1740-cı illərin ortalarında şəkililərin İran əleyhinə azadlıq mübarizəsi və Nadir şahın Şəkiyə yürüşləri haqqında ilk dəfə Vadim Leviatovun 1948-ci ildə Bakıda çap olunmuş “XVIII əsr Azərbaycan tarixinə dair oçerklər” adlı kitabında ətraflı bəhs edilmişdir{{sfn|Левиатов В.Н. (Очерки из истории Азербайджана в XVIII веке 1)|1948|с=116}}. Müəllif bu kitabda yalnız nəşr olunmuş materiallara istinad etsə də, elə həmin il “Azərbaycan SSR EA-nın Xəbərləri”ndə dərc edilmiş ““Gələsən, görəsən” qalasının Nadir şaha qarşı müdafiəsi” adlı məqaləsində bu mövzunu arxiv materialları əsasında işıqlandırmağa çalışmışdır{{sfn|Левиатов В.Н. (Оборона крепости Гелесен-Гересен против Надир шаха)|1948|сс=95-105}}. Lakin nədənsə yalnız SSRİ Mərkəzi Dövlət Hərbi-Tarix Arxivindən və həm də nədənsə yalnız 1745-ci ilə aid sənədlərdən istifadə etmişdir, halbuki 1744-cü ildən Rusiya Xarici Siyasət Arxivində və Həştərxan vilayətinin Dövlət Arxivində Şəki üsyanı haqqında materiallar vardı{{sfn|Алиев Ф.М. (0)|1975|с=196}}. Daha sonra 1958-ci ildə Marianna Arunova və Klara Aşrafyanın Moskvada çap olunmuş “Nadir şah Əfşarın dövləti” adlı kitablarında bu mövzu 1744-сü ilin arxiv sənədlərindən də istifadə edilməklə Rusiya Xarici Siyasət Arxivi sənədləri əsasında işıqlandırılmışdır{{sfn|Арунова М.Р. (1)|1958|сс=213-215}}. Onların bu mövzu ilə bağlı yazdıqları həm də sonra qismən “Bütün Dünya tarixi”nin 14-cü cildinə daxil edilmişdir{{sfn|Всемирная история|1999|с=142-143}}. Bunlardan sonra isə Fuad Əliyevin 1975-ci ildə Bakıda çap olunmuş “XVIII əsrin birinci yarısında Azərbaycanda İran əleyhinə etirazlar və türk işğalına qarşı mübarizə” adlı kitabında da bu mövzuya xeyli yer ayrılmışdır{{sfn|Алиев Ф.М. (1)|1975|с=196-212}}. Lakin Fuad Əliyev bizim mövzu üzrə əsasən çap olunmuş materiallardan istifadə etmişdir. Onun iqtibas gətirdiyi iki-üç arxiv sənədi istisna olmaqla, digərləri arxiv materiallarından yox, əvvəlki müəlliflərin əsərlərindən götürülmüş kimi görünür, baxmayaraq ki, özü birbaşa arxiv sənədlərinə istinad etdiyini göstərmişdir. | 1740-cı illərin ortalarında şəkililərin İran əleyhinə azadlıq mübarizəsi və Nadir şahın Şəkiyə yürüşləri haqqında ilk dəfə Vadim Leviatovun 1948-ci ildə Bakıda çap olunmuş “XVIII əsr Azərbaycan tarixinə dair oçerklər” adlı kitabında ətraflı bəhs edilmişdir{{sfn|Левиатов В.Н. (Очерки из истории Азербайджана в XVIII веке 1)|1948|с=116}}. Müəllif bu kitabda yalnız nəşr olunmuş materiallara istinad etsə də, elə həmin il “Azərbaycan SSR EA-nın Xəbərləri”ndə dərc edilmiş ““Gələsən, görəsən” qalasının Nadir şaha qarşı müdafiəsi” adlı məqaləsində bu mövzunu arxiv materialları əsasında işıqlandırmağa çalışmışdır{{sfn|Левиатов В.Н. (Оборона крепости Гелесен-Гересен против Надир шаха)|1948|сс=95-105}}. Lakin nədənsə yalnız SSRİ Mərkəzi Dövlət Hərbi-Tarix Arxivindən və həm də nədənsə yalnız 1745-ci ilə aid sənədlərdən istifadə etmişdir, halbuki 1744-cü ildən Rusiya Xarici Siyasət Arxivində və Həştərxan vilayətinin Dövlət Arxivində Şəki üsyanı haqqında materiallar vardı{{sfn|Алиев Ф.М. (0)|1975|с=196}}. Daha sonra 1958-ci ildə Marianna Arunova və Klara Aşrafyanın Moskvada çap olunmuş “Nadir şah Əfşarın dövləti” adlı kitablarında bu mövzu 1744-сü ilin arxiv sənədlərindən də istifadə edilməklə Rusiya Xarici Siyasət Arxivi sənədləri əsasında işıqlandırılmışdır{{sfn|Арунова М.Р. (1)|1958|сс=213-215}}. Onların bu mövzu ilə bağlı yazdıqları həm də sonra qismən “Bütün Dünya tarixi”nin 14-cü cildinə daxil edilmişdir{{sfn|Всемирная история|1999|с=142-143}}. Bunlardan sonra isə Fuad Əliyevin 1975-ci ildə Bakıda çap olunmuş “XVIII əsrin birinci yarısında Azərbaycanda İran əleyhinə etirazlar və türk işğalına qarşı mübarizə” adlı kitabında da bu mövzuya xeyli yer ayrılmışdır{{sfn|Алиев Ф.М. (1)|1975|с=196-212}}. Lakin Fuad Əliyev bizim mövzu üzrə əsasən çap olunmuş materiallardan istifadə etmişdir. Onun iqtibas gətirdiyi iki-üç arxiv sənədi istisna olmaqla, digərləri arxiv materiallarından yox, əvvəlki müəlliflərin əsərlərindən götürülmüş kimi görünür, baxmayaraq ki, özü birbaşa arxiv sənədlərinə istinad etdiyini göstərmişdir. |