"Gülçin Abdullayeva" səhifəsinin versiyaları arasındakı fərqlər
(→Ailəsi) |
|||
Sətir 64: | Sətir 64: | ||
===Ailəsi=== | ===Ailəsi=== | ||
− | |||
− | |||
*''Atası:'' [[:az:Gülhüseyn Hüseynoğlu|Gülhüseyn Hüseyn oğlu Abdullayev]], [[Azərbaycan Respublikasının xalq yazıçısı]] (1923–2013). | *''Atası:'' [[:az:Gülhüseyn Hüseynoğlu|Gülhüseyn Hüseyn oğlu Abdullayev]], [[Azərbaycan Respublikasının xalq yazıçısı]] (1923–2013). | ||
*''Anası:'' Məsudə Münvər qızı Xalıqova (1923–2012) Nuxada (indiki Şəki) anadan olub, atası Nuxa şəhərinin Dodu kəndindən, anası isə [[Nuxa qəzası|Nuxa qəzasının]] Oxud kəndindən idi. | *''Anası:'' Məsudə Münvər qızı Xalıqova (1923–2012) Nuxada (indiki Şəki) anadan olub, atası Nuxa şəhərinin Dodu kəndindən, anası isə [[Nuxa qəzası|Nuxa qəzasının]] Oxud kəndindən idi. | ||
+ | |||
+ | Ailəlidir, iki oğlu var. | ||
==Ədəbiyyat== | ==Ədəbiyyat== |
21:31, 27 may 2021 versiyası
Gülçin Abdullayeva | |
---|---|
Abdullayeva Gülçin Gülhüseyn qızı | |
Gülçin Abdullayeva. | |
Doğum tarixi | 20 yanvar 1947 |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
İş yeri | AMEA İdarəetmə Sistemləri İnstitutu, 1.7 saylı İnformasiyanın intellektual emalı sistemləri laboratoriyası (laboratoriya rəhbəri) |
Elmi dərəcəsi | riyaziyyat üzrə fəlsəfə doktoru |
Elmi adı | dosent |
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, mexanika-riyaziyyat fakültəsi (1965–1970) |
Atası | Gülhüseyn Hüseyn oğlu Abdullayev (1923–2013). |
Anası | Məsudə Xalıqova (1923–2012) |
Mükafatları |
Gülçin Abdullayeva — riyaziyyat üzrə fəlsəfə doktoru, dosent, AMEA İdarəetmə Sistemləri İnstitutunun 1.7 saylı İnformasiyanın intellektual emalı sistemləri laboratoriyasının rəhbəri.
Haqında məlumatlar
20 yanvar 1947-ci il tarixdə Bakıda anadan olub.
Təhsili
1965 – 1970-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti
1970-ci ildə Azərbaycan SSR EA Kibernetika İnstitutunda kiçik elmi işçi vəzifəsinə işə götürülüb.
1981-ci ildən başlayaraq həmin institutda baş elmi işçi, qrup rəhbəri, sektor rəhbəri, laboratoriya rəhbəri vəzifələrində çalışıb.
2001-ci ildən AMEA İdarəetmə Sistemləri İnstitutunun 1.7 saylı İnformasiyanın intellektual emalı sistemləri laboratoriyasının rəhbəridir.
İkinci iş yerləri
Azərbaycan Memarlıq və İnşaaat Universitetinin informasiya texnologiyaları və sistemləri kafedrasının dosentidir.
Elmi fəaliyyəti
1979-cu ildə “Sinqulyar inteqralların requlyarlaşdırılması” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
2000-ci ildə dosent elmi adını alıb.
Çapdan çıxmış 125 elmi əsərin müəllifidir (57-si xarici ölkədə və bunlardan da 38-i beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunmaqla). 6 fəlsəfə doktorunun elmi rəhbəri olub.
Təltif və mükafatları
“Tərəqqi” medalı (2005).
Ailəsi
- Atası: Gülhüseyn Hüseyn oğlu Abdullayev, Azərbaycan Respublikasının xalq yazıçısı (1923–2013).
- Anası: Məsudə Münvər qızı Xalıqova (1923–2012) Nuxada (indiki Şəki) anadan olub, atası Nuxa şəhərinin Dodu kəndindən, anası isə Nuxa qəzasının Oxud kəndindən idi.
Ailəlidir, iki oğlu var.
Ədəbiyyat
- "İdarəetmə Sistemləri İnstitutu fəlsəfə doktorları/Abdullayeva Gülçin Gülhüseyn qızı". http://www.science.gov.az/ (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 18 Jun 2018 – 29 Nov 2020 tarixində arxivləşdirilib.