"Taleh Yusubov" səhifəsinin versiyaları arasındakı fərqlər
(Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış musiqi...' ilə yarat) |
|||
Sətir 62: | Sətir 62: | ||
===Musiqi fəaliyyəti fəaliyyəti=== | ===Musiqi fəaliyyəti fəaliyyəti=== | ||
+ | <gallery mode= packed heights= "200px" widths= "140px" > | ||
+ | Şəkil:Taleh Yusubov2.jpg|Taleh Yusubov. | ||
+ | Şəkil:Taleh Yusubov3.jpg|Taleh Yusubov “Zirvə” vokal-instrumental ansamblında. | ||
+ | Şəkil:Taleh Yusubov4.jpg|Taleh Yusubov “Zirvə” vokal-instrumental ansamblında. | ||
+ | </gallery> | ||
+ | |||
1971 – 1973-cü illərdə bəstəkar, [[Azərbaycan SSR xalq artisti|xalq artisti]] Nəriman Əzimovun rəhbərlik etdiyi Politexnik İnstitutunun xalq çalğı alətləti ansamblında royal ifaçısı olub, | 1971 – 1973-cü illərdə bəstəkar, [[Azərbaycan SSR xalq artisti|xalq artisti]] Nəriman Əzimovun rəhbərlik etdiyi Politexnik İnstitutunun xalq çalğı alətləti ansamblında royal ifaçısı olub, | ||
Sətir 68: | Sətir 74: | ||
1972-ci ildə isə SSRİ-nin 50 illiyinə həsr olunmuş Ümumittifaq Televiziya Festivalında çıxış edib (bu konsertlər SSRİ-nin bütün ərazisinə canlı yayımlanmışdır). | 1972-ci ildə isə SSRİ-nin 50 illiyinə həsr olunmuş Ümumittifaq Televiziya Festivalında çıxış edib (bu konsertlər SSRİ-nin bütün ərazisinə canlı yayımlanmışdır). | ||
− | 1971-ci ildən Şəki İpək kombinatınnın “Təbəssüm” estrada ansamblının, | + | 1971-ci ildən Şəki İpək kombinatınnın “Təbəssüm” estrada ansamblının yaradıcısı, |
+ | |||
+ | 1976-cı ilin yayında Rahib Məmmədovun Füzuli adına Şəki mədəniyyət və istirahət parkının nəzdində yaratdığı estrada ansamblının üzvü, | ||
− | 1977-ci ildən mədəniyyət evinin “Zirvə” vokal-instrumental ansamblının yaradıcılarından biri və üzvü olub | + | 1977-ci ildən mədəniyyət evinin “Zirvə” vokal-instrumental ansamblının yaradıcılarından biri və üzvü olub. |
2009-cu ilədək “Zirvə”nin solisti kimi fəaliyyət göstərib (ansambl 1978-cı ilin iyul ayında Moskvada SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində keçirilən Ümumittifaq Komsomolunun 60 illiyinə həsr olunmuş müsabiqədə 1-ci yeri tutmuşdu və dəfələrlə Azərbaycan Televiziyasında, Bakıda keçirilən Respublika əhəmiyyətli tədbirlərdə çıxışlar etmiş, Azərbaycanın bir çox şəhər və rayonlarında qastrol səfərlərində olmuşdur). | 2009-cu ilədək “Zirvə”nin solisti kimi fəaliyyət göstərib (ansambl 1978-cı ilin iyul ayında Moskvada SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində keçirilən Ümumittifaq Komsomolunun 60 illiyinə həsr olunmuş müsabiqədə 1-ci yeri tutmuşdu və dəfələrlə Azərbaycan Televiziyasında, Bakıda keçirilən Respublika əhəmiyyətli tədbirlərdə çıxışlar etmiş, Azərbaycanın bir çox şəhər və rayonlarında qastrol səfərlərində olmuşdur). |
02:09, 12 iyun 2023 versiyası
Taleh Yusubov | |
---|---|
Yusubov Taleh Valeh oğlu | |
Taleh Yusubov. | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 iyul 1951 |
Doğum yeri | Nuxa, Azərbaycan SSR, SSRİ |
Təhsili |
• Şəki/Nuxa Orta İxtisas Musiqi Məktəbi (1966–1969; 1970–1971) • Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutu, maşınqayırma şöbəsi (1969–1970 və 1971–1975) |
Taleh Yusubov— tanınmış musiqiçi və musiqiçi-pedaqoq, “Zirvə” vokal-instrumental ansamblının yaradıcılarından biri və üzvü. 20 ilə yaxın müddət ərzində Şəki Musiqi Kollecində fortepiano müəllimi işləmişdir.
