"Şəki qəzası" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 62: | Sətir 62: | ||
! scope="row" colspan="2" | Polis dairənin !! scope="row" colspan="4" | Sahə !! !! scope="row" colspan="4" | Kənd evlərinin sayı !! scope="row" colspan="6" | | ! scope="row" colspan="2" | Polis dairənin !! scope="row" colspan="4" | Sahə !! !! scope="row" colspan="4" | Kənd evlərinin sayı !! scope="row" colspan="6" | | ||
|- | |- | ||
− | ! nömrəsi !! inzibati mərkəzin adı !!Km²/ | + | ! nömrəsi !! inzibati mərkəzin adı !!Km²/<small>Verst</small>² !! Desyatin !! Mil²!! Km² !! İcma sayı !! 50-dək ev !!50-100 ev !!100-200 ev !!200-dən çox ev !! Kənd sayı !! Evlər !! Kişilər !! Qadınlar !! Kişi-qadın birlikdə !! Milli çoxluq |
|- | |- | ||
| ||Nuxa şəhəri || || || || || || || || || || şəhər ||5.268 ||14.462 ||11.432 ||25.894 || | | ||Nuxa şəhəri || || || || || || || || || || şəhər ||5.268 ||14.462 ||11.432 ||25.894 || |
15:26, 27 aprel 2020 versiyası
Şəki qəzası | |||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
qəza – inzibati ərazi | |||||||||||||||||||||||||
Digər adı: | Nuxa qəzası | ||||||||||||||||||||||||
İnzibati mərkəz: | Nuxa | ||||||||||||||||||||||||
Yaranma tarixi: | 22 aprel 1840 | ||||||||||||||||||||||||
Ləğv olunma tarixi: |
8 aprel 1929 (88 il mövcud olub) |
||||||||||||||||||||||||
Coğrafi region: | Cənubi Qafqaz | ||||||||||||||||||||||||
Əhali: |
120555 nəfər[1], 1897-ci il, 107049 nəfər, 1926-cı il |
||||||||||||||||||||||||
Sahəsi: | 3808,7 km² (3346,7 verst²[1]) (1897) | ||||||||||||||||||||||||
Daxili inzibati bölgü: |
Nuxa şəhəri, Aşağı Göynük, Vartaşen, Cəfərabad, Qutqaşen, Nic və Xaldan dairələri (1926) |
||||||||||||||||||||||||
Xəritədə | |||||||||||||||||||||||||
Şəki qəzası, 1928-ci il. | |||||||||||||||||||||||||
Gerbi | |||||||||||||||||||||||||
Şəki qəzasının gerbi (1843) | |||||||||||||||||||||||||
Nə vaxt hansı dövlətin inzibati ərazisi idi: | |||||||||||||||||||||||||
|
Şəki qəzası (Nuxa qəzası) — 1840 – 1929-cu illər arasında Cənubi Qafqazda inzibati ərazi. İnzibati mərkəzi Nuxa şəhəri idi. Cənubi Qafqazın Rusiya İmperiyasının tərkibində olduğu dövrdə – 22 (10) aprel 1840 il tarixli “Zaqafqaziyada inzibati islahat qanunu”na əsasən, Şəki əyalətinin yerində və Kaspi vilayətinin tərkibinə yaradılmışdır. Kaspi vilayətinin 1846-cı ildə ləğv olunmasından sonra, əvvəl Kaspi vilayətinin yerində yaradılmış Şamaxı quberniyasının (1859-cu ildən Bakı quberniyası) tərkibində saxlanılsa da, 1867-ci ilin sonunda Bakı quberniyasının tərkibindən çıxarılaraq yeni yaradılmış Yelizavetpol quberniyasının tərkibinə verilmişdir. 1873 ildə ərazisinin bir hissəsində ayrıca bir qəza – Ərəş qəzası, təşkil edilmiş və bununla da ərazisi yarıbayarı kiçildilmişdir.
