"Ceyran Mahmudova" səhifəsinin versiyaları arasındakı fərqlər
(Səhifəni '{{Şəxs |piktoqram = musiqi |şəkil = Ceyran Mahmudova.jpg |milliyəti = azərbaycanlı |Doğum tarixi = 19.7.1964 |Doğum yeri = Bakı,...' ilə yarat) |
(Fərqli deyil)
|
19:24, 4 iyul 2020 versiyası
Ceyran Mahmudova | |
---|---|
Anadan olub | 19.7.1964 |
Anadan olduğu yer | Bakı, Azərbaycan SSR, SSRİ |
Atası | Emin Sabitoğlu |
Ceyran Emin qızı Mahmudova (Şablon:DVTY) — Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru (2018-ci ildən), xalq musiqisi tarixi və nəzəriyyəsi üzrə Bakı Musiqi Akademiyasının müəllimi, professor, "Musiqi Xəzinəsi" verilişinin aparıcılarından biri.
Haqqında məlumatlar
19 iyul 1964-cü il tarixində Bakıda anadan olub.
Təhsili
1971 – 1982-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində,
1982 – 1987-ci illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarixi-nəzəriyyə fakültəsində,
1987 – 1990-cı ilərdə Azərbaycan SSR Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aspiranturasında təhsil alıb.
İş yerləri
1990 – 1996-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutununda kiçik elmi işçi, elmi işçi, baş elmi içşi,
1991 – 2017-ci illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında əvvəl müəllim, sonra dosent, daha sonra profesor,
2017 – 2018-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqi sənəti” fakültəsinin dekanı vəzifəsində vəzifəsində çalışıb.
30 iyul 2018-ci il tarixindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilib.
Elmi fəaliyyəti
1994-cü ildə “Azərbaycan təsniflərinin problemləri” adlı mövzuda namizədlik, 2012-ci ildə “Azərbaycan bəstəkarlarının mahnılarında poeziya ilə musiqinin qarşılıqlı əlaqələri” adlı mövzuda doktorluq dissertasiyası müdafiə edib.
2003-cü ildə dosent,
2017-ci ildə professor elmi adını alıb.
3 monoqrafiya, 3 dərs vəsaiti, 50-dən çox elmi, 40-dan artıq elmi-publisistik məqalənin, fənn proqramlarının və metodik göstərişlərin müəllifidir. Respublika və beynəlxalq miqyaslı bir sıra elmi konfrans və simpoziumlarda iştirak edib.
Digər
2010-cu ildən Ali Attestasiya Komissiyasının sənətşünaslıq və memarlıq üzrə ekspert şurasının üzvüdür.
Azərbaycan Bəstəkarlar İttifaqının İdarə heyətinin üzvüdür.
2010-2014-cü illərdə Azərbaycan Televiziyası və “Mədəniyyət” kanalında “Musiqi xəzinəsi” verilişinin ssenari müəllifi və aparıcısı olub.
Ailəsi
- Bəstəkar Emin Sabitoğlunun qızı, görkəmli dramaturq Sabit Rəhmanın
Məqalələri
- Azərbaycan təsniflərinin öyrənilməsi probleminə dair. /Bərbədin 1400 illiyinə həsr olunmuş beynəlxalq simpoziumun materialları. Düşənbə, «Deniş», 1990;
- Qəzəl ilə təsnifin əlaqəsinə dair. B., «Qobustan» toplusu, №1, 1991;
- Təsniflərdə və xalq mahnılarında bayatı janrının təcəssümünün müqayisəli təhlili. AEA-nın Me'marlıq və incəsənət İnstitutunun «Xəbərlər» toplusu. B., №1, 1997;
- Azərbaycan xalq mahnılarında rədif, təkrar söz və ifadələrin musiqi təcəssümü haqqında. «Xəbərlər». B., №1, 1998;
- Azərbaycan şifahi ən'ənəli musiqisində heca vəzninə aid poetik janrıların təcəssümünün bəzi cəhətlərinə dair. «Xəbərlər». B., №1, 1998;
- Azərbaycan bəstəkarlarının mahnılarında beş hecalı mətnlərin təzahürü. «Xəbərlər». B., №1, 2000;
- Mahnılarda yaşayan poeziya. «Musiqi dünyası» jurnalı. №2, 2000;
- Rəsul Rza və Azərbaycan musiqisi. «Qobustan» toplusu. №2, 2001;
- Fikrət Əmirovun mahnılarında söz ilə musiqinin qarşılıqlı əlaqəsinin bəzi məqamları haqqında. «Musiqi dünyası». №3-4, 2001;
- Zərif gözəllik qəlb sirdaşı... /C.Cahangirov/, «Musiqi dünyası». №3-4, 2001.
- Emin Sabitoğlunun mahnılarında söz ilə musiqinin qarşılıqlı əlaqələri. "Musiqi dünyası" jurnalı.
- Respublika elmi konfranslarında mə'ruzə və çıxışlar (1990 - 2001).
- Dövri mətbuatda məqalələr (1990 - 2001).[1]