"Ənvər Zülfüqarov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 38: | Sətir 38: | ||
|Commons = | |Commons = | ||
}} | }} | ||
− | '''Ənvər Zülfüqarov''' (1910–1995) — | + | '''Ənvər Zülfüqarov''' (1910–1995) — sovet gömrük general mayoru, sovet dövründə uzun illər illər Bakı Gömrik Xidmətində işləmişdir. |
==Haqqında məlumatlar== | ==Haqqında məlumatlar== |
22:22, 10 iyul 2021 versiyası
Ənvər Zülfüqarov | |
---|---|
Zülfüqarov (Zülfüqarzadə) Ənvər Məmməd oğlu (rus.: Зульфугаров Энвер Мамедович (Мамед оглы)) | |
Doğum tarixi | 4 iyun 1910 |
Doğum yeri | Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 1995 |
Uşaqları | Kamal Ənvər oğlu Zülfüqarzadə və Eldar Ənvər oğlu Zülfüqarzadə |
Atası | Məmməd Zülfüqarmehdi oğlu Zülfüqarov |
Anası | Qonçə Əmircanova |
Hərbi fəaliyyəti | |
Rütbə | general-mayor |
Ənvər Zülfüqarov (1910–1995) — sovet gömrük general mayoru, sovet dövründə uzun illər illər Bakı Gömrik Xidmətində işləmişdir.
Haqqında məlumatlar
4 iyun 1910-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
1920-ci illərdə atası Məmməd Zülfüqarov Fövqəladə Komitə üzvləri tərəfindən güllələnmiş, bundan sonra anası Qönçə xanım onu bacısı və qardaşı ilə birlikdə Bakıya aparçışdır.
Təhsili
1930-cu ildə Leninqrad Aviasia İnstitutunu bitirib.
Əmək fəaliyyəti
1943-cü ildə Sovet Ordusunun kapitanı rütbəsini daşıyırdı və Tehranda (İran) Sovet-Amerikan əlaqə missiyasının üzvü idi. Elə həmin ildə Azərbaycan SSR Kartoçka Bürosunun əvvəl rəis müavini, sonra isə rəisi olub.
1940-cı illərin sonu – 1950-ci illərin əvvəllərində SSRİ-nin İsveçrə və Avstriyadakı ticarət nümayəndəliklərində, o cümlədən, 1953-cü ildə Vyananın (Avstriya) sovet işğal zonasında 2-ci kimyəvi konsernin baş direktoru vəzifəsində çalışıb.
1954 – 1987-ci illərdə Bakı Gömrük xidmətində işləyib; o cümlədən, general-mayor rütbəsi daşıyırdı və 1980-cı ildən III dərəcəli gömrük xidməti müşaviri idi.
Təltif və mükafatları
SSRİ-nin 6 orden və medalı ilə təltif olunmuşdur.
Ailəsi
- Atası: Məmməd Zülfüqarmehdi oğlu Zülfüqarov.
- Anası: Qonçə Əmircanova (bax: Əmircanovlar).
- Əmisi: Hacı Zülqədər Zülfüqarov – Məmməd Zülfüqarovun böyük qardaşı, tacir olub[1].
- Qardaşları:
- Əhməd Məmməd oğlu Zülfüqarov, peşəkar iqtisadçı, Böyük Vətən müharibəsi iştirak etmiş, sonra Azərbaycan SSR Dövlət Qiymət və Qiymətləndirmə Komitəsinin sədri vəzifəsində çalışmışdır;
- Əli Məmməd oğlu Zülfüqarov, peşəkar memar, Böyük Vətən müharibəsində həlak olub.
- Bacısı: Tofa Məmməd qızı Əliyeva (Zülfüqarova)
- Ənvər Zülfüqarzadənin evladları: Kamal Ənvər oğlu Zülfüqarzadə (Azərbaycan SSR əməkdar iqtisadçısı, 11.08.1934 – 25.01.2018) və Eldar Ənvər oğlu Zülfüqarzadə
İstinadlar
- ↑ Məmməd Zülfüqarovun 1897-ci ildə Şəkidə tikdirdiyi fərdi evdə 1930-cu ildən qarışıq tipli uşaq evi fəaliyyət göstərib. (# Ильхам Алиев принял участие в открытии нового здания, построенного Фондом Гейдара Алиева в городе Шеки для детского дома смешанного типа (rus.). https://ru.president.az/. Официальный сайт Президента Азербайджанской Республики. Arxivləşdirilib (10 iyul 2021).)