Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.

"Murad Cabbarlı" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
(Səhifəni 'Kateqoriya:M{{Dövlət xadimi | azərbaycan dilində adı = Murad Cabbarlı | adın orijinalı = Murad Qorxmaz oğlu Cabbarlı | portret...' ilə yarat)
 
Sətir 1: Sətir 1:
[[Kateqoriya:M]]{{Dövlət xadimi
+
[[Kateqoriya:M]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]]
 +
{{Dövlət xadimi
 
| azərbaycan dilində adı      = Murad Cabbarlı
 
| azərbaycan dilində adı      = Murad Cabbarlı
 
| adın orijinalı              = Murad Qorxmaz oğlu Cabbarlı
 
| adın orijinalı              = Murad Qorxmaz oğlu Cabbarlı

12:23, 26 iyun 2020 versiyası

Murad Cabbarlı
Murad Cabbarlı
bayraqŞəki Şəhər İcra Hakimiyyətinin başçısıbayraq
21 aprel 2010 — 23 may 2011
Sələfi Nazim İbrahimov
Xələfi Elxan Usubov
Şəxsi məlumatlar
Doğum tarixi 5 may 1960 (1960-05-05) (64 yaş)
Doğum yeri Bakı şəhəri

Murad CabbarlıŞəki Şəhər İcra Hakimiyyətinin başçısı (2010-2011-ci illər).

Həyatı

Cabbarlı Murad Qorxmaz oğlu 1960-cı il may ayının 5-də Bakı şəhərində anadan olub. Əmək fəaliyyətinə 1977-ci ildə A.Qarayev adına Uşaq Kliniki Xəstəxanasında başlayıb. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini elmi kommunizm ixtisası üzrə bitirib. Fəlsəfə elmləri namizədidir.

1983-1991-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində baş laborant, müəllim, 1991-1992-ci illərdə Bakı Dövlət Universitetində baş müəllim vəzifəsində işləmişdir. 1992-1994-cü illərdə Moskva şəhərində "Soyuzvneştorq" istehsal-ticarət birliyinin baş direktorunun müavini, 1994-1996-ci illərdə "Neftemaşimpeks" SC-də kommersiya işləri üzrə direktor, 1996-1998-ci illərdə "Texnotsentr-5" MMC-nin direktor müavini vəzifələrində çalışmışdır. 1998-2000-ci illərdə Bakı şəhərində "Şəms-R" elm-istehsalat şirkətində baş direktorun müavini, 2000-2008-ci illərdə Bakı Dövlət Universitetində baş müəllim, həmçinin

2002-2006-cı illərdə əvəzçilik qaydasında "Savalan" ATSC idarə heyətinin sədri, 2006-2008-ci illərdə "ADA-Mülkiyyət" MMC-nin direktoru vəzifəsində işləmişdir. 2008-ci ildə "Şəki Aqro İndastris" MMC-nin maliyyə və idarə işləri üzrə direktor müavini, 2008-2010-cu illərdə "Şəki Kərpic" MMC-nin direktoru vəzifəsində çalışmışdır. 2010-cu il aprel ayının 21-dən 2011-ci il may ayının 23-dək Şəki Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. Ailəlidir, bir övladı var.

Mənbə