"Gələsən, görəsən (qala)" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
(Səhifəni '{{Tarixi abidə |Azərbaycanca adı = “Gələsən, görəsən” qalası |Orijinal adı = |Şəkil = Gelesen-Goresen.jpg |Şəkil...' ilə yarat)
(Fərqli deyil)

22:07, 4 aprel 2024 versiyası

Tarixi abidə
“Gələsən, görəsən” qalası
“Gələsən, görəsən” qalasının cənub qapısı (2011).
“Gələsən, görəsən” qalasının cənub qapısı (2011).
Ölkə Azərbaycan
Kənd Kiş
Təməlinin qoyulması
tarixi
XV əsr[1]
Material qaya daşı
Gələsən, görəsən (qala) (Azərbaycan)
Red pog.png
Gələsən, görəsən (qala) (Şəki rayonu)
Red pog.png
Koordinatlar 41°15′49″N 47°13′43″E / 41.2635°N 47.2286°E / 41.2635; 47.2286 Map marker.svg41°15′49″N 47°13′43″E / 41.2635°N 47.2286°E / 41.2635; 47.2286

“Gələsən, görəsən” qalası “Gələsən, görəsən” qalasıŞəki rayonunun Kiş kəndindən 1 km şimalda, Kiş çayının sağ sahilində, Qaratəpə adlı təpənin başında yerləşir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarının 1 nömrəli əlavəsinə əsasən 322 inventar nömrəsi və “Gələsən, görəsən” adı ilə XV əsr abidəsi kimi qeydə alınmışdır. Tarixi mənbələrdə adı ilk dəfə 1551-ci il hadisələri ilə bağlı çəkilsə də, 1403 – 1404-cü illərdə Əmir Teymurun tutduğu “Gəl, gör, get” qalasının da elə bu qala olması ehtimal edilir.

Haqqında məlumatlar

1402 — 1403

İbn Ərəbşahın (1389–1450) “Əcaibül-məqdur fi nəvaib timur” əsərində göstərilir ki, 1402-ci ildə baş vermiş məşhur Ankara döyüşündən geri dönən Əmir Teymur qışı keçirmək üçün Qarabağa gedərkən yolu üstündəki “Gəl, gör, get” adlı bir qalanı[qeyd 1] uzun müddət mühasirədə saxlamış və sonda bir təsadüf nəticəsində onu ələ keçirə bilmişdir. İbn Ərəbşah əvvəl bu qalanın müdafiəçilərini xaçpərəst və gürcü kimi təqdim etsə də, bir qədər sonra Şirvanşah Şeyx İbrahimin dili ilə onları tatar adlandırmışdır. Müəllif qalanın alınmazlığının səbəbini belə izah edir: Teymurun əsgərləri hər gün səhər tezdən ta axşamadək qalanın yaxınlığında durub qalaya tərəf ox atırdılar, axşam isə gecələmək üçün düşərgəyə qayıdırdılar. Çünki qalanın yanında gecələmək üçün bir yer yox idi. Nəticədə qalanın mühasirəsi pozulur, müdafiəçilər qaldırılıb-saldırılan körpünü yerinə qoyaraq ətraf aləmlə əlaqəni bərpa edə bilirdilər[2][3][4][5][6]. Bu izah “Gəl, gör, get” qalası ilə indiki “Gələsən, görəsən” qalasının eyni bir qala olması ehtimalını daha da gücləndirir. Çünki “Gələsən, görəsən” qalasının ətrafında da relyef çox sərtdir və bu ərazidə kiçik bir qoşunun gecələyə bilməsi üçün yer yoxdur.

Məşhur türk tarixçısi Əhməd Zəki Vəlidi də “Gəl, gör, get” qalasını indiki “Gələsən, görəsən” qalası ilə eyniləşdirir[7][qeyd 2].

O dövrün müəlliflərindən biri olan İoann de Qalonifontibus 1404-cü ildə qələmə aldığı “Qafqaz xalqları haqqında məlumat”larının “Dağıstan. Ləzgi. Albaniya” bolməsində Şəki ilə bağlı qeyd edir ki, “Burada gürcülər, saratsinlər (müsəlmanlar), darginlər və ləzgilər yaşayırlar... Onların (xristianlarının) məzhəbləri gürcülərlə eynidir, amma... onlar özlərinin bir neçə xüsusi dini mərasimlərini də icra edirlər”[8]. Deməli, “Gəl, gör, get” qalası müdafiəçiləri ibn Ərəbşah tərəfindən pravoslav xristian tatarlar kimi təqdim edildiyi kimi, İoann de Qalonifontibusun yazdıqlarına əsasən isə eyni dövrdə “Gələsən, görəsən” qalası müdafiəçilərinin də pravoslav xristian albanlar ola bilərdi. Bu da “Gəl, gör, get” qalası ilə indiki “Gələsən, görəsən” qalasının eyni bir qala olması ehtimalını artırır.