Qəza Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920)[2] və Azərbaycan Sovet Sosialist Respublikasının ilk 9 ili ərzində də inzibati-ərazi kimi mövcud olmuşdur. 1929-cu ildə ləğv edilmiş, ərazisi yeni yaradılmış Zaqatala-Şəki mahalına daxil edilmişdir.
Qəza 1840-1846-cı illərdə “Şəki qəzası”, 1846-1918-ci illərdə isə “Nuxa qəzası” adlanmışdı. 1918-1929-cu illərdə qəza həm “Nuxa qəzası” və həm də “Şəki qəzası” adlanırdı. Məsələn, Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlament müzakirələrində qəzanın adı “Şəki qəzası” şəklində işlədilirdi. 1925-ci ildən 1929-cu ilə qədər – qəzanın ləğv edilməsinə qədər, qəzanın rəsmi qəzeti olan “Şəki fəhləsi” qəzetində qəzanın adı "Şəki qəzası" olaraq göstərilir. Lakin paralel olaraq eyni dövrə aid rusca statistik mənbələrdə qəzanın adı həm də “Nuxa qəzası” göstərilməkdə davam edirdi.
Tarixi coğrafiyası
Qəzanın hüdudları
1819-cu ildə Şəki xanlığı ləğv edilərkən və yerində Şəki əyaləti yaradılarkən, xanlıq dövründə olduğu kimi, əyalətin də ərazisi şimalda Qafqaz sıra dağlarına, qərbdə Bləcik kəndindən sonra Alazan çayına, cənubda Kür çayına, Zərdab kəndinə, şərqdə Göyçay çayına qədər uzanırdı. Amma Şəki qəzasının qərb sərhədi heç vaxt Alazan çayına çatmayıb, Acınohur gölünün ortasındah keçiib. 1883-cü ildə qəza ərazisində Ərəş qəzası təşkil edildikdə isə sahəsi 2 dəfəyə yaxın kiçilmişdi. Nuxa qəzasının Ərəş qəzası ilə sərhədi də sabit olmayıb. Məsələn, 1902-ci il xəritəsində Nuxa qəzasının ərazisində göstərilən Böyük Dəhnə, Kiçik Dəhnə və onların ətrafındakı bəzi kəndlər 1903-cü il xəritəsində Ərəş qəzası ərazisində göstərilib. Ərəş qəzası Azərbaycan SSR dövründə əvvəl inzibati mərkəzin adına uyğun olaraq “Ağdaş qəzası” adlandırılmış, sonra – 1926-cı ildə isə ləğv edilmişdir. 1926-cı ilə aid statistik məlumatlardan aydın olur ki, həmin vaxt keçmiş Ağdaş qəzası ərazisinin bir hissəsi (Xaldan dairəsi) Nuxa qəzasında, bir hissəsi isə (Ağdaş dairəsi, Ağdaş şəhəri və s.) Göyçay qəzasında olub.
Daxili inzibati bölgü
XIX əsrin sonları XX əsrin əvvəlləri
1891-ci ilin “Kavkaski Kalendar”ında Nuxa qəzasının 4 polis dairəsinə bölünməsi və həmin dairələr barədə aşağıdakı məlumatlar dərc edilmişdir:
Polis dairənin | Sahə | Kənd evlərinin sayı | ||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
nömrəsi | inzibati mərkəzin adı | Km²/Verst² | Desyatin | Mil² | Km² | İcma sayı | 50-dək ev | 50-100 ev | 100-200 ev | 200-dən çox ev | Kənd sayı | Evlər | Kişilər | Qadınlar | Kişi-qadın birlikdə | Milli çoxluq |
