21 apreldə Nadir şah Şəki, yaxud Nuxa sığnağına hücum etdi, lakin əks-tərəfin müqaviməti ilə qarşılaşdı və ordusunu geri çəkməyə məcbur oldu. Bu döyüşdə üsyançılardan cəmi 40 nəfər, onun ordusundan isə 100-dən çox adam həlak oldu. Sığnağı ala bilməyən şah, şəkililərin evlərinin yandırılmasına, həyətlərindəki ağacların kəsilməsinə göstəriş verdi. Bununla yanaşı, şirin vədlərlə üsyançıların könlünü ələ almağa və öz tərəfinə çəkməyə də çalışırdı. | 21 apreldə Nadir şah Şəki, yaxud Nuxa sığnağına hücum etdi, lakin əks-tərəfin müqaviməti ilə qarşılaşdı və ordusunu geri çəkməyə məcbur oldu. Bu döyüşdə üsyançılardan cəmi 40 nəfər, onun ordusundan isə 100-dən çox adam həlak oldu. Sığnağı ala bilməyən şah, şəkililərin evlərinin yandırılmasına, həyətlərindəki ağacların kəsilməsinə göstəriş verdi. Bununla yanaşı, şirin vədlərlə üsyançıların könlünü ələ almağa və öz tərəfinə çəkməyə də çalışırdı. |