAHİBƏ". https://publika.az/ (azərb.). publika.az. 15 Jan 2020 - 5 Jun 2020 tarixində arxivləşdirilib.
  3. Ege Menteş (10 Mayıs 2019). "Alev Ebüzziya Siesbye Sergisi | Ege Menteş Seramik Atölyesi". egementes.com (Türkçe). Ege Menteş Seramik Atölyesi. 30 Aug 2020 - 29 Nov 2020 tarixində arxivləşdirilib.

Şablon:Yaxşı məqalə