Changes

Jump to navigation Jump to search
4.353 bayt əlavə edildi ,  21:04, 16 iyun 2020
Səhifəni '{{DISPLAYTITLE:Fikrət Məmmədov}} {{eyni ad-soyadlı|Fikrət Məmmədov}} {{Dövlət xadimi | adı = Fikrət Məmmədov | şəkil...' ilə yarat
{{DISPLAYTITLE:Fikrət Məmmədov}}
{{eyni ad-soyadlı|Fikrət Məmmədov}}
{{Dövlət xadimi
| adı = Fikrət Məmmədov
| şəkil =
| şəklin ölçüsü = 250px

| titul = [[Azərbaycan Respublikası Ədliyyə Nazirliyi|Azərbaycan Respublikasının<br/> 3-cü ədliyyə naziri]]
| bayraq = Coat_of_arms_of_Azerbaijan.svg
| bayraq2 = Flag_of_Azerbaijan.svg
| dövr əvvəl = [[19 aprel]] [[2000]]
| dövr son = Hal-hazırda
| sələfi = [[Südabə Həsənova]]
| xələfi =

| doğum tarixi = {{doğum tarixi|1955||}}
| doğum yeri = [[Bakı]], [[Azərbaycan SSR]]
| vəfat tarixi =
| vəfat yeri =
| sülaləsi =
| atası =
| anası =
| həyat yoldaşı =
| mükafatları = {{"Şöhrət" ordeni (Azərbaycan)}}{{"Vətənə xidmətə görə" ordeni}}<br/>[["Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" mükafatı laureatları|"Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"]]
| uşağı =
| imzası =
|partiya=Bitərəf}}

'''Fikrət Fərrux oğlu Məmmədov''' – Azərbaycan hüquqşünası və dövlət xadimi, hazırda [[Azərbaycan Respublikası]]nın ədliyyə naziridir.

== Həyatı və hüquqşünas kimi fəaliyyəti ==
O, [[1977]]-ci ildə M.V.Lomonosov adına [[Moskva Dövlət Universiteti]]nin hüquq fakültəsini, 1988-ci ildə Bakı APM-nı (Bakı sosial idarəetmə və politologiya institutu) bitirmişdir. Əmək fəaliyyətinə 1977-ci ildə rayon prokurorunun köməkçisi kimi başlamış, Bakı şəhər prokurorluğunda istintaq şöbəsinin prokuroru, respublika prokurorluğunda Təşkilat-nəzarət şöbəsinin böyük prokuroru və rəisi vəzifələrində işləmiş, həmin vəzifədən Azərbaycan KP MK İnzibati orqanlar şöbəsində hüquq mühafizə orqanları ilə iş üzrə təlimatçı vəzifəsinə keçirilmişdir.

Sonralar respublika Baş Prokurorluğu Hüquqi təminat idarəsinin rəisi, Sumqayıt şəhər prokuroru, 1994-2000-ci illərdə Baş prokurorun müavini olmuş, 2000-ci ilin aprel ayında Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilmişdir. Daha sonra formalaşmış hökümətlərdə F.Məmmədov 4 dəfə bu vəzifəyə yenidən təyin olunmuşdur. 2005-ci ildən Məhkəmə-Hüquq Şurasının sədridir, və bu vəzifəyə dəfələrlə yenidən seçilmişdir. I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Qeyd olunur ki, F.Məmmədov ölkəsinin məhkəmə sisteminin təkmilləşdirilməsinə və beynəlxalq standartlara uyğunlaşdırlımasına töhfələr vermişdir.

Beynəlxalq Prokurorlar Assosiasiyasının senatoru və fəxri üzvü, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının və BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə Konqresinin vitse-prezidentidir.

== Təltifləri ==
Azərbaycan Respublikası ədliyyə orqanlarının inkişafında xidmətlərinə görə respublika Prezidentinin 30 iyun 2005-ci il tarixli Sərəncamı ilə "Şöhrət" ordeni, 30 iyun 2015-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu", 20 noyabr 2018-ci il tarixli Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

Məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi üzrə səmərəli fəaliyyətinə və Məhkəmə-Hüquq Şurasının işinə əhəmiyyətli töhfəsinə görə ölkə başçısının 21 noyabr 2008-ci il tarixli Sərəncamı ilə «Azərbaycan Respublikasının əməkdar hüquqşünası» fəxri adına layiq bilinmişdir, Prokurorluğun fəxri işçisidir.

Həmçinin, dövlətimizin müxtəlif medalları ilə təltif olunmuş, beynəlxalq təşkilatların və xarici dövlətlərin medallarına və digər mükafatlarına layiq görülmüşdür.

== Ailəsi ==
F.Məmmədov evlidir, 4 övladı var.<ref>http://www.adam.az/az.php?subaction=showfull&id=1206555589&archive=</ref>

== İstinadlar ==
{{İstinad siyahısı}}

Naviqasiya menyusu