Nadir şah 1743-cü ildə öz imperiyasının müxtəlif yerlərində baş vermiş üsyanları 1744-cü il boyu bir-bir amansızlıqla yatırsa da, həmin ilin sonunda hələ Şəkidə mərkəzi hakimiyyətə qarşı üsyan davam edirdi. 9 oktyabr 1744-cü il tarixdə şah Qarsda idi və qışı keçirmək üçün oradan Bərdəyə yola düşdü. Lourens Lokkart Nadir şahın tarixçilərinin əsərlərinə istinad edərək şahın 6 dekabrda{{sfn|Lockhart L. (003)|1938|p=248}}, Rusiya rezidenti Vasili Bratişşev isə 13 dekabrda{{sfn|Арунова М.Р.|1958|с=214}} Bərdəyə çatdığını göstərir. Amma sonuncu, şahın Şəkidən gəldiyini və üstəlik, Şəkidə ağır məğlubiyyətə uğradığını da vurğulayır. Əgər hər iki tarix doğrudursa, o zaman hesab edə bilərik ki, Nadir şah 6 dekabrda Bərdəyə çatdıqdan 1 – 2 gün sonra Şəkiyə yürüşə çıxmış və 13 dekabrda Bərdəyə geri dönmüşdür. Əks-halda isə belə düşünməliyik ki, Nadir şah əslində Qarsdan Şəkiyə, Şəkidən isə Bərdəyə gəlmişdir və onun Bərdəyə gəldiyi deyilən tarixlərdən biri səhvdir... | Nadir şah 1743-cü ildə öz imperiyasının müxtəlif yerlərində baş vermiş üsyanları 1744-cü il boyu bir-bir amansızlıqla yatırsa da, həmin ilin sonunda hələ Şəkidə mərkəzi hakimiyyətə qarşı üsyan davam edirdi. 9 oktyabr 1744-cü il tarixdə şah Qarsda idi və qışı keçirmək üçün oradan Bərdəyə yola düşdü. Lourens Lokkart Nadir şahın tarixçilərinin əsərlərinə istinad edərək şahın 6 dekabrda{{sfn|Lockhart L. (003)|1938|p=248}}, Rusiya rezidenti Vasili Bratişşev isə 13 dekabrda{{sfn|Арунова М.Р.|1958|с=214}} Bərdəyə çatdığını göstərir. Amma sonuncu, şahın Şəkidən gəldiyini və üstəlik, Şəkidə ağır məğlubiyyətə uğradığını da vurğulayır. Əgər hər iki tarix doğrudursa, o zaman hesab edə bilərik ki, Nadir şah 6 dekabrda Bərdəyə çatdıqdan 1 – 2 gün sonra Şəkiyə yürüşə çıxmış və 13 dekabrda Bərdəyə geri dönmüşdür. Əks-halda isə belə düşünməliyik ki, Nadir şah əslində Qarsdan Şəkiyə, Şəkidən isə Bərdəyə gəlmişdir və onun Bərdəyə gəldiyi deyilən tarixlərdən biri səhvdir... |