Changes

Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]Kateqoriya:1826-cı ilədək Şəki hakimləri, xanları və s. {{Dövlət xadimi |adı = Həsən ağa...' ilə yarat
[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]][[Kateqoriya:1826-cı ilədək Şəki hakimləri, xanları və s.]]
{{Dövlət xadimi
|adı = Həsən ağa
|tam adı =
|piktoqram = xan3
|şəkil = Şəki xanları və xanzadələri.jpg
|şəklin ölçüsü =
|şəklin izahı = Şəki xanları, yaxud xanzadələri (şərti), — [[Şəki xan sarayı|Şəki xan sarayında]] friz (divar rəfi – irəf) üzərində miniatür.
|titul = Şəki xanzadəsi
|bayraq =
|bayraq2 =
|dövr əvvəl =
|dövr son =
|sələfi =
|xələfi =
|doğum tarixi = ?
|doğum yeri = ?
|vəfat tarixi = 1748
|vəfat yeri = Ərəş
|vətəndaşlığı =
|milliyyəti =
|dini = islam
|sülalə =
|atası =
|anası =
|həyat yoldaşı =
|uşağı = [[Məhəmmədhüseyn xan]]
|təhsili =
|elmi dərəcəsi =
|elmi adı =
|imzası =
|adının digər versiyası = <!--Burada şəxsin ad və familiyasının digər yazılış formaları göstərilməlidir; Məsələn, şəxsin adı ''Məmməd Əliyev''dirsə, bura '''Memmed Eliyev''', Mammad Aliyev və s. bu kimi adlar yazmaq olar. Çünki internetdə axtarış edilərkən, çox vaxt ingilis əlifbasında olmayan hərflərin (ə, ü, ö və s.) əvəzinə başqa hərflər yazılır -->
|mükafatları =
|Commons =
}}
'''Həsən ağa''' (?–1748) — Şəki xanzadəsi. Şəki xanlarından Hacı Çələbi xanın oğlu, [[Məhəmmədhüseyn xan|Məhəmmədhüseyn xanın]] isə atasıdır.

==Haqqında məlumatlar==
1746-cı ildə atası Hacı Çələbi tərəfindən Nadir şahın yanına göndərilmişdir. Molla Məhəmməd əl-Cariyə görə o, Nadir şahla atası Hacı Çələbinin arasında barışığa nail olmaq üçün{{sfn|Molla Məhəmməd əl-Cari|1997|s=45}}, [[Hacı Seyid Əbdülhəmid|Hacı Seyid Əbdülhəmidə]] görə isə Nadir şahın adamlarının Nuxadan apardıqları əsir və qarət mallarını geri almaq üçün{{Sfn|Şəki xanlığının tarixindən|1958|s=26}} Nadir şahın yanına getmişdi. Molla Məhəmməd əl-Carinin və Hacı Seyid Əbdülhəmidin əsərlərində təsadüf edilən bu məlumatlar şübhə doğurmasa da bunların təsdiqlənməsi də hələlik mümkün deyil. Çünki ortada bunları təsdiqləyəcək bir şey yoxdur. Təsdiqlənməsi mümkün olan məlumatlardan isə birincisi budur ki, Şəki mahalının kəndxudaları və rəiyyəti Şəki məliyi [[Məlik Cəfər|Məlik Cəfərin]] yerinə Hacı Çələbinin oğlu Həsənin məlik təyin edilməsi üçün Nadir şaha kollektiv ərizə ilə müraciət etmiş, lakin Nadir şahın hicri 1159-cu ilin ramazan ayı (sentyabr/oktyabr 1746) tarixli fərmanı ilə həmin xahiş rədd edilmişdir{{Sfn|Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə)|2023|ss=135-139}}. Təsdiqlənməsi mümkün olan məlumatlardan ikinci isə budur ki, elə həmin ildə də Şəki camaatı Hacı Çələbinini xan seçmişdir{{Sfn|Azərbaycan tarixi arxiv sənədlərində|2012|ss=27, 381-380}} (Amma bu hadisənin Nadir şahın fərmanından əvvəl, yaxud sonra baş verməsi məlum deyil).

===Vəfatı===
20 iyun 1747-ci il tarixdə Xorasanda Nadir şaha qarşı həyata keçirilmiş sui-qəsd nəticəsində o, öldürüldü. Bundan sonra İranda şahlıq iddiasında olan Əmiraslan xan 1748-ci ildə böyük qoşunla Ərəşə gəldi. O, Hacı Çələbini Şəki xanı kimi tanısa da, oğlu Həsən ağanı onun döyüşçüləri qətlə yetirdilər. Bu hadisəni Molla Məhəmməd əl-Cari belə təsvir edir: {{Sitat2|Əmiraslan xan Bərdədən Ərəşə gəlir. Ərəşin əhalisi qaçır. Ordu onların dalınca düşərək çoxlarını öldürür, əsir tutur, qarət edir. Hacı Çələbinin oğlu (Həsən ağa) onların məkrindən qorxaraq yüz nəfər şəkili ilə pusquda durmuşdu. Onlar qızılbaş qoşununun bir dəstəsi ilə üzləşərək vuruşurlar. Qızılbaşlar başqa dəstələrinin yanına qaçırlar və (daha çox adamla) qayıdaraq onu və dəstəsindən qırx nəfər gənci öldürürlər. Əmiraslan xan onun (Həsən ağanın) öldürüldüyünü eşitdikdə çox heyfslənir, onun rəngbərəng xətlərlə kəfənlənmiş, qızıl və gümüş mələfələnmiş başını təəsüfləndiyini ifadə edən məktubla birlikdə atasına göndərir və başqa oğlunu öz yanına tələb edir{{sfn|Molla Məhəmməd əl-Cari|1997|ss=46-47}}.}}

===Ailəsi===
1760-cı ildə qazıqumuxlu Məhəmməd xan Nuxanı tutarkən Həsən ağanın dul arvadını Murtaza Əlinin oğlu Əli bəy adlı bir şəxsə ərə vermişdir{{sfn|Molla Məhəmməd əl-Cari|1997|s=58}}. Çox güman ki bu qadın Məhəmməd xanın qohumlarından biri idi.

Həsən ağanın oğlu [[Məhəmmədhüseyn xan]] isə 1759 – 1780-cı illərdə Şəki xanı olmuşdur.

== İstinadlar ==
{{İstinad siyahısı}}

==Ədəbiyyat==
# {{ŞXT-1958|26}}
# {{CS|45}}
#:{{CS|46-47}}
#:{{CS|58}}
# {{ŞOƏT (TMTÜ)|135-139}}

{{Yoxlanılmış məqalə}}

{{Çapa hazır məqalə}}

{{Akademik məqalə}}

[[az:Həsən ağa]]