"Məmmədnuru Yusifov" səhifəsinin versiyaları arasındakı fərqlər
(Səhifəni 'Kateqoriya:M{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış pedaqoqlar{{Şəxs |Adı...' ilə yarat) |
|||
Sətir 68: | Sətir 68: | ||
==İctimai fəaliyyyəti== | ==İctimai fəaliyyyəti== | ||
− | *Müxtəlif illərdə | + | *Müxtəlif illərdə Şəki şəhər(rayon Xalq Deputatları Sovetlərinin deputatı və İcraiyyə Komitəsinin üzvü seçilib. |
*1993-cü ildən Yeni Azərbaycan Partiyasının və YAP Şəki təşkilatı Siyasi Şurasının üzvü olub. | *1993-cü ildən Yeni Azərbaycan Partiyasının və YAP Şəki təşkilatı Siyasi Şurasının üzvü olub. | ||
12:37, 12 avqust 2020 versiyası
Məmmədnuru Yusifov | |
---|---|
Yusifov Məmmədnuru Şakir oğlu | |
Məmmədnuru Yusifov, 1984-cü il | |
Anadan olub | 2 fevral 1944 |
Anadan olduğu yer | Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat edib | 13 iyun 2013 (69 yaşında) |
Vəfat etdiyi yer | Şəki, Azərbaycan |
Dəfn yeri | Şəki |
Uşaqları | Aydın, Cavanşir, Eldəniz, Şahin |
Atası | Şakir Yusifov |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
İxtisası | tarixçi-pedaqoq, tarix və ictimaiyyət müəllimi |
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, tarix fakültəsi (1963 – 1967) |
Mükafatları |
Məmmədnuru Yusifov (Yusifov Məmmədnuru Şakir oğlu; d. 2 fevral 1944-cü ildə, Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ – ö. 13 iyun 2013-cü ildə, Şəki, Azərbaycan Respublikası) – pedaqoq, dövlət məmuru, sovet partiya və komsomol orqanları işçisi; Azərbaycan LKGİ Şəki Şəhər Komitəsinin birinci katibi (1972 – 1976), Şəki şəhər Xalq Maarif Şöbəsinin müdiri (1982 – 1986), Şəki rayon Xalq Maarif Şöbəsinin müdiri (1986 – 1992), Şəki şəhər Təhsil Şöbəsinin müdiri (1993 – 2005) və s. məsul vəzifələrdə işləyib.
Haqqında məlumatlar
2 fevral 1944-cü il tarixdə Nuxada anadan olub.
Təhsili
Nuxa şəhər 16 №-li ibtidai, 11 №-li orta və 1 №-li fəhlə-gənclər məktəblərində oxuyub.
1963 – 1967-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti
1960 – 1963-cü illərdə Nuxa İpək Kombinatında fəhlə işləyib.
1967 – 1971-ci illərdə Balakən Politexnik Texnikumunda və Balakəndəki Nizami adına orta məktəbdə tarix-ictimaiyyət müəllimi,
1970 – 1972-ci illərdə “Bilik” Cəmiyyəti Balakən rayon təşkilatının məsul katibi,
1972-ci ilin mart ayından noyabr ayınadək Azərbaycan KP Balakən Rayon Komitəsi Siyasi Maarif kabinetinin müdiri vəzifəsində çalışıb.
1972 – 1976-cı illərdə Azərbaycan LKGİ Şəki Şəhər Komitəsinin birinci katibi,
1976 – 1977-ci illərdə Şəki şəhər 20 №-li orta məktəbdə tərbiyə işləri üzrə direktor müavini,
1977 – 1982-ci illərdə M.Qorki adına Şəki şəhər 10 №-li orta məktəbin direktoru olub.
1982 – 1986-cı illərdə Şəki şəhər Xalq Maarif Şöbəsinin,
1986 – 1992-ci illərdə Şəki rayon Xalq Maarif Şöbəsinin,
1993 – 2005-ci illərdə Şəki şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb.
2006-cı ilin yanvar ayından əmək təqaüdünə çıxıb.
Vəfatı
2013-cü ildə Şəkidə vəfat edib.
İctimai fəaliyyyəti
- Müxtəlif illərdə Şəki şəhər(rayon Xalq Deputatları Sovetlərinin deputatı və İcraiyyə Komitəsinin üzvü seçilib.
- 1993-cü ildən Yeni Azərbaycan Partiyasının və YAP Şəki təşkilatı Siyasi Şurasının üzvü olub.
Mükafatları
- ÜİLKGİ MK-nın, Azərbaycan LKGİ MK-nın, Azərbaycan SSR Maarif nazirliyinin fəxri fərmanları;
- “Tərəqqi” medalı (2005)
Ailəsi
- Həyat yoldaşı: Yusifova Rəfiqə Mikayıl qızı (d. 1948 – ö. 2019).
- Övladları: Aydın, Cavanşir, Eldəniz, Şahin.