Nuxa şəhəri | şəhər | 5.268 | 14.462 | 11.432 | 25.894 | |||||||||||
I | Aşağı Göynük | 765 179 | 79.770 | 15 1825 | 871 248 | 13 | 7 | 6 | 6 | 6 | 25 | 3.763 | 13.107 | 10.240 | 23.347 | Azərbaycanlılar və az sayda erməni və ləzgilər |
II | Cəfərabad – Xoy | 1055 198 | 109.997 | 21 1823 | 1201 173 | 17 | 25 | 9 | 6 | 6 | 46 | 3.903 | 11.519 | 9.708 | 21.227 | Azərbaycanlılar və ermənilər |
III | Vartaşin | 561 219 | 67.832 | 13 1456 | 741 107 | 13 | 16 | 5 | 6 | 5 | 32 | 4.040 | 11.312 | 9.293 | 20.605 | Azərbaycanlılar və azsayda udin və yəhudilər |
IV | Qutqaşin | 777 137 | 81.184 | 16 2106 | 886 194 | 15 | 12 | 7 | 6 | 6 | 31 | 4.662 | 14.379 | 11.561 | 29.940 | Azərbaycanlılar və azsayda erməni və ləzgilər |
Сəmi | 3253 233 | 338.783 | 67 2210 | 3201 222 | 58 | 60 | 27 | 24 | 23 | 134 | 21.636 | 64.779 | 52.234 | 117.013 |
Belə cədvəllər sonrakı illərdə çap olunmış “Kavkaski Kalendar”larda da var, amma əlavə olaraq, Nuxa qəzası dairələrində yaşayan əhalinin milli mənsubiyyəti üzrə də cədvəllər verilmişdir. Həmin cədvəllərdən həm də məlum olur ki, I dairənin adı Babaratma, II dairənin adı Əliar, III dairənin adı Ərmənit, IV dairənin adı isə Aydın-Qışlaqdır. Məsələn, 1894-cü ilin “Kavkaski Kalendar”ında aşağıdakı kimi göstərilir:
Qəza, yaxud dairənin | ruslar | almanlar | farslar | ermənilər | yəhudilər | gürcülər | azərbaycanlılar | kürəlilər | Digər millətlər[3] | Cəmi | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
№-si | adı | k. | q. | k. | q. | k. | q. | k. | q. | k. | q. | k. | q. | q. | k. | q. | k. | q. | k. | q. | k. | k+q |
Nuxa şəhəri | 8 | 18 | 1 | 2 | 77 | 60 | 2616 | 2050 | 33 | 17 | 11704 | 9268 | 12 | 8 | 11 | 14462 | 11432 | 25894 | ||||
I | Babaratma | 1708 | 1427 | 10899 | 8489 | 501 | 324 | 1318 | 10240 | 13108 | 10240 | 23348 | ||||||||||
II | Əliar | 2612 | 2205 | 8787 | 7411 | 45 | 29 | 75 | 11519 | 9708 | 21227 | |||||||||||
III | Ərmənit | 2501 | 2128 | 893 | 851 | 1 | 1 | 5862 | 4614 | 795 | 597 | 1260 | 1102 | 11312 | 9293 | 20605 | ||||||
IV | Aydın-Qışlaq | 904 | 812 | 9939 | 7606 | 1071 | 829 | 2465 | 2314 | 14379 | 11561 | 25940 | ||||||||||
Cəmi | 8 | 18 | 1 | 2 | 77 | 60 | 10341 | 8622 | 893 | 851 | 34 | 18 | 47191 | 37398 | 2424 | 1787 | 3811 | 3488 | 64780 | 52234 | 117014 |
1913-cü ildə qəzada 30 kənd icması vardı[4]:
|
|
|
1926-cı ildə
1926-cı ildə isə qəza ərazisi inzibati cəhətdən 7 hissəyə bölünmüşdü. Bunlardan biri Nuxa şəhəri, 6-sı isə (Aşağı Göynük, Vartaşen, Cəfərabad, Qutqaşen, Nic, Xaldan) dairə idi.
