"Ehtibar Kərimov" səhifəsinin versiyaları arasındakı fərqlər
(Səhifəni 'Kateqoriya: E{{Alim |Piktoqram = tibb |Adı = Ehtibar Kərimov |Orijinal adı = |Şəkil = Ehtibar Kə...' ilə yarat) |
(Fərqli deyil)
|
22:13, 17 mart 2020 versiyası
Ehtibar Kərimov | |
---|---|
Ehtibar Kərimov, 2013 | |
Doğum tarixi | 25 oktyabr 1964 |
Doğum yeri |
SSRİ Azərbaycan SSR, Qax rayonu, Aşağı Şabalıd kəndi |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elmi dərəcəsi | tibb üzrə fəlsəfə doktoru |
Təhsili | Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu |
Ehtibar Kərimov − azərbaycanlı həkim, tibb üzrə fəlsəfə doktoru, Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyad şəhərindəki Alxarj xəstəxanasında daxili xəstəliklər şöbəsinin konsultantı.
Haqqında məlumatlar
1982-ci ildə Şəki Tibb məktəbinə daxil olmuş, lakin elə həmin il əsgəri xidmətə çağırılmışdır. 1982-1984-cü illərdə hərbi xidmət borcunu yerinə yetirdikdən sonra Şəki Tibb məktəbində təhsilini davam etdirmiş və 1987-cı ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.
1988-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş, 1994-cü ildə bu ali təhsil ocağının fərqlənmə diplomu ilə bitirmişdir.
1994-cü ildə Şəkidə, 1995 – 1997-ci illərdə Ukraynanın Dnepropetrovsk şəhərində, 2004 – 2009-cu illərdə isə 5 il Səudiyyə Ərəbistanının ər-Riyad şəhərində həkim işləyib.
2010-cu ildə Azərbaycan Dövlət tibb Universitetinin doktoranturasına daxil olub və 2013-cü ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
Əmək fəaliyyətini həkim kimi 2010-2019-cu illərdə Şəkidə davam etdirib. 2019-cu ilin sonlarından isə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərindəki Alxarj xəstəxanasında daxili xəstəliklər şöbəsinin konsultantı vəzifəsində işləyir. Şablon:Yaxşı məqalə