"Əligüşad Rəhimov" səhifəsinin versiyaları arasındakı fərqlər
(Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]][[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]Kateqoriya:Şəkidən çıxmış aktyorlarKateqoriya:Şəkidən çıxmış teatr...' ilə yarat) |
|||
Sətir 51: | Sətir 51: | ||
===Vəfatı=== | ===Vəfatı=== | ||
− | 1 noyabr 2012-ci il tarixdə | + | 1 noyabr 2012-ci il tarixdə – 61 yaşında, [[Şəki|Şəkidə]] vəfat edib. |
== Ədəbiyyat == | == Ədəbiyyat == | ||
# {{ŞT|260-263}} | # {{ŞT|260-263}} |
01:25, 1 noyabr 2022 versiyası
Əligüşad Rəhimov | |
---|---|
Rəhimov Əligüşad Əjdər oğlu | |
Əligüşad Rəhimov. | |
Doğum tarixi | 18 iyul 1951 |
Doğum yeri | Hoveri, Lerik rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 1 noyabr 2012 (61 yaşında) |
Vəfat yeri | Şəki, Azərbaycan |
Teatr | Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu, dram və kino aktyorluğu fakültəsi (1971–1975) |
Əligüşad Rəhimov (1951–2012) — Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının aktyoru.
Haqqında məlumatlar
18 iyul 1951-ci il tarixdə Lerik rayonunun Hoveri kəndində anadan olub.
Uşaq yaşlarında ikən ailəvi Puşkin (indiki Biləsuvar) qəsəbəsinə köçüblər.
Təhsili
1968-ci ildə Biləsuvar şəhər Nizami adına orta məktəbini bitirib.
1969-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olunub, lakin birinci kursdan təhsilini yarımçıq buraxıb.
1971 – 1975-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb.
Əmək və teatr fəaliyyəti
1968 – 1969-cu illərdə Puşkin rayonunda çıxan “Məhsul” qəzetində işləyib. Sonra isə Biləsuvar rayon radio qovşağında baş redaktor vəzifəsində çalışıb.
1975-ci ilin iyun ayından isə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının aktyoru olub.
Vəfatı
1 noyabr 2012-ci il tarixdə – 61 yaşında, Şəkidə vəfat edib.
Ədəbiyyat
- Rəhimli İ. Əligüşad Rəhimov // Şəki teatrı. — Bakı: Qanun, 2016. — Səhifələrin sayı: 383. — Səh.: 260-263. — 500 nüsx. — ISBN 978-9952-36-230-5.