Statistik məlumatlar
1897-ci il ensiklopediyasında Nuxa qəzası haqqında məlumat (ixtisarla)
"Nuxa qəzasının sahəsi 3346.7 verst², başqa sözlə 3808,7 km²-dir. Əhalisi 1 yanvar 1896-cı il tarixdə 94767 nəfər (51552 kişi; 43215 qadın) idi. Nuxa qəzası nisbətən varlı, sənayenin və ticarətin inkişaf etdiyi qəzalardandır. Qəzanın xarakterik cəhətlərindən biri də burada əhalisi çox olan kənlərin olmasıdır. Məsələn, Xaçmazda 4557, Baş Göynükdə 5084, Vəndamda 4323 nəfər adam yaşayır. Əhalinin məşğuliyyətində taxılçılıq, xüsusilə çəltik əkib-becərmək, bağçılıq, ipəkçilik əsas yer tutur. Qəzanın əhalisi çox olan kəndlərindən biri – Nic kəndi, hansı ki bu kənddə 5084 nəfər adam yaşayır, bağçılıq, ipəkçilik və əkinçilik sahəsində nəinki Nuxa qəzasında, hətta bütün quberniyada ən irəlidədir. Qəzada 1894-cü ildə 89,5 desyatin sahədə tütün əkilmiş və 1128 pud məhsul götürülmüşdür. Barama becərilməsi işində isə Nuxa qəzası Zaqafqaziyada birinci yerdədir. Qəzada 1893-cü ildə 81740 pud, 1894-cü ildə isə 89900 pud barama istehsal edilmişdir. Nic kəndində fındıq bağlarının sahəsi 9 desyatinə çatır. Vəndam kəndi isə alması ilə məşhurdur. Qəzada 1894-cü ildə 44930 vedrə çaxır istehsal olunmuşdur. 1891-ci ildə qəzada, Nuxa şəhəri istisna olmaqla, 5676 at, 938 eşək və qatır, 23500 baş inək, 7650 baş camış, 47850 qoyun, 3250 keçi, 660 donuz vardı. Qəzada 8 ibtidai kənd məktəbi, 5 erməni-qriqorian kilsə məktəbi, 1 pravoslav kilsəsi, 44 erməni-qriqorian kilsəsi, 2 monastır, 261 məscid, 3 sinaqoq fəaliyyət göstərirdi. Qəza əhalisinin 69,6%-i azərbaycanlılar, 15,7%-i ermənilər, 7,8 %-i udinlər, 4,6-i kürəlilər (Samur çayı hövzəsinin ləzgiləri), 1,9%-i yəhudilərdir, yerdə qalan hissə isə gürcülərdən və qaputlilərdən(?) ibarətdir. Əhalinin 74,5% müsəlmandır. Əhalinin 73,5% sünni məzhəblidir. Əhalinin 22,7% erməni-qriqorian məzhəblidir. Nuxa şəhərində 25 min nəfər adam yaşayır. Onların 81%-i azərbaycanlı, 18%-i isə ermənilərdir. Şəhərdə barama emalı işi çox inkişaf etmişdir. Şəhərdə 45 baramaaçan zavod, 4 kərpic zavodu, 8 dulusçuluq emalatxanası, 4 dabbağxana və 3 sabunbişirmə sexi var. Şəhərdə həmçinin, dördillik şəhər məktəbi, 2 erməni kilsə məktəbi, 1 pravoslav kilsəsi, 3 erməni-qriqorian kilsəsi, 28 məscid, xəstəxana, həkim və aptek də fəaliyyət göstərir"[5].
Nuxa qəzası 1917-ci idə
1917 ilin “Kavkaski Kalendar”ına görə Nuxa qəzasının ərazisi 3685 verst² (4201 km²), əhalisi 133505 nəfər idi. Əhalinin 73819 nəfəri (55,3%) kişi, 59686 nəfəri (44,7%) qadın, 131132 nəfəri yerli sakin, 2373 nəfəri müvəqqəti yaşayanlar olub. Qəzanın əsas əhalisi azərbaycanlılar (93557 nəfər və ya 70,1%) idi. Bundan başqa, qəzada 17751 (13,3%) erməni, 7861 müsəlman dağlı əhalisi (5,9%), 1831 (1,4%) rus qeydiyyata alınmışdı. Qəzanın mərkəzi Nuxa şəhəri (əhalisi 52243 nəfər) idi. 20 əsrin əvvəlində qəzada yüzdən çox ipəkəyirmə müəssisəsi vardı[6].
