"Bayram Salamov" səhifəsinin versiyaları arasındakı fərqlər
(→Həyatı) |
|||
Sətir 38: | Sətir 38: | ||
Əsərləri Almaniya, Çexiya, İsveç, İtaliya, Kanada, İrlandiya və Böyük Britaniyada fərdi kolleksiyalarda saxlanılır. | Əsərləri Almaniya, Çexiya, İsveç, İtaliya, Kanada, İrlandiya və Böyük Britaniyada fərdi kolleksiyalarda saxlanılır. | ||
− | Tolyatti, Çelyabinsk, Samara (Rusiya), Praqa (Çexiya), Limassol (Kipr) və digər şəhərlərdə 20-dək fərdi sərgisi olub. Bakıda ilk fərdi sərgisi 2014-cü ildə “1969” qalereyasında ikinci sərgisi isə 2016-cı ilin 5 – 9 iyul tarixləri arasında Muzey Mərkəzində təşkil edilib. | + | Tolyatti, Çelyabinsk, Samara (Rusiya), Praqa (Çexiya), Limassol (Kipr) və digər şəhərlərdə 20-dək fərdi sərgisi olub. Bakıda ilk fərdi sərgisi 2014-cü ildə “1969” qalereyasında, ikinci sərgisi isə 2016-cı ilin 5 – 9 iyul tarixləri arasında Muzey Mərkəzində təşkil edilib. |
== Şəkillər == | == Şəkillər == |
22:00, 29 may 2020 versiyası
Bayram Salamov | |
---|---|
Salamov Bayram Zikir oğlu | |
Bayram Salamov, çəkdiyi tablonun qarşısında | |
Doğum tarixi | 7 noyabr 1965 |
Doğum yeri | Qoxmuq, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | SSRİ→ Rusiya |
Təhsili | Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi |
Janrı | yağlı boya |
https://www.art-bairam.ru/ |
Bayram Salamov (Salamov Bayram Zikir oğlu; d. 7 noyabr 1965-ci il, Qoxmuq, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ ) - azərbaycanlı Rusiya rəssamı, Rusiya Rəssamlarının Yaradıcılıq İttifaqının, Beynəlxalq Rəssamlar Federasiyasının və Azərbaycan Rəssamlar İttifaqı üzvü (2017).
Həyatı
1965-ci ildə Nuxa rayonunun Qoxmuq kəndində anadan olub.
1986-cı ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib.
1990-cı ildən Rusiya Federasiyasının Tolyatti şəhərində yaşayır.
Dünyanın nüfuzlu rəsm sərgilərində iştirak edib və bir çox mükafatlara layiq görülüb.
Rusiya Rəssamlarının Yaradıcılıq İttifaqının və Beynəlxalq Rəssamlar Federasiyasının üzvüdür.
Əsərləri Almaniya, Çexiya, İsveç, İtaliya, Kanada, İrlandiya və Böyük Britaniyada fərdi kolleksiyalarda saxlanılır.
Tolyatti, Çelyabinsk, Samara (Rusiya), Praqa (Çexiya), Limassol (Kipr) və digər şəhərlərdə 20-dək fərdi sərgisi olub. Bakıda ilk fərdi sərgisi 2014-cü ildə “1969” qalereyasında, ikinci sərgisi isə 2016-cı ilin 5 – 9 iyul tarixləri arasında Muzey Mərkəzində təşkil edilib.
Şəkillər
İstifadə edilmiş mənbə
- "Rusiyada yaşayan azərbaycanlı rəssam Bayram Salamovun fərdi sərgisi açılıb". https://azertag.az/ (azərb.). AZƏRTAC. 05.07.2016. 6 Jul 2016 - 25 Feb 2019 tarixində arxivləşdirilib..