Zaman Qarayev: Redaktələr arasındakı fərq
Redaktənin izahı yoxdur |
|||
Sətir 42: | Sətir 42: | ||
=== Əmək fəaliyyəti === | === Əmək fəaliyyəti === | ||
1952- | 1952 – 1954-cü illərdə Qasım İsmayılov rayonunun Qasım İsmayılov kəndində yaşlılar üçün orta məktəbin direktoru və ədəbiyyat müəllimi vəzifəsində işləyib. | ||
1954 – 1954-ci illərdə Nuxa rayonunun 1 saylı Kiçik Dəhnə kənd orta məktəbində, | 1954 – 1954-ci illərdə Nuxa rayonunun 1 saylı Kiçik Dəhnə kənd orta məktəbində, | ||
1955 – 1961-ci illərdə isə Böyük Dəhnə kənd orta məktəbində azərbaycan dili və ədəbiyyatı müəllimi | 1955 – 1961-ci illərdə isə Böyük Dəhnə kənd orta məktəbində azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsində çalışıb. | ||
1961-ci | 1961 – 1967-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində, | ||
1967-ci | 1967 – 1971-ci illərdə “Gənclik” nəşriyyatında, | ||
1971-ci | 1971-ci ildə “Kənd həyatı” jurnalında redaktor vəzifəsində çalışıb. | ||
1971 – 1991-cı illərdə əmək fəaliyyətini Azərbaycan radiosinda davam etdirmiş, əvvəl məktublar şöbəsinin müdiri, 1980-cı ildən isə radionun | 1971 – 1991-cı illərdə əmək fəaliyyətini Azərbaycan radiosinda davam etdirmiş, əvvəl məktublar şöbəsinin müdiri, 1980-cı ildən isə radionun informasiya baş redaksiyasının əməkdaşı olmuşdur. | ||
1991-ci ildən sonra “Haqq söz” qəzeti redaksiyasında publisistika şöbəsinin müdiri vəzifəsində işləyib. | 1991-ci ildən sonra “Haqq söz” qəzeti redaksiyasında publisistika şöbəsinin müdiri vəzifəsində işləyib. |
00:46, 4 avqust 2020 versiyası
Zaman Qarayev | |
---|---|
Qarayev Zaman Sadıq oğlu | |
Zaman Qarayev | |
Doğum tarixi | 5 yanvar 1931 |
Doğum yeri | Böyük Dəhnə, Nuxa rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfatı | 24 may 2004[1] |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Zaman Qarayev — yazıçı, publisist, tənqidçi, ədəbiyyatşünas alim, filologiya elmləri namizədi (1976). Azərbaycan Yazıçılar Birliyinin üzvü (1961).
Haqqında məlumatlar
5 yanvar 1931-ci il tarixdə Nuxa rayonunun Böyük Dəhnə kəndində anadan olub.
Təhsili
1937 – 1947-ci illərdə Böyük Dəhnə kənd məktəbində oxuyub.
1947 – 1952-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti
1952 – 1954-cü illərdə Qasım İsmayılov rayonunun Qasım İsmayılov kəndində yaşlılar üçün orta məktəbin direktoru və ədəbiyyat müəllimi vəzifəsində işləyib.
1954 – 1954-ci illərdə Nuxa rayonunun 1 saylı Kiçik Dəhnə kənd orta məktəbində,
1955 – 1961-ci illərdə isə Böyük Dəhnə kənd orta məktəbində azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsində çalışıb.
1961 – 1967-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində,
1967 – 1971-ci illərdə “Gənclik” nəşriyyatında,
1971-ci ildə “Kənd həyatı” jurnalında redaktor vəzifəsində çalışıb.
1971 – 1991-cı illərdə əmək fəaliyyətini Azərbaycan radiosinda davam etdirmiş, əvvəl məktublar şöbəsinin müdiri, 1980-cı ildən isə radionun informasiya baş redaksiyasının əməkdaşı olmuşdur.
1991-ci ildən sonra “Haqq söz” qəzeti redaksiyasında publisistika şöbəsinin müdiri vəzifəsində işləyib.
Yaradıcılığı
Bədii yaradıcılığa gənc yaşlarından başlamış, 20 yaşında “İnqilab və mədəniyyət” jurnalında “Təşəbbüs” adlı hekayəsi çap olunmuşdur. 1954-cü ildən “Nuxa fəhləsi” qəzetinin redaksiyasının nəzdində fəaliyyət göstərən “Səbuhi” ədəbi dərnəyinin üzvü olub. 1959-cu ildə "Kürən", 1961-ci ildə isə "Qonağım olun" adlı kitabları işıq üzü görüb. Bundan başqa “Xarqo”, “Əlincə qalası”, “Kürü keçdilər”, “İldırımlı diyar” kimi romanların, onlarla povestin, hekayələrin müəllifidir. Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun ömür və döyüş yoluna “Xarqo” romanını və “Mənim atam” hekayəsini yazmışdır. Daha sonra bu əsərlər ümumtəhsil məktəblərinin ədəbiyyat dərsliklərinə daxil edilib.
O, yüzdən artıq elmi, bədii, ictimai-siyasi kitabın redaktoru olmuş, radio dalğalarda səslənən bir sıra verilişlərin, o cümlədən “Nina”, “Şirinnaz”, “Boran”, “Kazaklar”, “Ölü canlar”, “Sakit Don”, “Saçlı”, Medalyon”, “Ağbulaq dağlarında”, “Polkovnik Şaber”, “Dəyirman mühasirəsi”, “Bahar suları” kimi səhnələşdirilmiş radiopyeslərin müəllifidir.
Vəfatı
Zaman Qarayev 2004-cü il may ayının 24-də Bakıda vəfat edib.
Kitabları
- Kürən (hekayələr). Bakı: Uşaqgəncnəşr, 1959, 30 s.
- Qonağım olun (hekayələr). Bakı: Uşaqgəncnəşr, 1961, 42 s.
- Göy çəmənlər (povest və hekayələr). Bakı: Azərnəşr, 1965, 134 s.
- Xarqo (povest). Bakı: “Gənclik” nəşriyyatı, 1967, 110 s.
- Gəlinaparan (povest və hekayələr). Bakı: “Gənclik” nəşriyyatı, 1969, 165 s.
- Ayrılıqdan sonra (povest və hekayələr). Bakı: “Yazıçı” nəşriyyatı, 1981, 145 s.
- Əlincə qalası (tarixi roman). Bakı: “Yazıçı” nəşriyyatı, 1988, 183 s.
- Amansız vəzir (povest və hekayələr). Bakı: “Gənclik” nəşriyyatı, 1998, 72 s.
- Xarqo (roman). Bakı: Şirvannəşr, 1998, 122 s.
- Dəhnə ziyalıları (oçerklər, məqalələr, hekayələr). Bakı: “Şuşa” nəşriyyatı, 2000
İstinadlar
Ədəbiyyat
- Teymur Əhmədov Azərbaycan yazıçıları XX-XXI yüzillikdə. — Bakı: Nurlar nəşriyyatı, 2011. — Səhifələrin sayı: 1056. — Səh.: 1016 – 1017.
- Kamil Adışirinov (10 iyun 2019). "Sözə ömürlük bağlılıq" (azərb.). 525.az. 19 aprel 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 aprel 2020.
- MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ (2016). "2016-Cİ İL ÜÇÜN ƏLAMƏTDAR VƏ TARİXİ GÜNLƏR TƏQVİMİ". www.azkurs.org (azərb.). www.azkurs.org. 4, 9. 30 May 2017 – 21 Jan 2020 tarixində arxivləşdirilib.