"Mustafa Quliyev" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 94: | Sətir 94: | ||
}} | }} | ||
− | '''Mustafa Quluyev''' (''Quluyev Mustafa Zəkəriyyə oğlu''; {{d.}} 24 may 1893-cü il – {{ö.}} 3 iyul 1938-ci il) — azərbaycanlı dövlət xadimi, Lənkəran qəza inqilab komitəsinin sədri (1920), Azərbaycan SSR Xalq Maarif Komissarı (1922 – 1928) və s. vəzifələrdə | + | '''Mustafa Quluyev''' (''Quluyev Mustafa Zəkəriyyə oğlu''; {{d.}} 24 may 1893-cü il – {{ö.}} 3 iyul 1938-ci il) — azərbaycanlı dövlət xadimi, Lənkəran qəza inqilab komitəsinin sədri (1920), Azərbaycan SSR Xalq Maarif Komissarı (1922 – 1928) və s. vəzifələrdə işləyib. 1938-ci ildə Stalin repressiyasına məruz qalmış və vəfat etmişdir. |
== Haqqında məlumatlar == | == Haqqında məlumatlar == |
19:28, 24 may 2020 versiyası
Mustafa Quliyev | |||||||
---|---|---|---|---|---|---|---|
|
|||||||
Sələfi | Dadaş Bünyadzadə | ||||||
Xələfi | Ruhulla Axundov | ||||||
|
|||||||
|
|||||||
|
|||||||
Sələfi | vəzifə təsis olundu | ||||||
Xələfi | Şirəli Axundov | ||||||
Doğum tarixi | 24 may 1893 | ||||||
Doğum yeri | Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası | ||||||
Vəfat tarixi | 3 iyul 1938 | ||||||
Təhsili | Tiflis gimnaziyanı (1913). Kiyev Müqəddəs Vladimir Universiteti, Moskvada Kommunist Akademiyası |
Mustafa Quluyev (Quluyev Mustafa Zəkəriyyə oğlu; d. 24 may 1893-cü il – ö. 3 iyul 1938-ci il) — azərbaycanlı dövlət xadimi, Lənkəran qəza inqilab komitəsinin sədri (1920), Azərbaycan SSR Xalq Maarif Komissarı (1922 – 1928) və s. vəzifələrdə işləyib. 1938-ci ildə Stalin repressiyasına məruz qalmış və vəfat etmişdir.
Haqqında məlumatlar
1893-cü ildə Nuxada anadan olub.
1913-cü ildə Tiflis gimnaziyasını bitirdikdən sonra Kiyev Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olub.
1918-ci ildə Kiyevdə bolşevik partiyası sıralarına daxil qatılıb, çox keçmədən RK(b)P Kiyev Komitəsi müsəlman bölməsinin sədri seçilib.
1919-cu ildə Bakıya gəldikdən sonra gizli siyasi fəaliyyət göstərib.
1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə, Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinə, Azərbaycan K(b)P MK-ya, Bakı Komitəsinə üzv seçilib.
1920-ci ildə Lənkəran qəza inqilab komitəsinin sədri,
1921 – 1922-ci illərdə Azərbaycan Kommunist (bolşevik) Partiyası Qaraşəhər rayon komitəsinin katibi olub.
1922 – 1927-ci illərdə Azərbaycanın xalq maarifi komissarı vəzifəsində çalışıb, eyni zamanda 1923 – 1926-cı illərdə “Maarif və mədəniyyət” jurnalının məsul redaktoru olub.
1922-ci ildə RK(b)P-nin XI qurultayında V.İ.Leninlə görüşüb.
1929 – 1932-ci illərdə “İnqilab və mədəniyyət” jurnalının məsul redaktoru olub.
Moskvada Kommunist Akademiyasını bitirdikdən sonra Qarayazı MTS siyasi şöbəsinin rəisi vəzifəsinə təyin edilib. Sonralar Qazaxıstanın Çimkənd Şəhər Partiya Komitəsinin katibi, Odessa Vilayət Partiya Komitəsinin şöbə müdiri vəzifəsində işləyib.
Bir sıra elmi-publisistik məqalələri var.
Stalin repressiyasına məruz qalıb, 1938-ci ildə vəfat edib.
Əsərləri
Kitabları
- “Azərbaycanda Oktyabr düşmənləri” (1927)
- “Mədəni inqilab və islam” (1928)
- “Türk qadınının yolu” (1930)
- “Oktyabr və türk ədəbiyyatı” (1930)
- “Cinayət nədir və hardan baş verir” (1935)