"Sədayə Mustafayeva" səhifəsinin versiyaları arasındakı fərqlər
(Səhifəni 'Kateqoriya:S{{Kino sənətçisi |Adı = Sədayə Mustafayeva |Orijinal adı =Sədayə İsmayıl qızı Mustafayeva |Şəkil = Sədayə Mus...' ilə yarat) |
|||
Sətir 1: | Sətir 1: | ||
− | [[Kateqoriya:S]]{{Kino sənətçisi | + | [[Kateqoriya:S]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]] |
+ | {{Kino sənətçisi | ||
|Adı = Sədayə Mustafayeva | |Adı = Sədayə Mustafayeva | ||
|Orijinal adı =Sədayə İsmayıl qızı Mustafayeva | |Orijinal adı =Sədayə İsmayıl qızı Mustafayeva |
23:19, 26 iyun 2020 versiyası
Sədayə Mustafayeva | |
---|---|
Sədayə İsmayıl qızı Mustafayeva | |
Doğum tarixi | 15 iyul 1926 |
Doğum yeri | Şəki, Azərbaycan SSR |
Vəfat tarixi | 13 avqust 2004 (78 yaşında) |
Vəfat yeri | Gəncə, Azərbaycan |
Həyat yoldaşı | Məmməd Bürcəliyev |
Uşağı | Anar Bürcəliyev |
Peşəsi | aktrisa |
Mükafatları | |
IMDb | ID 3081431 |
Sədayə İsmayıl qızı Mustafayeva — Azərbaycan teatr və kino aktrisası, Azərbaycanın xalq artisti (1981).
Həyatı
Sədayə Mustafayeva 1926-cı il iyul ayının 15-də Şəki şəhərində anadan olmuşdur. 5 illik orta təhsilini bitirdikdən sonra Böyük Vətən Müharibəsi başladığından atası İsmayılı və qardaşı Məhəmmədi müharibəyə yola salan Sədayə Şəkidə fəaliyyət göstərən İpəkçilik kombinatında Lətifə adlı bir ustanın yanında işləməyə başlamışdır. Şəkidə boyu çox uca olduğundan və həmişə də səmaya baxdığından Günəbaxan Muxtar adı ilə tanınan bir şəxsin vasitəsi ilə Şəki Dövlət Dram Teatrına aktrisa kimi gətirilmişdir. Bir müddət burada bir-birinin ardınca maraqlı obrazlar qaleriyası yaradan xalq artisti Sədayə Mustafayeva daha sonra fəaliyyətini Ağdaş və Göyçay teatrlarında davam etdirmişdir. 1950-ci ilin mart ayında Gəncə Dövlət Dram Teatrının direktoru, respublikanın xalq artisti, teatr və kino aktyoru, rejissor Məhəmməd Bürcəliyevin dəvəti ilə Sədayə xanım Gəncə Dövlət Dram Teatrına aktrisa kimi gətirilmişdir. Bu teatrın səhnəsində 400-dən artıq maraqlı obrazlar qalereyası yaratmışdır.
"Vaqif" də Xuraman, Gulnar, "Aydın"da Gültəkin, "Pəri Cadu" da Pəri, "Solğun çiçəklər" də Sara, Pəri, Gülnisə, "Otello"da Emilya, "III-Riçard"da Yelizaveta, "Sokratla söhbətlər"də Ksantipa, "İtgin gəlin"də Səbihə, "Yad qızı"nda Həcər xanım, "Dairəni genişləndirin"də Aliyə, "Təbilçi qız"da Nila, "Kəndçi qız"da Bənövşə, "Dəli Kür"də Şahnigar, "Ana vüqarı"nda Ana, "Bəraət"də Rəşidə xanım, "Atayevlər ailəsi"ndə Dilşad xanim, "Xurşudbanu Natavan"da Natavan, "Qonşular"da Mətanət, "Almaz"da Almaz, "Sən həmişə mənimləsən"də Nargilə, "Mahnı dağlarda qaldı"da Rəxşəndə xanım və s. obrazları xalq artisti S.Mustafayeva yaradıcılığının ən gözəl nümunələrindəndir. Bu gün Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərən əksər aktyor və aktrisa truppası məhz S.Mustafayeva məktəbinin yetirməsidir.
