"Rasim Mustafayev" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 1: Sətir 1:
[[Kateqoriya:R]][[Kateqoriya:Şəkidən çıxmış alimlər]]{{Alim  
+
[[Kateqoriya:R]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəkidən çıxmış alimlər]]{{Alim  
 
  |Piktoqram            = kimya
 
  |Piktoqram            = kimya
 
  |Adı                  = Rasim Mustafayev
 
  |Adı                  = Rasim Mustafayev

23:05, 26 iyun 2020 versiyası

Rasim Mustafayev
Mustafayev Rasim Fərman oğlu
Rasim Mustafayev
Rasim Mustafayev, 2020-ci il
Doğum tarixi 31 avqust 1950 (1950-08-31) (74 yaş)
Doğum yeri Nuxa, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Russia.svg Rusiya
Elm sahəsi kimya
Elmi adı kimya elmləri namizədi
Təhsili

S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, kimya fakültəsi (1966 – 1971)

SSRİ Elmlər Akademiyasının Sibir şöbəsinin (Novosibirsk şəhəri) Qeyri-Üzvi Kimya İnstitutunun aspiranturası (1972 – 1974)
Evladları Nazim, Leyla və Elnarə
Atası Fərman Mustafayev
Anası Nuriyyə Mustafayeva (Abdullayeva)

Rasim Mustafayev (Mustafayev Rasim Fərman oğlu; d. 31 avqust 1950-ci ildə, Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ) – kimya elmləri namizədi (1977), ixtiraçı alim, Rusiya Federasiyası Keyfiyyət Problemləri Akademiyasının müxbir üzvü (2002), Novosibirsk şəhərində “Elmi tədqiqatlar və kimyəvi məhsullar” müəssisəsinin (Açıq Səhmdar Cəmiyyətinin) elmi rəhbəri və direktoru.

Haqqında məlumatlar

1950-ci ildə Nuxada anadan olub.

1966-cı ildə Nuxa şəhər M.Qorki adına 10 №-li orta məktəbi gümüş medalla bitirib.

1966 – 1971-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində təhsil alıb.

1971-ci ildə Azərbaycan Elmlər Akademiyasının Qeyri-Üzvi Kimya İnstitutunda əmək fəaliyyətinə başlayıb.

1972-ci ildə SSRİ Elmlər Akademiyasının Sibir şöbəsinin (Novosibirsk şəhəri) Qeyri-Üzvi Kimya İnstitutunun aspiranturasına qəbul olunub.

1977-ci ildə “Platin qrupu metallarının müxtəlif mürəkkəb materiallardan selektiv ayrılması və onların mikro miqdarının atom-absorbsiya üsulu ilə təyin olunması” adlı elmi mövzuda namizədlik dissertasiyası müdafıə edib.

1977 – 1998-ci illərdə Novosibirsk şəhərində Kimya Texnologiyasi Elmi-Tədqiqat İnstitutunda əvvəl baş elmi işçi, 1980-cı ildən laboratoriya müdiri, 1985-ci ildən şöbə müdiri, 1991-ci ildən elmi işlər üzrə direktor müavini vəzifələrində çalışıb.

1998-ci ildən yeni keyfiyyətli, ekoloji cəhətdən təhlükəsiz olan kimyəvi məhsulların alinması və istehsalı ilə məşğul olan “Elmi tədqiqatlar və kimyəvi məhsullar” müəssisəsinin elmi rəhbəri və direktoru vəzifəsində işləyir.

Elmi nailiyyətləri

  • 72 elmi əsərin, 27 ixtiranın müəllifidir. İxtiralarından 2-sinə Almaniyada patent verilib.

İctimai fəaliyyəti

2002-ci ildə Rusiya Federasiyası Keyfiyyət Problemləri Akademiyasının müxbir üzvü seçilib.

Ailəsi

Atası: Fərman Mustafayevanası: Nuriyyə Mustafayeva (Abdullayeva) Şəkinin tanınmış pedaqoqlarından olublar, Şəki şəhər 19 nömrəli orta məktəbdə müəllim işləyiblər və hər ikisi vəfat edib.

Həyat yoldaşı: Mustafayeva Tamara Filippovna, hüquqşünasdır.

Övladları:

  • Mustafayev Nazim, tibb elmləri namizədi, damar cərrahı-fleboloqdur.
  • Mustafayeva Leyla, həkimdir.
  • Mustafayeva Elnarə, hüquqşünasdır.

Mükafatları

  • 1985-ci ildə RSFSR-in Novosibirsk vilayətinin “Ən yaxşı ixtiraçı”sı adına layiq görülüb.
  • 2018-ci ildə Novosibirsk şəhərinin əsasının qoyulmasının 125 illiyi münasibətilə “Şəhərin rifahı üçün əməyə görə” xatirə doş nişanı ilə təltif edilib.
  • 2011-ci ildə rəhbəri olduğu "Elmi tədqiqatlar və kimyəvi məhsullar" müəssisəsi Rusiya Federasiyası "Qızıl Merkuri" Milli mükafatınının innovativ fəaliyyət sahəsində laureatı olmuşdur.

Şablon:Yaxşı məqalə