"Telman Həmidov" səhifəsinin versiyaları arasındakı fərqlər
(Səhifəni 'Kateqoriya:T{{Mənbə göstər}} {{Alim |Adı = Telman Həmidov |Orijinal adı = Telman Muxtar oğlu Həmidov |Şəkil =...' ilə yarat) |
|||
Sətir 1: | Sətir 1: | ||
− | [[Kateqoriya:T]]{{Mənbə göstər}} | + | [[Kateqoriya:T]][[Kateqoriya:Şəkidən çıxmış alimlər]]{{Mənbə göstər}} |
{{Alim | {{Alim | ||
|Adı = Telman Həmidov | |Adı = Telman Həmidov | ||
Sətir 38: | Sətir 38: | ||
Telman Həmidov [[1995]]-ci ildə faciəli surətdə dünyasını dəyişmişdir. | Telman Həmidov [[1995]]-ci ildə faciəli surətdə dünyasını dəyişmişdir. | ||
− | |||
− |
00:52, 19 may 2020 versiyası
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr göstərin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, yönləndirilə və ya silinə bilər. |
Telman Həmidov | |
---|---|
Telman Muxtar oğlu Həmidov | |
Doğum tarixi | 1940 |
Doğum yeri | Şəki |
Vəfat tarixi | 1995 |
Telman Həmidov — Texnika elmləri namizədi, dosent.
Telman Muxtar oğlu Həmidov 1940-cı ildə Şəki şəhərində anadan olmuşdur.
O,1948-1958-ci illərdə orta məktəbdə oxumuş, 1958-ci ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuş, 1953-cü ildə institutun inşaat fakultəsini qurtarmışdır. Oxuduğu illərdə nümunəvi tələbə olduğundan, institutu qurtaran kimi "Mühəndis rəsmxətti" kafedrasında assistent vəzifəsinə işə götürülmüşdür. İnstitutda işlədiyi ilk gündən onu qabiliyyətli, bacarıqlı, təvazökar və savadlı bir müəllim kimi tanımışlar. Buna görə də T.Həmidov 1969-cu ilbə baş müəllim vəzifəsinə keçirilmişdir.
1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu təşkil olunduqdan sonra T.Həmidov öz fəaliyyətini burada "Mühəndis qrafikası" kafedrasında davam etdirmişdir.
T.M.Həmidov 1975-ci ildə görkəmli alim, texnika elmləri doktoru, professor A.Mustafayevin rəhbərliyi altında hazırladığı elmi dissertasiyasını müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. O, 1991-ci ildə dosent elmi adını almışdır.
T.Həmidov dəfələrlə beynəlxalq elmi-metodik konfranslarda məruzə etmiş, 22 elmi-metodik əsər çap etdirmişdir ki, əsərlərdən 5-i fransız dilində nəşr edilmişdir. Rus və fransız dillərini öz ana dili kimi bilən T.M.Həmidov 4 il müddətində (1982-1986) Əlcəzairin Bumerdez şəhərindəki Milli Neft, Qaz və Kimya İnstitutunda tələbələrə "Tərsimi həndəsə", "Rəsmxətt" və "Mühəndis qrafikası" fənlərindən dərs demişdir. Əlcəzairdə ali məktəbdə dərs dediyi illərdə 350 səhifəlik elmi-metodik əsər yazmışdır. Həmin əsərdən indi də Əlcəzair tələbələri dərslik kimi istifadə edirlər.
Əlcəzairdə işləyərkən, 1985-1986-cı illərdəki tədris və elmi işlərindəki müvəffəqiyyətlərə görə, T.Həmidov oradakı Sovet nümayəndəliyi tərəfindən "Nümunəvi əmək zərbəçisi" fəxri adına layiq görülmüşdür. T.Həmidov Türkiyənin Sibas şəhərində yerləşən Texniki Universitetdə işləmişdir. 1991-1995-ci illər üçün Memarlıq və İnşaat Universitetinin dövlət büdcəli "İnşaat-Memarlıq və maşınqayırma konstruksiyaların optimal layihələndirilmə məsələləri" elmi işinin yerinə yetirilməsində T.Həmidovun çox böyük rolu olmuşdur.
Telman Həmidov 1995-ci ildə faciəli surətdə dünyasını dəyişmişdir.