Haqqında məlumatlar
7 iyul 1951-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1958 – 1968-ci illərdə Nuxa şəhər 10 №-li orta məktəbində,
1959 – 1966-сı illərdə Nuxa şəhər 1 №-li uşaq musiqi məktəbinin fortepiano sinfində,
1966 – 1969 və 1970 – 1971-ci illərdə Şəki/Nuxa Orta İxtisas Musiqi Məktəbində,
1969 – 1970 və 1971 – 1975-ci illərdə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun maşınqayırma şöbəsində təhsil alıb.
Əmək fəaliyyəti
1975 – 1976-cı illərdə təyinatla Mingəçevirdə Yol nəqliyyatı zavodunda mühəndis-konstruktor,
1976 – 1984-cü illərdə Şəkidə müxtəlif sahələrdə (mədəniyyət şöbəsində, elektrik şəbəkəsi idarəsində, ət-süd kombinatında, V.İ.Lenin adına Şəki İpək İstehsal Birliyinin klubunda və s.) və vəzifələrdə,
1984 – 2002-ci illərdə isə Şəki İpək kombinatında sex rəisi vəzifəsində çalışıb.
2003-cü ildən Şəki Musiqi kollecində müəllim vəzifəsində çalışıb.
Musiqi fəaliyyəti fəaliyyəti
1971 – 1973-cü illərdə bəstəkar, xalq artisti Nəriman Əzimovun rəhbərlik etdiyi Politexnik İnstitutunun xalq çalğı alətləti ansamblında royal ifaçısı olub,
1971-ci ildə Daşkənddə keçirilən “Taşpi-71” Ümumittifaq Festivalında,
1972-ci ildə isə SSRİ-nin 50 illiyinə həsr olunmuş Ümumittifaq Televiziya Festivalında çıxış edib (bu konsertlər SSRİ-nin bütün ərazisinə canlı yayımlanmışdır).
1971-ci ildən Şəki İpək kombinatınnın “Təbəssüm” estrada ansamblının yaradıcısı,
1976-cı ilin yayında Rahib Məmmədovun Füzuli adına Şəki mədəniyyət və istirahət parkının nəzdində yaratdığı estrada ansamblının üzvü,
1977-ci ildən mədəniyyət evinin “Zirvə” vokal-instrumental ansamblının yaradıcılarından biri və üzvü olub.
2009-cu ilədək “Zirvə”nin solisti kimi fəaliyyət göstərib (ansambl 1978-cı ilin iyul ayında Moskvada SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində keçirilən Ümumittifaq Komsomolunun 60 illiyinə həsr olunmuş müsabiqədə 1-ci yeri tutmuşdu və dəfələrlə Azərbaycan Televiziyasında, Bakıda keçirilən Respublika əhəmiyyətli tədbirlərdə çıxışlar etmiş, Azərbaycanın bir çox şəhər və rayonlarında qastrol səfərlərində olmuşdur).
O, 2003 – 2021-ci illərdə Şəki Musiqi kollecində fortepiano ixtisası üzrə müəllim vəzifəsində çalışıb.
2021-ci ildə təqaüdə çıxıb.
Ədəbiyyat
Təhmirazqızı S. Taleh Yusubov // Şəkidə ifaçılıq sənəti. — Bakı: Nərgiz, 2016. — Səhifələrin sayı: 224. — Səh.: 189. — 300 nüsx. Ailəlidir.