"Bayram Salamov" səhifəsinin versiyaları arasındakı fərqlər
k (Tofiq Kərimli Bayram Salmanov səhifəsinin adını Bayram Salamov olaraq dəyişdi.) |
|
(Fərqli deyil)
|
20:22, 29 may 2020 versiyası
Bayram Salamov | |
---|---|
Salamov Bayram Zikir oğlu | |
Bayram Salamov, çəkdiyi tablonun qarşısında | |
Doğum tarixi | 1965 |
Doğum yeri | Qoxmuq, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | SSRİ→ Rusiya |
Təhsili | Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi |
Janrı | yağlı boya |
https://www.art-bairam.ru/ |
Bayram Salamov - azərbaycanlı Rusiya rəssamı, Rusiya Rəssamlarının Yaradıcılıq İttifaqının və Beynəlxalq Rəssamlar Federasiyasının üzvü.
Həyatı
1965-ci ildə Nuxa rayonunun Qoxmuq kəndində anadan olub.
1986-cı ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib.
1990-cı ildən Tolyatti şəhərində yaşayır.
Dünyanın nüfuzlu rəsm sərgilərində iştirak edib və bir çox mükafatlara layiq görülüb.
Rusiya Rəssamlarının Yaradıcılıq İttifaqının və Beynəlxalq Rəssamlar Federasiyasının üzvüdür.
Əsərləri Almaniya, Çexiya, İsveç, İtaliya, Kanada, İrlandiya və Böyük Britaniyada fərdi kolleksiyalarda saxlanılır.
Tolyatti, Çelyabinsk, Samara (Rusiya), Praqa (Çexiya), Limassol (Kipr) və digər şəhərlərdə 20-dək fərdi sərgisi olub. Bakıda ilk fərdi sərgisi 2014-cü ildə “1969” qalereyasında ikinci sərgisi isə 2016-cı ilin 5 – 9 iyul tarixləri arasında Muzey Mərkəzində təşkil edilib.