Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.

"Mustafa Quliyev" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 121: Sətir 121:
 
Bir sıra elmi-publisistik məqalələri var.
 
Bir sıra elmi-publisistik məqalələri var.
  
Stalin repressiyasına məruz qalıb, 1938-ci ildə vəfat edib.
+
1938-ci ildə Stalin repressiyasına məruz qalıb vəfat edib.
  
 
== Əsərləri ==
 
== Əsərləri ==

19:32, 24 may 2020 versiyası

Mustafa Quliyev
Mustafa Quliyev
bayraqAzərbaycan SSR Xalq Maarifi Komissarıbayraq
1922 — 1928
Sələfi Dadaş Bünyadzadə
Xələfi Ruhulla Axundov
bayraqAzərbaycan SSR Xalq Maarifi Komissarının müavinibayraq
1922 — 1926
bayraqAK(b)P Qaraşəhər Rayon Komitəsinin katibibayraq
1921 — 1922
bayraqLənkəran qəza inqilab komitəsinin sədribayraq
1920 — 1920
Sələfi vəzifə təsis olundu
Xələfi Şirəli Axundov
Şəxsi məlumatlar
Doğum tarixi 24 may 1893(1893-05-24)
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 3 iyul 1938(1938-07-03)
Təhsili Tiflis gimnaziyanı (1913), Kiyev Müqəddəs Vladimir Universiteti, Kommunist Akademiyası (Moskva)

Mustafa Quluyev (Quluyev Mustafa Zəkəriyyə oğlu; d.  24 may 1893-cü il – ö.  3 iyul 1938-ci il) — azərbaycanlı dövlət xadimi, Lənkəran qəza inqilab komitəsinin sədri (1920), Azərbaycan SSR Xalq Maarif Komissarı (1922 – 1928) və s. vəzifələrdə işləyib. 1938-ci ildə Stalin repressiyasına məruz qalmış və vəfat etmişdir.

Haqqında məlumatlar

1893-cü ildə Nuxada anadan olub.

1913-cü ildə Tiflis gimnaziyasını bitirdikdən sonra Kiyev Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olub.

1918-ci ildə Kiyevdə bolşevik partiyası sıralarına daxil qatılıb, çox keçmədən RK(b)P Kiyev Komitəsi müsəlman bölməsinin sədri seçilib.

1919-cu ildə Bakıya gəldikdən sonra gizli siyasi fəaliyyət göstərib.

1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə, Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinə, Azərbaycan K(b)P MK-ya, Bakı Komitəsinə üzv seçilib.

1920-ci ildə Lənkəran qəza inqilab komitəsinin sədri,

1921 – 1922-ci illərdə Azərbaycan Kommunist (bolşevik) Partiyası Qaraşəhər rayon komitəsinin katibi olub.

1922 – 1927-ci illərdə Azərbaycanın xalq maarifi komissarı vəzifəsində çalışıb, eyni zamanda 1923 – 1926-cı illərdə “Maarif və mədəniyyət” jurnalının məsul redaktoru olub.

1922-ci ildə RK(b)P-nin XI qurultayında V.İ.Leninlə görüşüb.

1929 – 1932-ci illərdə “İnqilab və mədəniyyət” jurnalının məsul redaktoru olub.

Moskvada Kommunist Akademiyasını bitirdikdən sonra Qarayazı MTS siyasi şöbəsinin rəisi vəzifəsinə təyin edilib. Sonralar Qazaxıstanın Çimkənd Şəhər Partiya Komitəsinin katibi, Odessa Vilayət Partiya Komitəsinin şöbə müdiri vəzifəsində işləyib.

Bir sıra elmi-publisistik məqalələri var.

1938-ci ildə Stalin repressiyasına məruz qalıb və vəfat edib.

Əsərləri

Kitabları

  • “Azərbaycanda Oktyabr düşmənləri” (1927);
  • “Mədəni inqilab və islam” (1928);
  • “Türk qadınının yolu” (1930);
  • “Oktyabr və türk ədəbiyyatı” (1930);
  • “Cinayət nədir və hardan baş verir?” (1935).

İstinadlar