"Mustafa Qədimov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 49: | Sətir 49: | ||
1934-cü ildə Bakı Şəhər Sovetinin nəzdindəki Layihə İnstitutuna işə götürülüb. Sonra bir müddət [[Lenin adına Nuxa İpək Kombinatı|Lenin adına Nuxa İpək Kombinatında]], daha sonra isə Bakı şəhər Tramvay parkında mühəndis işləyib. Böyük Vətən müharibəsi (1941 – 1945) dövründə arxa cəbhədə saxlanılıb və 1945-ci ilədək Bakı şəhər Tramvay parkının müdiri olub. | 1934-cü ildə Bakı Şəhər Sovetinin nəzdindəki Layihə İnstitutuna işə götürülüb. Sonra bir müddət [[Lenin adına Nuxa İpək Kombinatı|Lenin adına Nuxa İpək Kombinatında]], daha sonra isə Bakı şəhər Tramvay parkında mühəndis işləyib. Böyük Vətən müharibəsi (1941 – 1945) dövründə arxa cəbhədə saxlanılıb və 1945-ci ilədək Bakı şəhər Tramvay parkının müdiri olub. | ||
− | 1945 – 1970-ci illərdə əvvəl Nuxa şəhərindəki su elektrik stansiyasının tikintisinə rəhbərlik etmiş, sonra isə elektrik stansiyasının müdiri olmuşdur. Daha sonra Nuxa kommunal xidmətləri idarəsinin və enerji-satış idarəsinin direktoru vəzifəsində, Nuxa şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində və [[V.İ.Lenin adına Nuxa İpək Kombinatı|V.İ.Lenin adına Nuxa İpək Kombinatının]] direktoru vəzifəsində çalışmışdır. Sonralar isə Mingəçevir-Nuxa yüksəkgərginlikli elektrik xəttinin çəkilişinə rəhbərlik edib və bundan sonra əvvəl Nuxa/Şəki paylayıcı elektrik şəbəkəsi idarəsinin, daha sonra isə 5 №-li Elektrik-Quraşdırma İdarəsinin müdiri vəzifəsində işləyib. | + | 1945 – 1970-ci illərdə əvvəl Nuxa şəhərindəki su elektrik stansiyasının tikintisinə rəhbərlik etmiş, sonra isə elektrik stansiyasının müdiri olmuşdur. Daha sonra Nuxa kommunal xidmətləri idarəsinin və enerji-satış idarəsinin direktoru vəzifəsində, Nuxa şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində və [[V.İ.Lenin adına Nuxa İpək Kombinatı|V.İ.Lenin adına Nuxa İpək Kombinatının]] direktoru (1955 – 1957) vəzifəsində çalışmışdır. Sonralar isə Mingəçevir-Nuxa yüksəkgərginlikli elektrik xəttinin çəkilişinə rəhbərlik edib və bundan sonra əvvəl Nuxa/Şəki paylayıcı elektrik şəbəkəsi idarəsinin, daha sonra isə 5 №-li Elektrik-Quraşdırma İdarəsinin müdiri vəzifəsində işləyib. |
1970-ci ildə əmək təqaüdünə çıxdıqdan sonra əmək fəaliyyətini məsləhətçi mühəndis kimi Şəki Paylayıcı Elektrik Şəbəkəsi İdarəsində davam etdirib. | 1970-ci ildə əmək təqaüdünə çıxdıqdan sonra əmək fəaliyyətini məsləhətçi mühəndis kimi Şəki Paylayıcı Elektrik Şəbəkəsi İdarəsində davam etdirib. |
13:32, 1 avqust 2021 versiyası
Mustafa Qədimov | |
---|---|
Qədimov Mustafa İdris oğlu | |
Mustafa Qədimov. | |
Anadan olub | 15 avqust 1909 |
Anadan olduğu yer | Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat edib | 24 mart 1992 (82 yaşında) |
Vəfat etdiyi yer | Bakı, Azərbaycan SSR, SSRİ |
Uşaqları | Nihat (1938–2018), Rauf (1942), Azər (1953–2018) |
Təhsili |
N.Nərimanov adına Texnikum (Bakı), elektromexanika şöbəsi (1926–1929) M.Əzizbəyov adına “Qırmızı Əmək Bayrağı” ordenli Sənaye İnstitutu, müəssisələrin elektrik avadanlığı mühəndisi ixtisası (1929–1934) |
Mustafa Qədimov (1909–1992) — tanınmış energetik-mühəndis; bir sıra sənaye müəssisələrinin, o cümlədən, V.İ.Lenin adına Nuxa İpək Kombinatının direktoru vəzifəsində çalışmış, həmçinin, bir müddət Nuxa şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olmuşdur.
Haqqında məlumatlar
15 avqust 1909-cu il tarixdə Nuxada anadan olub.
Təhsili
Tiflisdə peşə təhsili aldıqdan sonra
1926 – 1929-cu ildə N.Nərimanov adına Texnikumun (Bakı) elektromexanika şöbəsində,
1929 – 1934-cü illərdə M.Əzizbəyov adına “Qırmızı Əmək Bayrağı” ordenli Sənaye İnstitutunda (müəssisələrin elektrik avadanlığı mühəndisi ixtisası üzrə) təhsil alıb.
Əmək fəaliyyəti
1934-cü ildə Bakı Şəhər Sovetinin nəzdindəki Layihə İnstitutuna işə götürülüb. Sonra bir müddət Lenin adına Nuxa İpək Kombinatında, daha sonra isə Bakı şəhər Tramvay parkında mühəndis işləyib. Böyük Vətən müharibəsi (1941 – 1945) dövründə arxa cəbhədə saxlanılıb və 1945-ci ilədək Bakı şəhər Tramvay parkının müdiri olub.
1945 – 1970-ci illərdə əvvəl Nuxa şəhərindəki su elektrik stansiyasının tikintisinə rəhbərlik etmiş, sonra isə elektrik stansiyasının müdiri olmuşdur. Daha sonra Nuxa kommunal xidmətləri idarəsinin və enerji-satış idarəsinin direktoru vəzifəsində, Nuxa şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində və V.İ.Lenin adına Nuxa İpək Kombinatının direktoru (1955 – 1957) vəzifəsində çalışmışdır. Sonralar isə Mingəçevir-Nuxa yüksəkgərginlikli elektrik xəttinin çəkilişinə rəhbərlik edib və bundan sonra əvvəl Nuxa/Şəki paylayıcı elektrik şəbəkəsi idarəsinin, daha sonra isə 5 №-li Elektrik-Quraşdırma İdarəsinin müdiri vəzifəsində işləyib.
1970-ci ildə əmək təqaüdünə çıxdıqdan sonra əmək fəaliyyətini məsləhətçi mühəndis kimi Şəki Paylayıcı Elektrik Şəbəkəsi İdarəsində davam etdirib.
İctimai fəaliyyəti
1950-cı ildə Nuxa Şəhər Sovetinin,
1957-ci ildə Nuxa Rayon Sovetinin deputatı seçilib.
Vəfatı
24 mart 1992-ci il tarixdə – 82 yaşında, Şəkidə vəfat edib.
Ədəbiyyat
- Göyçəli M. Mustafa Qədimov / Nəsillərə nümunə şərəfli ömür yolu // XX-XXI əsrin yaradıcı və ziyalı insanları. — Bakı, 2014. — X hissə cild. — Səh.: 162.