"Azər İsgəndərov" səhifəsinin versiyaları arasındakı fərqlər
(Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış musiqi...' ilə yarat) |
(Fərqli deyil)
|
02:30, 14 avqust 2023 versiyası
Azər İsgəndərov | |
---|---|
İsgəndərov Azər | |
Azər İsgəndərov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 8 aprel 1959 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
|
|
Musiqi alətləri | tar və nağara |
facebook səhifəsi |
Azər İsgəndərov — tanınmış musiqiçi-pedaqoq, zərb ələtləri ifaçısı və vokalist. 1975-ci ilin yayından Şəki şəhər mədəniyyət evinin 14 – 18 yaşlılardan ibarət estrada ansamblında, 1976-cı ildən Şəki şəhər M.Füzuli adına Mədəniyyət və İstirahət Parkının nəzdində Rahib Məmmədovun yaratdığı estrada ansamblında, sonra uzun müddət “Zirvə” vokal-instrumental ansamblında zərb alətləri ifaçısı və vokalist kimi fəaliyyət göstərmiş, “Zirvə”nin heyətində Bakıda, eləcə də respublikanın bir sıra rayonlarında, həmçinin Moskvada və Rusiyanın digər şəhərlərində, Qazaxıstanda, Türkiyədə keçirilən tədbirlərdə, konsertlərdə, festivallarda çıxış etmiş, uzun müddət Şəki şəhər 2 №-li musiqi məktəbində nağara ixtisası üzrə dərs demişdir.
Haqqında məlumatlar
8 aprel 1959-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1966 – 1974-cü illərdə Şəki şəhər 19 №-li orta məktəbdə,
1969 – 1974-cü illərdə Şəki şəhər 1 №-li musiqi məktəbinin tar şöbəsində,
1974 – 1978-cü illərdə Şəki Orta İxtisas Musiqi Məktəbinin tar şöbəsində təhsil alıb.
Hərbi xidməti
1978 – 1980-cı illərdə həqiqi hərbi xidmətdə olub.
Əmək fəaliyyəti
1978-ci ildə bir neçə ay Şəki şəhər 2 №-li musiqi məktəbində zərb alətləri ixtisası üzrə müəllim,
1981 – 2018-ci illərdə nağara ixtisası üzrə müəllim işləyib.