"Yeganə Axundova" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 1: | Sətir 1: | ||
− | [[Kateqoriya:Y]]{{Musiqiçi | + | [[Kateqoriya:Y]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]] |
+ | {{Musiqiçi | ||
| Adı = Yeganə Axundova | | Adı = Yeganə Axundova | ||
| Şəkil = YEGANE_AXUNOVA.jpg | | Şəkil = YEGANE_AXUNOVA.jpg |
02:01, 27 iyun 2020 versiyası
Yeganə Axundova | |
---|---|
Axundova Yeganə Əsgər qızı | |
Yeganə Axundova | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 may 1960 |
Doğum yeri | Nuxa, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Peşələri | bəstəkar, pianoçu, pedaqoq, |
|
|
Musiqi aləti | piano |
Təhsili | Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası |
Mükafatları |
Yeganə Axundova (Axundova Yeganə Əsgər qızı; d. 22 may 1960-cı il, Nuxa, Azərbaycan SSR, SSRİ) — Azərbaycan pianoçusu, kompozitor və pedaqoq, Bakı Musiqi Akademiyasının xarici əlaqələr üzrə prorektoru (2005-ci ildən) və professoru (2009-cu ildən), Azərbaycan Respublikasının xalq artisti (2012).
Haqqında məlumatlar
1960-cı ildə Nuxa şəhərində anadan olub.
1983-cü ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1984-cü ildən bu təhsil müəssisəsində işləyir. Həmçinin, 1985-cı ildə Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasında əmək təcrübəsi də əldə edib.
Bir çox ölkələrdə (Almaniya, Yunanıstan, İtaliya, Norveç, Türkiyə, Fransa, Avstriya, Polşa, Böyük Britaniya, Rusiya, İspaniya, Macarıstan, Mərakeş, Ruminiya və s.) qastrollarda olub.
Bakı Musiqi Akademiyasında 2003-cü ildən dosent, 2005-ci ildən xarici əlaqələr üzrə prorektor, 2009-cu ildən professordur.
Mükafat və təltifləri
- Bakıda təşkil olunmuş pianoçuların Beynəlxalq Zaqafqaziya Müsabiqəsinin diplomatı (1985);
- “Azərbaycan Respublikasının Əməkdar Artisti” fəxri adı (2006);
- “Humay” Azərbaycan Milli Mükafatı (2007);
- AMEA-nın Yusif Məmmədəliyev adına mükafatı (2007);
- Avropa – Amerika Qadın Konsorsiumunun “Uğurlu qadın” beynəlxalq mükafatı;
- Beynəlxalq “Niaqara qızıl musiqisi” mükafatı (Kanada, Beynəlxalq Niaqara Müsiqi festivalı, 2007);
- “Azərbaycan Respublikasının Xalq Artisti” fəxri adı (2012).