1780-cı ilin avqust ayında isə Hacı Əbdülqadir ağanın Dardoqqazdan göndərdiyi 60 nəfər gecəliklə gizlincə gəlib Nuxa ətrafındakı dağlarda gizlənirlər. Onlar günorta saatlarında dağdan aşağı düşüb Məhəmmədhəsən xanın iqamətgahını – Qurğuşunlu otağı (indiki [[Şəkixanovların evi]] olmalıdır) mühasirəyə alırlar. Məhəmmədhüseyn xan yanındakı ikinci oğlu [[Fətəli xan|Fətəli ağa]] ilə birlikdə onlara silahlı müqavimət göstərir; oğlu tüfəngi doldurub verir, o isə atəş açır. Amma sonda yaralanaraq təslim olmağa məcbur olur. Onu bir həftə saxlayıb, hansısa müqaviləyə qol çəkdirdikdən sonra boğdurmaq yolu ilə edam edirlər. Bundan sonra hakimiyyət Məhəmmədhüseyn xanın əmisi Hacı Əbdülqadir xana keçir. | 1780-cı ilin avqust ayında isə Hacı Əbdülqadir ağanın Dardoqqazdan göndərdiyi 60 nəfər gecəliklə gizlincə gəlib Nuxa ətrafındakı dağlarda gizlənirlər. Onlar günorta saatlarında dağdan aşağı düşüb Məhəmmədhəsən xanın iqamətgahını – Qurğuşunlu otağı (indiki [[Şəkixanovların evi]] olmalıdır) mühasirəyə alırlar. Məhəmmədhüseyn xan yanındakı ikinci oğlu [[Fətəli xan|Fətəli ağa]] ilə birlikdə onlara silahlı müqavimət göstərir; oğlu tüfəngi doldurub verir, o isə atəş açır. Amma sonda yaralanaraq təslim olmağa məcbur olur. Onu bir həftə saxlayıb, hansısa müqaviləyə qol çəkdirdikdən sonra boğdurmaq yolu ilə edam edirlər. Bundan sonra hakimiyyət Məhəmmədhüseyn xanın əmisi Hacı Əbdülqadir xana keçir. |