Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Cəbrayıl Hüseynov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 41: Sətir 41:
 
==Mənbə==
 
==Mənbə==
 
*{{ASE|10|290|Hüseynov Cəbrayıl Muxtar oğlu}}
 
*{{ASE|10|290|Hüseynov Cəbrayıl Muxtar oğlu}}
*nkpi.az
+
*{{cite web | last =|url=http://science.gov.az/forms/skonchavshiesya-deystvitelnyie-chlenyi/3284 |title= Vəfat etmiş həqiqi üzvlər/Hüseynov Cəbrayıl Muxtar oğlu|author= |date= |website=http://science.gov.az/ |publisher=Azərbaycan Milli Elmlər Akademiyası |language=az |accessdate= |archiveurl =https://web.archive.org/web/20200923070033/http://science.gov.az/forms/skonchavshiesya-deystvitelnyie-chlenyi/3284 |archivedate =28 Mar 2018 - 23 Sep 2020 |ref = harv}}
 
[[az:Cəbrayıl Hüseynov (akademik)]]
 
[[az:Cəbrayıl Hüseynov (akademik)]]

19:19, 12 dekabr 2020 versiyası

Cəbrayıl Hüseynov
az.: Hüseynov Cəbrayıl Muxtar oğlu
Cəbrayıl Hüseynov
Doğum tarixi 16 yanvar 1913(1913-01-16)
Doğum yeri Şəki
Vəfat tarixi 14 dekabr 1974 (61 yaşında)
Vəfat yeri Bakı
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
Flag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti Azərbaycanlı
Elmi dərəcəsi aqrar elmlər doktoru
Təhsili Azərbaycan Kənd Təsərrüfatı İnstitutu
Mükafatları 2 «Şərəf nişanı» ordeni və medallar

Həyatı

Hüseynov Cəbrayıl Muxtar oğlu 1913-cü il yanvarın 16-da Şəki şəhərində doğulmuşdur. C.Hüseynov Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakültəsini bitirmişdir (1934). C.Hüseynov aqrar elmlər namizədi (1939) və aqrar elmlər doktoru (1947) dərəcəsini, professor (1948) elmi adını almışdır.

Elmi naliyyətləri

AMEA-nın müxbir üzvü (1949), həqiqi üzvü (1961) seçilmişdir. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda və Azərbaycan ET Pambıqçılıq İnstitutunda baş elmi işçi işləmişdir (1936). Ümumittifaq Elmi Tədqiqat Gübrələmə və Aqrotorpaqşünaslıq İnstitutunun aspirant olmuşdur (1936-1939). SSRİ Elmlər Akademiyasının Azərbaycan Torpaqşünaslıq sektorunda baş elmi işçi (1940), Torpaqşünaslıq və Aqrokimya Bölməsində direktor işləmişdir (1944-1945). Azərbaycan SSR EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun ilk direktoru olmuş (1945) və bu vəzifədə 1952-ci ilə kimi çalışmışdır. ADU-nun Biologiya fakültəsinin professoru olmuşdur (1969). 1963-cü ildə yenidən İnstitutun direktoru vəzifəsinə seçilmiş və ömrünün axırına kimi (1974) bu vəzifədə çalışmışdır.

İş fəaliyyəti

Respublikada mineral və üzvi gübrələrin, o cümlədən, fosfor gübrəsinin istehsal sahəsində alimin mühüm tədqiqatları olmuşdur. Onun təklifi ilə Sumqayıt şəhərinin neft sənayesinin tullantısı olan işlənmiş sulfat turşusundan superfosfat istehsal zavod tikilmişdir. C.Hüseynov ilk dəfə neft sənayesinin tullantısı olan turş qudronlu superfosfat istehsal edilməsinin nəzəri əsaslarını vermiş, onun bilavasitə istehsal, tətbiq edilməsinə nail olmuşdur. 1958-1963-cü illərdə akademik C.Hüseynov neft emalı sənayesi tullantılarından alman neft-boy maddəsi (NBM) nəinki respublikamızda, həm də dünya miqyasında geniş marağa səbəb olmuşdur. Bu təsərrüfat əhəmiyyəti nəzərə alınaraq NBM o illərdə respublikamızın əkinçilik sahələrində müxtəlif kənd təsərrüfatı bitkiləri əkinində (127 min hektar) fəal üzvi həlledici maddə kimi istifadə edilmişdir. Son tədqiqatları əsasən neft sənaye tullantılarından alınmış yeni üzvi-mineral gübrələrin, eləcə də respublikada böyük ehtiyatı olan bitumlu süxurun və yanar şistin kənd təsərrüfatında geniş tətbiqinə həsr edilmişdir.

Mükafatları

C.Hüseynov 200 elmi əsərin, o cümlədən, 6 monoqrafiya və 12 müəlliflik şəhadətnaməsinin müəllifidir. Onun rəhbərliyi altında 50-dən artıq fəlsəfə doktoru elmlər doktoru elm aləminə vəsiqə almışdır.

C.Hüseynov SSRİ Dövlət Mükafatı almış (1950), 2 dəfə «Şərəf nişanı» ordeni (1943,1951), 5 müxtəlif medalla təltif edilmişdir.

Akademik Cəbrayıl Hüseynov 1974-cü ildə Bakıda vəfat etmişdir.

Mənbə

  • Hüseynov Cəbrayıl Muxtar oğlu // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1987. — X  cild. — Səhifələrin sayı:  610. — Səh.: 290. — 80.000 nüsx.
  • "Vəfat etmiş həqiqi üzvlər/Hüseynov Cəbrayıl Muxtar oğlu". http://science.gov.az/ (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 28 Mar 2018 – 23 Sep 2020 tarixində arxivləşdirilib.