Həmin illərdə Şəkinin hakimi Seyid Əhməd Orlat idi. O, bu vəzifədə 1399-cu ilin yanvar ayında Əlincə qalası yaxınlığıda baş vermiş döyüş zamanı teymurilər tərəfindən öldürülmüş atası Seyid Əli Orlatı əvəz etmişdir[qeyd 3]. Atasının teymurilərə qarşı çıxmasına baxmayaraq, Seyid Əhməd Orlat, Şirvanşah Şeyx İbrahimin vasitəçiliyi ilə Əmir Teymurun etimadını qazana bilmiş və bununla da onun Şəkiyə gözlənilən yürüşünün qarşısını almışdır. Buna görə də həmin illərdə “Gəl, gör, get” qalasının Seyid Əhməd Orlatın nəzarətində olmadığını ehtimal edilə bilər.

1551

Qeydlər

  1. “Əcaibül-məqdur fi nəvaib timur” ərəb dilində qələmə alınsa da müəllif qalanın türkcə-azərbaycanca adını olduğu kimi saxlamış, amma ərəb dilində mənasını izah etmişdir. Əsərin Məhəmməd Əli Necati tərəfindən fars dilinə edilmiş tərcüməsinin 1960/61-ci il (h.ş.1339) Tehran nəşrində də qalanın adı türkcə-azərbaycanca olduğu kimi saxlanılmışdır (ابن عربشاه, 1339, ss. 204-212). Lakin əsərin rus dilinə tərcüməsinin 2007-ci il Daşkənd nəşrində qalanın adı nədənsə rus dilənə tərcümə edilərək rus.: «приди, посмотри, возвращайся» kimi yazılmış və onun türkcə-azərbaycanca olması barədə heç nə qeyd edilməmişdir (Ибн Арабшах, 2007, с. 202)?!
  2. Bununla yanaşı, “Gəl, gör, get” qalasının yerinin indiki Gürcüstan Respublikası ərazisində olması ehtimalı da var və bu versiya da hələlik istisna hesab edilməməlidir. Belə ki Gürcüstanın Saçxere şəhəri yaxınlığındakı Modenaxi qalasının adının mənası da azərbaycanca “gələsən-görəsən” deməkdir (Məmmədov A.S., 2016, ss. 371, 378)
  3. Bu döyüşdə teymurilər məğlub olsalar da, Əmir Teymurun 17 yaşlı nəvəsi Əbubəkr mirzənin atdığı bir ox təsadüfən Seyid Əhməd Orlatın dəbilqəsinin zireh ətəyini deşərək onun şah damarına sancılmış və nəticədə Seyid Əhməd Orlat həlak olmuşdur.

İstinadlar

Ədəbiyyat

  1. Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında : [arx. 8 Dec 2015 - 5 Aug 2023] // Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi aktların vahid elektron bazası. — Müraciət tarixi: 26.03.2024.
  2. Məmmədov A.S. İbn Ərəbşahın məlum “Əcaibül-məqdur fi nəvaib timur” əsərində Şəkiyə dair naməlum bəhslər // Elm : qəzet. — Bakı, 2007. — В. 30 oktyabr.
  3. Ибн Арабшах История амира Темура. — Институт истории народов Средней Азии имени Махпират. — Ташкент, 2007. — Səh.: 201 – 208. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 30 mart 2024.
  4. Məmmədov A.S. İbn-i Arabşah'ın Ankara savaş'ından dönen Emir Timur'un “Gel-Gör-Git” kalesi'ni kuşatması hakkında yazdıkları (türk.) // Bütün yönleriyle Çubuk ve Çevresi (Uluslararası Sempozyumu). — Ankara, 2016. — Səh. 369 – 378. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 14 iyul 2022.
  5. Məmmədov A.S. 1384 – 1404 — Əmir Teymurun Şəki ölkəsinə hücumları (monoqrafiya) // Şəki. Biblioqrafik göstəricisi. Tarix-diyarşünaslıq materialları : kitab / Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutu. — Bakı: Turxan NRB, 2019. — Səh. 365 – 419.
  6. Əhməd Zəki Vəlidi. Azərbaycanın tarixi coğrafiyası. — Bakı: Təhsil, 2009. — 500 nüsx. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 11 iyul 2019.
  7. ابن عربشاه زندگانى شگفت آور تيمور = عجايب المقدور فى اخبار تيمور / ترجمه: محمد على نجاتى. — تهران, 1339. — Səh.: 204 – 212.
  8. Иоганн де Галонифонтибус Сведения о народах Кавказа (1404 г.). — Баку: Элм, 1980. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 10 Feb 2007 - 16 Mar 2024.