Osmanlı ordusunun Lələ paşanın başçılığı altında Şirvana daxil olduğu zaman İsa xan özünün kiçik qardaşı Əli xanla birlikdə Şəki vilayəti ordusunun osmanlılara qarşı mübarizəsinə rəhbərlik etdi. Lakin İsa xanın Gürcüstandakı böyük qardaşı Aleksandr həmin dövrdə Səfəvilərlə əlaqəni kəsmiş, xərac verməkdən boyun qaçırmış və osmanlıların tərəfinə keçmişdi. Buna görə də Səfəvi ordusu Ağsu çayının sahilində Osmanlı ordusunu məğlub etdikdən sonra Sultan Məhəmməd Xudabəndənin oğlu Salman mirzə 20 min nəfərlik ordu ilə Tbilisiyə hücum etmək qərarına gəldi. Aleksandr belə ağır vəziyyətdə hiylə işlədərək bir tərəfdən Salman mirzəyə 5 min tümən nağd pul verməklə Səfəvi hökmdarını razı saldı, digər tərəfdən isə qardaşı İsa xanın Gürcüstanda qalması haqqında ondan razılıq alaraq onu Şəki hakimliyindən kənarlaşdırdı{{Sfn|Musəvi T.|1969|s=4}}. | Osmanlı ordusunun Lələ paşanın başçılığı altında Şirvana daxil olduğu zaman İsa xan özünün kiçik qardaşı Əli xanla birlikdə Şəki vilayəti ordusunun osmanlılara qarşı mübarizəsinə rəhbərlik etdi. Lakin İsa xanın Gürcüstandakı böyük qardaşı Aleksandr həmin dövrdə Səfəvilərlə əlaqəni kəsmiş, xərac verməkdən boyun qaçırmış və osmanlıların tərəfinə keçmişdi. Buna görə də Səfəvi ordusu Ağsu çayının sahilində Osmanlı ordusunu məğlub etdikdən sonra Sultan Məhəmməd Xudabəndənin oğlu Salman mirzə 20 min nəfərlik ordu ilə Tbilisiyə hücum etmək qərarına gəldi. Aleksandr belə ağır vəziyyətdə hiylə işlədərək bir tərəfdən Salman mirzəyə 5 min tümən nağd pul verməklə Səfəvi hökmdarını razı saldı, digər tərəfdən isə qardaşı İsa xanın Gürcüstanda qalması haqqında ondan razılıq alaraq onu Şəki hakimliyindən kənarlaşdırdı{{Sfn|Musəvi T.|1969|s=4}}. |