"Refik Samet" səhifəsinin versiyaları arasındakı fərqlər
Jump to navigation
Jump to search
Sətir 1: | Sətir 1: | ||
− | [[Kateqoriya:R]][[Kateqoriya:Şəkidən çıxmış alimlər]] | + | [[Kateqoriya:R]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəkidən çıxmış alimlər]] |
{{Alim | {{Alim | ||
|Adı = Refik Samet | |Adı = Refik Samet |
23:06, 26 iyun 2020 versiyası
Refik Samet | |
---|---|
(az.: Rafiq Səmədov) | |
Doğum tarixi | 1960 |
Doğum yeri |
SSRİ Azərbaycan SSR, Şəki |
Vətəndaşlıq | SSRİ→ Türkiyə |
İş yeri | Ankara Universiteti Kompüter Mühəndisliyi kafedrasının mühəndislik fakültəsi |
Elmi dərəcəsi | professor |
Təhsili | Kiyev Politexnik Universiteti, Avtomatika və texniki sistemlərin idarə olunması kafedrası (ali və magistr təhsili); Rusiya Milli Elmlər Akademiyasının Vadim Trepeznikov adına Problemlərin İdarəolunması İnstitutu (doktorantura) |
Refik Samet (az.: Rafiq Səmədov) – azərbaycanlı alim, informatika elmləri doktoru. Ankara Universiteti Kompüter Mühəndisliyi kafedrasının mühəndislik fakültəsinin dekanı (2004-cü ildən). Onlarla elmi işin müəllifi, yaxud həmmüəllifi.
Həyat və fəaliyyəti
- 1960-ci ildə Şəkidə anadan olub. Orta təhsilini 1967-1977-ci illərdə Şəkidə, ali təhsilini isə 1977-1983-cü illərdə Kiyev Politexnik Universitetində alıb.
- 1983-1986-cı illərdə Azərbaycan SSR Dövlət Kosmik Tədqiqatlar Komitəsinin Təbii Sərvətlərin Kosmik Tədqiqatı İnstitutunda işləyib.
- 1986-1992-cı illərdə Moskvada, Rusiya Milli Elmlər Akademiyasının Vadim Trepeznikov adına Problemlərin İdarəolunması İnstitutunun aspirantı olub.
- 1992-1996-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunda işləyib.
- 1997-2004-cü illərdə Türkiyənin Dənizli şəhərindəki Pamuqqala Universiteti Mühəndislik Fakültəsinin Elektrotexnika mühəndisliyi bölməsində işləyib.
- 2004-cü ildən isə Ankara Universiteti Kompüter Mühəndisliyi kafedrasının mühəndislik fakültəsinin dekanıdır.
Ana dilindən başqa həm də rus, ukrayna, türk və ingilis dillərində sərbəst danışır.