1926-cı ilə aid statistik məlumatlarda[7] Nuxa qəzası əhalisinin sayı və etnik tərkibi
Dairənin, yaxud şəhərin adı | Cəmi | azər- baycan- lılar |
ermənilər | tatlar | talışlar | ləzgilər | udinlər | avarlar | saxurlar | ceklilər | xınalıqlar | gürcülər | kürdlər | ruslar | ukraynalılar | dağ yəhudiləri |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Nuxa şəhəri | 22.944 (100%) | 20.764 (90,5%) | 1.565 (6,8%) | 18(0,1%) | - | 185 (0,8%) | - | - | - | - | - | 37 (0,2%) | - | 195 (0,8%) | 34 (0,1%) | 3 (-0,1%) |
Aşağı Göynük dairəsi | 17.912 (100%) | 16.701 (93,2%) | 6 (0,1%) | - | - | 1.154 (6,4%) | - | - | - | - | - | 1 (- 0,1%) | - | - | - | |
Vartaşen dairəsi | 15.260 (100%) | 11.485 (75,3%) | 1.336 (8,8%) | - | 1 (-0,1%) | 103 (0,7%) | 356 (2,3%) | 31 (0,2%) | 291 (1,9%) | 590 (3,9%) | 67 (0,4%) | 2 (-0,1%) | 1 (-0,1%) | 19 (-0,1%) | - | 899 (5,9%) |
Cəfərabad dairəsi | 15.693 (100%) | 14.271 (90,9%) | 305 (1,9%) | - | - | 977 (6,2%) | - | - | - | - | - | - | - | 23 (0,1%) | 19 (0,1%) | - |
Qutqaşen dairəsi | 13.394 (100%) | 13.231 (98,8%) | 133 (1,0%) | - | - | 5 (-0,1%) | - | - | - | - | - | - | - | 8 (-0,1%) | - | 1 (-0,1%) |
Nic dairəsi | 12.926 (100%) | 9.350 (72,3%) | 571 (4,4%) | - | - | 118 (0,9%) | 2.083 (16,1%) | - | - | - | - | 2 (-0,1%) | - | 690 (5,3%) | 46 (0,4%) | |
Xaldan dairəsi | 8.920 (100%) | 8.276 (92,8%) | 91 (1,0%) | 3 (-0,1%) | 2 (-0,1%) | 332 (3,7%) | - | - | 3 (-0,1%) | - | - | 7 (0,1%) | 3 (-0,1%) | 23 (0,3%) | - | 7 (0,1%) |
Cəmi | 107.049 (100%) | 94.078 (87,9%) | 4.007 (3,7%) | 21 (0,1%) | 3 (-0,1%) | 2.874 (2,7%) | 2.439 (2,3%) | 31 (0,1%) | 294 (0,3%) | 590 (0,6%) | 67 (0,1%) | 49 (0,1%) | 4 (0,1%) | 958 (0,9%) | 99 (0,1%) | 910 (0,9%) |
İstinadlar və qeydlər
- ↑ 1,0 1,1 "Первая всеобщая перепись населения Российской Империи 1897 г." (rus.)
- ↑ Azərbaycan Demokratik Respublikası dövründə (1918-1920) ölkə Bakı, Gəncə və Zaqatala quberniyalarına bölündü. Çar Rusiyası dövründəki Yelizavetpol quberniyası isə artıq “Gəncə quberniyası” adlanırdı.
- ↑ Bura tatlar və kürdlər daxil deyil, tatlar və kürdlər Nuxa qəzasında qeydə alınmayıblar.
- ↑ Волостныя, станичныя, сельскія, гминныя правленія и управленія, а также полицейскіе станы всей Россіи съ обозначеніем мѣста ихъ нахожденія. — Кіевъ: Изд-во Т-ва Л. М. Фишъ, 1913. — С. 129.
- ↑ Энциклопедический словарь Брокгауза и Ефрона, Том XXI, стр.: 431-432, С.-Петербург, 1897....
- ↑ Nuxa qəzası // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. — Bakı: "Lider", 2005. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 472. — Səh.: 274. — ISBN 9952-417-44-4.
- ↑ Этно-Кавказ, Нухинский уезд (1926 г.)
Həmçinin bax