Əliyar Əmircanov: Redaktələr arasındakı fərq
Redaktənin izahı yoxdur |
Redaktənin izahı yoxdur |
||
Sətir 67: | Sətir 67: | ||
==Ədəbiyyat== | ==Ədəbiyyat== | ||
*Mərdanov M., Tahirzadə Ə. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar | *Mərdanov M., Tahirzadə Ə. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (ensiklopedik soraq kitabı), Bakı, 2018, 479 s. | ||
*Tahirzadə Ə. Azərbaycan Cümhuriyyəti tələbələri: tarixi arayış, bəlgələr, yaşamlar / Ədalət Tahirzadə, Oğuztoğrul Tahirli; red. Ə.M.Quliyev; ön sözün müəl. K.K.Şükürov; Avropa-Azərbaycan Cəmiyyətinin Azərbaycanşünaslıq Araşdırmalar Mərkəzi.- Bakı : TEAS Press, 2016. - 1222 s. | *Tahirzadə Ə. Azərbaycan Cümhuriyyəti tələbələri: tarixi arayış, bəlgələr, yaşamlar / Ədalət Tahirzadə, Oğuztoğrul Tahirli; red. Ə.M.Quliyev; ön sözün müəl. K.K.Şükürov; Avropa-Azərbaycan Cəmiyyətinin Azərbaycanşünaslıq Araşdırmalar Mərkəzi.- Bakı : TEAS Press, 2016. - 1222 s. | ||
== İstinadlar == | == İstinadlar == | ||
01:16, 17 may 2020 versiyası
Əliyar bəy Əmircanov | |
---|---|
Əmircanov Əliyar bəy Hacı bəy oğlu | |
Əliyar bəy Əmircanov | |
Əliyar bəy Əmircanov | |
Anadan olub | 17 may 1897 |
Anadan olduğu yer | Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat edib | ? |
Vəfat etdiyi yer | ? |
Əliyarbəy Əmircanov (Əmircanov Əliyar bəy Hacı bəy oğlu; d. 17 may 1897-ci il, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası – ö. ? ) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri idi və sovet dövründə repressiyaya məruz qalıb.
Haqqında məlumatlar
1897-ci ildə Nuxada anadan olub.
1915-ci ildə 1-ci Bakı kişi realnı məktəbini bitirib.
1915-ci ildə müsabiqə yolu ilə Moskva Ali Texniki Məktəbinin mexanika şöbəsinə daxil olub.
1917-ci ilin 7 noyabrında Rusiyada baş vermiş Oktyabr inqilabından sonra təhsilini yarımçıq buraxaraq geri qayıdıb.
Azərbaycan Respublikası Parlamentinin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən təhsilini dövlət hesabına davam etdirmək üçün yenidən Rusiyaya göndərilib.
1922-ci ildə Məhəmmədəmin Rəsulzadə Finlandiyada olarkən Sədri Maqsudi Arsala yazdığı məktubunda bir cümhuriyyət tələbəsi Əliyar Əmircanovun adını çəkir və onun həmin vaxt Berlində təhsil aldığını göstərir[1]. Buna əsasən ehtimal etmək olar ki, Azərbaycan Cümhuriyyətinin Parlamentinin 1919-cu il 1 sentyabr tarixli qərarında göstərildiyindən fərqli olaraq, Əliyar bəy Əmircanovun təhsilini davam etdirməsi üçün yenidən Rusiyaya göndərilməsi mümkün olmamış və o, oxumaq üçün Rusiyaya yox, əvəzində Almaniyaya göndərilmişdir.
Azərbaycanın Cümhuriyyət dövrü tələbələri mövzusunun araşdırmaçısı professor Ədalət Tahirzadə müəyyənləşdirmişdir ki, Əliyar Əmircanov sovet dövründə repressiyaya məruz qalıb.
Ədəbiyyat
- Mərdanov M., Tahirzadə Ə. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (ensiklopedik soraq kitabı), Bakı, 2018, 479 s.
- Tahirzadə Ə. Azərbaycan Cümhuriyyəti tələbələri: tarixi arayış, bəlgələr, yaşamlar / Ədalət Tahirzadə, Oğuztoğrul Tahirli; red. Ə.M.Quliyev; ön sözün müəl. K.K.Şükürov; Avropa-Azərbaycan Cəmiyyətinin Azərbaycanşünaslıq Araşdırmalar Mərkəzi.- Bakı : TEAS Press, 2016. - 1222 s.
İstinadlar
- ↑ Tanyeri C. M.E.Resulzade'nin Sadri Maksud Arsal'a Hitaben yazdığı Iki Mektub (türk) // Kardaş Edebiyatlar : rüblük jurnal. — 1995. — № 30. — Səh. 30.