Xalq artisti S.Mustafayeva həmçinin Azərbaycanfilmin istehsalı olan 20-dən artıq filmə çəkilmişdir. "Qanun naminə" Xatun, "Mən ki gözəl deyildim"də Gözəl, "Şərikli çörək"də Şamama, "Qaynana"da Mülayim, "Ölsəm bağışla"da Suğra xala, "Ağ atlı oğlan"da Mirvari nənə, "Həm ziyarət, həm ticarət"də Ana, Amerika kinemotoqrafcılarının istehsal etdiyi "İlk körpü" filmində Əsmər və s. filimlərini misal göstərmək olar. 2004-cü il avqust ayının 13-də Gəncə şəhərində vəfat etmişdir.
2000-ci ildə "Əsgəroğlu" nəşriyyatı tərəfindən teatrşünas-tənqidci Anar Bürcəliyevin "Səhnə həyat nurumdur" adlı monoqrafiyası çap edilmişdir.
Ailəsi
- Xalq artisti Məmməd Bürcəliyevin həyat yoldaşıdır.
- Teatrşünas-tənqidçi Anar Bürcəliyevin anasıdır.
Mükafatları
- Azərbaycan SSR Əməkdar artisti -- 1958
- Azərbaycan SSR Xalq artisti — 24.12.1981[1]
- Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdü-- 2003
Filmoqrafiya
- Biri vardı, biri yoxdu... (film, 1967) (Qadın - S.Mustafayeva)
- Qanun naminə (film, 1968) (Xatun - S.Mustafayeva, səsləndirir - Ətayə Əliyeva).
- Mən ki gözəl deyildim (film, 1968) (Gözəl - S.Mustafayeva, səsləndirir - Ətayə Əliyeva).
- Şərikli çörək (film, 1969), (Şamama - S.Mustafayeva, səsləndirir - Ofelya Sənani).
- Gün keçdi (film, 1971), (Əsmərin anası - S. Mustafayeva, səsləndirir - Ətayə Əliyeva).
- Qızıl qaz (film, 1972), (Şəfiqənin anası - S.Mustafayeva, səsləndirir - Əminə Yusifqızı).
- Var olun, qızlar... (film, 1972), (Rüstəmin anası - S. Mustafayeva).
- Firəngiz (film, 1975), (Məsmə - S.Mustafayeva).
- Ad günü (film, 1977)(tammetrajlı bədii film)-rol: Əlinin anası
- Qayınana (film, 1978), (Mülayim - S.Mustafayeva, səsləndirir - Süsən Məçidova).
- Gümüşü furqon (film, 1982), (Mədinənin anası - S.Mustafayeva).
- İlıq dənizdə buz parçası (film, 1983), (Təqaüdçünün anası - S.Mustafayeva).
- Cin mikrorayonda (film, 1985), (ana - S.Mustafayeva).
- İşarəni dənizdən gözləyin (film, 1986), (Komandanın anası - S.Mustafayeva, səsləndirir - Məhluqə Sadıqova).
- Şəhərli biçinçilər (film, 1986), (Humay - S.Mustafayeva).
- Ölsəm... bağışla (film, 1989), (Yusifin anası - S.Mustafayeva, səsləndirir - Zərnigar Atakişiyeva).
- Ağ atlı oğlan (film, 1995)(tammetrajlı bədii film)-rol: Mirvari nənə
- Həm ziyarət, həm ticarət... (film, 1995), (Suğra xala - S.Mustafayeva, səsləndirir - Zərnigar Atakişiyeva).
- Dağıdılmış körpülər (film, 1996)(Əsmər - S.Mustafayeva).
- Acılar bitməz (film, 2009)(tammetrajlı bədii film)-rol: Orxanın nənəsi