"Hacı Çələbi xan – Hacı Şəmsəddin bəy məscidi" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 27: | Sətir 27: | ||
|Markerin ölçüsü = | |Markerin ölçüsü = | ||
|Markerin ölçüsü 2 = | |Markerin ölçüsü 2 = | ||
− | |Markerin ölçüsü 3 = | + | |Markerin ölçüsü 3 = 18 |
|Məzhəb = | |Məzhəb = | ||
|Yeparxiya = | |Yeparxiya = |
13:43, 22 iyun 2022 versiyası
Tarixi abidə | |||||
Hacı Çələbi xan – Hacı Şəmsəddin bəy məscidi
| |||||
Giləhli məscidinin minarəsi. | |||||
Ölkə | Azərbaycan | ||||
Məhəllə | Giləhli (Yuxarı Baş) | ||||
İlk xatırlanma | 1749 | ||||
Tikinti | 1749—1805 | ||||
Status | yaşayış evi (keçmiş məscidin binası) və tarixi abidə (minarə) | ||||
| |||||
Koordinatlar | 41°12′12″N 47°12′14″E / 41.203353°N 47.204012°E 41°12′12″N 47°12′14″E / 41.203353°N 47.204012°E |
Hacı Çələbi xan – Hacı Şəmsəddin bəy məscidi — 1749-cu ildə Şəki xanı Hacı Çələbi xanın Nuxa şəhərində tikdirdiyi, 1805-ci ildə isə Hacı Şəmsəddin bəyin bərpa etdirdiyi məscid. Hal-hazırda yerləşdiyi məhəllənin adına uyğun olaraq Giləhli məscidi, yaxud Güləhli məscidi adlanmaqdadır.
Tarixi
Hacı Şəmsəddin bəy bərpa zamanı məscidin kitabəsində göstərib ki, bu məscidi köhnə bir məscidin yerində inşa etdirib[3]. XX əsrin əvvəllərində məscidin yaxınlığından tapılmış daş kitabədən isə aydınlaşır ki, bu məscid 1749-cu ildə Hacı Çələbi xanın tikdirdiyi məscidin yerində inşa edilib.
Vaxtilə, məscidin qarşısında qəbiristanlıq da olmuşdu. Lakin Qurcana çayı həmin qəbiristanlığı tamamilə yuyub yox edib. Həmin qəbiristanlıqda mövcud olmuş bəzi baş daşıları hal-hazırda muzeylərdə saxlanılmaqdadır. Məscidi bərpa etdirmiş Hacı Şəmsəddin bəyin özünün baş daşı isə Şəki Tarix Diyarşünaslıq muzeyində saxlanılır. Hacı Şəmsəddin bəy 1815-ci ildə vəfat etmiş və bu məscidin qarşısındakı qəbiristanlıqda dəfn edilmişdi.
XX əsrin 30-cu illərində isə evləri qəzalı vəziyətə düşmüş bir ailə hökumət tərəfindən daimi yaşamaq üçün bu məscidə yerləşdirilmiş və bununla da məscid binasının təyinatı dəyişdirilmişdir. Amma məscidin minarəsi tarixi abidə kimi qorunub saxlanılıb və hal-hazırda normal vəziyyətdədir.
İstinadlar
- ↑ Kitabə 20-ci əsrin əvvəllərində Gilək məscidinin yaxınlığında, torpaq altından tapılmış və həmin məscidin yaxınlığında bulağın üstünə pərçim edilmişdir. 1936-cı ildə Əjdər Ələsgərzadə (А.А.Алескерзаде) onu görmüş və foto-şəklini çəkdirmişdir və daha sonra bu kitabə barədə elmi xəbər yaymışdır (Изв.АзФАН.№1.1943, с.67). Sonralar da həmin xəbər və fotoşəkil bir neçə dəfə elmi nəşrlərdə dərc olunub. Burada isə Meşədixanım Nemətin 2001-ci ildə nəşr olunmuş kitabına istinad edilir (М.С.Неймат. Корпус эпиграфических памятников Aзербайджана, т.2, 295, Баку, 2001). Onu da əlavə edək ki kitabənin sonrakı taleyi məlum deyil və hal-hazırda itmiş hesab oluna bilər; belə ki o 1936-cı ildəki yerində deyil və hansısa muzeydə saxlanılması da qeyri-məlumdur.
- ↑ Hicri 1162-ci ilin ramazan ayının 1-i miladi 1749-cu ilin 15 avqustuna təsadüf edir.
- ↑ М. С. Нейматова. Корпус епиграфических памâтников Азербайджана, Том 2. «Элм», 1 янв. 1991 г.