* İqtisad elmləri doktoru, Bakı Biznes Universitetinin və Qərb Universitetinin professoru '''[[Qüdrət Əbdülsəlimzadə]]''' (1933–2016) '''27 avqust''' 1933-cü il tarixdə [[Nuxa|Nuxada]] (indiki Şəki) anadan olub. O, 1992–1995-ci illərdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin, 1990-cı ilin 20 yanvar hadisələrində İctimai Dəfn Komissiyasının sədri olmuşdur.
* Neft-qaz yataqlarının işlənməsi üzrə tanınmış mütəxəssis, texnika elmləri namizədi, Azərbaycan SSR əməkdar mühəndisi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sabiq vitse-prezidenti '''[[Səyyad İbrahimov]]''' (1936–2016) '''27 avqust''' 1936-cı il tarixdə [[Nuxa|Nuxada]] (indiki Şəki), ziyalı ailəsində anadan olub.