"Mustafa Quliyev" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 134: | Sətir 134: | ||
və s. klassik və müasir Azərbaycan ədəbiyyatına dair məqalələri, “Oktyabr və türk ədəbiyyatı” (1930) kitabı mədəni irsə münasibətdə, sovet ədəbiyyatının nəzəri məsələlərində vulqar sosiologizm meyllərinə baxmayaraq, Azərbaycan sovet ədəbi tənqid və ədəbiyyatşünaslığının ilk nümunələri kimi qiymətlidir. Bunlar Azərbaycanda marksist estetika və ədəbi tənqidin yaranmasında və inkişafında faydalı olmuşdur. | və s. klassik və müasir Azərbaycan ədəbiyyatına dair məqalələri, “Oktyabr və türk ədəbiyyatı” (1930) kitabı mədəni irsə münasibətdə, sovet ədəbiyyatının nəzəri məsələlərində vulqar sosiologizm meyllərinə baxmayaraq, Azərbaycan sovet ədəbi tənqid və ədəbiyyatşünaslığının ilk nümunələri kimi qiymətlidir. Bunlar Azərbaycanda marksist estetika və ədəbi tənqidin yaranmasında və inkişafında faydalı olmuşdur. | ||
− | ===Kitabları=== | + | ====Kitabları==== |
# Azərbaycanda Oktyabr düşmənləri, 1927, 30 səh., 3000 nüs. | # Azərbaycanda Oktyabr düşmənləri, 1927, 30 səh., 3000 nüs. | ||
# Mədəni inqilab və islam, B., Azərnəşr, 1928, 52 səh., 2000 nüs. | # Mədəni inqilab və islam, B., Azərnəşr, 1928, 52 səh., 2000 nüs. |
00:47, 25 may 2020 versiyası
Mustafa Quliyev | |||||||
---|---|---|---|---|---|---|---|
|
|||||||
Sələfi | Dadaş Bünyadzadə | ||||||
Xələfi | Ruhulla Axundov | ||||||
|
|||||||
|
|||||||
|
|||||||
Sələfi | vəzifə təsis olundu | ||||||
Xələfi | Şirəli Axundov | ||||||
Doğum tarixi | 24 may 1893 | ||||||
Doğum yeri | Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası | ||||||
Vəfat tarixi | 3 iyul 1938 | ||||||
Təhsili | Tiflis gimnaziyanı (1913), Kiyev Müqəddəs Vladimir Universiteti, Kommunist Akademiyası (Moskva) |
Mustafa Quluyev (Quluyev Mustafa Zəkəriyyə oğlu; d. 24 may 1893-cü il – ö. 3 iyul 1938-ci il) — azərbaycanlı dövlət xadimi, Lənkəran qəza inqilab komitəsinin sədri (1920), Azərbaycan SSR Xalq Maarif Komissarı (1922 – 1928) və s. vəzifələrdə işləyib. 1937-ci ildə Odessada (Ukrayna SSR) Vilayət partiya komitəsində məktəb və elmlər şöbəsinin müdiri vəzifəsində işləyərkən Azərbaycanla bağlı siyasi ittihamla – əks-inqilabi millətçi qruplaşmanın rəhbəri olması ittihamı ilə, həbs edilmiş və 3 iyul 1938-ci il tarixdə isə güllələnmişdir; 19 mart 1957-cı il tarixdə bəraət verilib. 1918-ci ildən Rusiya K(b)P-nın, 1934-cü ildən isə Azərbaycan SSR Yazıçılar Birliyinin üzvü olub.
Haqqında məlumatlar
1893-cü ildə Nuxada, xırda alverçi ailəsində anadan olub.
1913-cü ildə Tiflis gimnaziyasını bitirdikdən sonra Kiyev Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olub.
1918-ci ildə Kiyevdə bolşevik partiyasına üzv olub, çox keçmədən RK(b)P Kiyev Komitəsi müsəlman bölməsinin sədri seçilib.
1919-cu ildə Bakıya gəldikdən sonra gizli siyasi fəaliyyət göstərib. Lənkəran qəzasında yerli bolşeviklərin köməyi ilə qəzanın kəndlərində partiya özəkləri yaradıb.
1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Lənkəran qəza inqilab komitəsinin sədri olub. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə, Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinə, Azərbaycan K(b)P MK-ya, Bakı Komitəsinə üzv seçilib.
1921 – 1922-ci illərdə Azərbaycan Kommunist (bolşevik) Partiyası Qaraşəhər rayon komitəsinin katibi olub.
1922 – 1928-ci illərdə Azərbaycanın xalq maarifi komissarı vəzifəsində çalışıb, eyni zamanda 1923 – 1926-cı illərdə “Maarif və mədəniyyət” jurnalının məsul redaktoru olub.
1922-ci ildə RK(b)P XI qurultayında iştirak edib, Zaqafqaziya partiya təşkilatının bir qrup nümayəndəsi ilə V.İ.Leninin qəbulunda olub.
1929 – 1932-ci illərdə “İnqilab və mədəniyyət” jurnalının (“Maarif və mədəniyyət” jurnalının xələfi) məsul redaktoru olub.
Moskvada Kommunist Akademiyasını bitirdikdən sonra Qarayazı MTS siyasi şöbəsinin rəisi vəzifəsinə təyin edilib. Sonralar Qazaxıstanın Çimkənd Şəhər Partiya Komitəsinin katibi, Odessa Vilayət Partiya Komitəsində məktəb və elmlər şöbəsinin müdiri vəzifəsində işləmişdir.
30 avqust 1937-ci il tarixdə– Odessada işləyərkən, Azərbaycanla bağlı əks-inqilabi millətçi qruplaşmanın rəhbəri olması ittihamı ilə həbs edilmiş və Azərbaycan SSR CM-nin 64, 70 və 73-cü maddələri ilə təksirli bilinərək güllələnmişdir.
Elmi-publisistik fəaliyyəti
- “Ə.Əbdülhəsənin “Dünya qopur” romanı haqqında”;
- “S.Vurğun yaradıcılığı yüksəliş yolunda”;
- “Sabir füqəra şairidir”;
- “Yoldaş Nərimanov haqqında”;
- “Azərbaycanda teatro və teatr məsələləri”;
- “Hazırkı Azərbaycan ədəbiyyatı haqqında”;
- “M.F.Axundovun yaradıcılığı”;
- “Simurğun bədii yaradıcılığı”;
- “Hüseyn Cavidin “Uçurum”u”;
- “Zaqafqaziya xalqlarının mədəni birliyi”;
- “Ədəbiyyat cəbhəsində mübarizə”
və s. klassik və müasir Azərbaycan ədəbiyyatına dair məqalələri, “Oktyabr və türk ədəbiyyatı” (1930) kitabı mədəni irsə münasibətdə, sovet ədəbiyyatının nəzəri məsələlərində vulqar sosiologizm meyllərinə baxmayaraq, Azərbaycan sovet ədəbi tənqid və ədəbiyyatşünaslığının ilk nümunələri kimi qiymətlidir. Bunlar Azərbaycanda marksist estetika və ədəbi tənqidin yaranmasında və inkişafında faydalı olmuşdur.
Kitabları
- Azərbaycanda Oktyabr düşmənləri, 1927, 30 səh., 3000 nüs.
- Mədəni inqilab və islam, B., Azərnəşr, 1928, 52 səh., 2000 nüs.
- Türk qadınının yolu, B., Azərnəşr, 1930, 46 səh., 5000 nüs.
- Cinayət nədir və haradan baş verir, İctimai-iqtisadi İnstitutun nəşri, 1935, 32 səh., 1500 nüs.