"Namiq Əhmədov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 7: | Sətir 7: | ||
|Şəkil miqyası = | |Şəkil miqyası = | ||
|Şəkil məlumat = | |Şəkil məlumat = | ||
− | |Doğum tarixi = {{doğum tarixi|1949||}} | + | |Doğum tarixi = {{doğum tarixi|1949|6|23}} |
|Doğum yeri = [[Şəki]] <br/> {{AzSSR}} | |Doğum yeri = [[Şəki]] <br/> {{AzSSR}} | ||
|Vəfatı = | |Vəfatı = | ||
Sətir 28: | Sətir 28: | ||
'''Əhmədov Namiq Abduləvvəl oğlu''' — fizika-riyaziyyat elmləri doktoru (1991). | '''Əhmədov Namiq Abduləvvəl oğlu''' — fizika-riyaziyyat elmləri doktoru (1991). | ||
− | == | + | ==Haqqında məlumatlar == |
Namiq Əhmədov 1949-cu ildə Şəki şəhərində müəllim ailəsində dünyaya gəlib. 1956-cı ildə Şəki şəhərindəki 12 saylı orta ümumtəhsil məktəbinə daxil olub, 1966-cı ildə oranı bitirib. 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsinin əyani şöbəsinə daxil olub və 1971-ci təhsilini fərqlənmə diplomu ilə başa vurub. Təyinatla 1971-1972-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda işləyib. 1972-ci ildə Azərbaycan Dövlət Universitetində aspiranturaya daxil olub və SSRİ EA-nın Bioüzvikimya İnstitutuna ezam edilib. Orada "Oliqopeptidlərin nəzəri konformasiya analizi" mövzusunda dissertasiya işi yazıb. 1975-ci ildə aspiranturanı qurtardıqdan sonra təyinatla Azərbaycan Dövlət Universitetində işə qəbul olunub. 1976-cı ildə dissertasiya müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi, 1991-ci ildə Moskva şəhərində SSRİ EA-nın Kimyəvi Fizika İnstitutunda "Peptid hopmonlarının quruluş-funksiya əlaqələri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi alıb. | Namiq Əhmədov 1949-cu ildə Şəki şəhərində müəllim ailəsində dünyaya gəlib. 1956-cı ildə Şəki şəhərindəki 12 saylı orta ümumtəhsil məktəbinə daxil olub, 1966-cı ildə oranı bitirib. 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsinin əyani şöbəsinə daxil olub və 1971-ci təhsilini fərqlənmə diplomu ilə başa vurub. Təyinatla 1971-1972-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda işləyib. 1972-ci ildə Azərbaycan Dövlət Universitetində aspiranturaya daxil olub və SSRİ EA-nın Bioüzvikimya İnstitutuna ezam edilib. Orada "Oliqopeptidlərin nəzəri konformasiya analizi" mövzusunda dissertasiya işi yazıb. 1975-ci ildə aspiranturanı qurtardıqdan sonra təyinatla Azərbaycan Dövlət Universitetində işə qəbul olunub. 1976-cı ildə dissertasiya müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi, 1991-ci ildə Moskva şəhərində SSRİ EA-nın Kimyəvi Fizika İnstitutunda "Peptid hopmonlarının quruluş-funksiya əlaqələri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi alıb. | ||
11:02, 16 iyun 2021 versiyası
Bu məqaləni ensiklopedikləşdirmək lazımdır. |
Namiq Əhmədov | |
---|---|
Namiq Abduləvvəl oğlu Əhmədov | |
Namiq Əhmədov | |
Doğum tarixi | 23 iyun 1949 |
Doğum yeri |
Şəki Azərbaycan SSR |
Vətəndaşlıq | Azərbaycan |
Elm sahəsi | fizika-riyaziyyat |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri doktoru |
Elmi adı | professor |
Əhmədov Namiq Abduləvvəl oğlu — fizika-riyaziyyat elmləri doktoru (1991).
Haqqında məlumatlar
Namiq Əhmədov 1949-cu ildə Şəki şəhərində müəllim ailəsində dünyaya gəlib. 1956-cı ildə Şəki şəhərindəki 12 saylı orta ümumtəhsil məktəbinə daxil olub, 1966-cı ildə oranı bitirib. 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsinin əyani şöbəsinə daxil olub və 1971-ci təhsilini fərqlənmə diplomu ilə başa vurub. Təyinatla 1971-1972-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda işləyib. 1972-ci ildə Azərbaycan Dövlət Universitetində aspiranturaya daxil olub və SSRİ EA-nın Bioüzvikimya İnstitutuna ezam edilib. Orada "Oliqopeptidlərin nəzəri konformasiya analizi" mövzusunda dissertasiya işi yazıb. 1975-ci ildə aspiranturanı qurtardıqdan sonra təyinatla Azərbaycan Dövlət Universitetində işə qəbul olunub. 1976-cı ildə dissertasiya müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi, 1991-ci ildə Moskva şəhərində SSRİ EA-nın Kimyəvi Fizika İnstitutunda "Peptid hopmonlarının quruluş-funksiya əlaqələri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi alıb.
1975-ci ildən indiyə qədər Bakı Dövlət Universitetində çalışır. Hazırda Bakı Dövlət Universitetindəki Fizika Problemləri Elmi-tədqiqat institutunun "Nəzəri fizika" şöbəsində baş elmi işçi vəzifəsində elmi fəaliyyətini davam etdirir. Elmi-tədqiqat işləri müxtəlif biomolekulların fəza quruluşlarının öyrənilməsinə həsr olunmuşdur. Beş elmlər namizədi və bir elmlər doktoru yetişdirmişdir. 180-dən çox elmi əsərin müəllifidir. Bu nailiyyətlərinə görə biofizika ixtisası üzrə professor elmi adı alıb.
Ailəlidir. İki qızı, üç nəvəsi var.
Mənbə
- Araz Yaquboğlu. Tələbə dünyası. Bakı: "Elm və təhsil", 2011.