Zaman Qarayev: Redaktələr arasındakı fərq

Şəki Ensiklopediyası materialı
Redaktənin izahı yoxdur
Sətir 9: Sətir 9:
  |Doğum tarixi    = {{doğum tarixi|1931|1|5}}
  |Doğum tarixi    = {{doğum tarixi|1931|1|5}}
  |Doğum yeri      = [[Böyük Dəhnə]], [[Nuxa rayonu]], {{AzSSR}}, {{ZSFSR}}, {{SSRİ}}
  |Doğum yeri      = [[Böyük Dəhnə]], [[Nuxa rayonu]], {{AzSSR}}, {{ZSFSR}}, {{SSRİ}}
  |Vəfat tarixi    = {{vəfat tarixi|2004|5|24}}{{sfnaz| MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ |2016|p=4}}
  |Vəfat tarixi    = {{vəfat tarixi və yaşı|2004|5|24|1931|1|5}}{{sfnaz| MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ |2016|p=4}}
  |Vəfat yeri      =  
  |Vəfat yeri      =  
  |Vəfat səbəbi    =  
  |Vəfat səbəbi    =  
Sətir 67: Sətir 67:


=== Vəfatı ===
=== Vəfatı ===
24 may 2004-cü il tarixdə – Bakıda vəfat edib.
24 may 2004-cü il tarixdə – 73 yaşında, Bakıda vəfat edib.


=== Kitabları ===
=== Kitabları ===

17:57, 4 yanvar 2021 versiyası

Zaman Qarayev
Qarayev Zaman Sadıq oğlu
Zaman Qarayev
Zaman Qarayev
Doğum tarixi 5 yanvar 1931(1931-01-05)
Doğum yeri Böyük Dəhnə, Nuxa rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfatı 24 may 2004 (73 yaşında)[1]
Uşağı Hüseyn Qarayev
Vətəndaşlığı SSRİ Azərbaycan
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti
İlk əsəri “Təşəbbüs” (“İnqilab və mədəniyyət” jurnalı, 1951)
Elmi dərəcəsi filologiya elmləri namizədi

Zaman Qarayev (1931 – 2004) — yazıçı, publisist, tənqidçi, ədəbiyyatşünas alim, filologiya elmləri namizədi (1976).

Haqqında məlumatlar

5 yanvar 1931-ci il tarixdə Nuxa rayonunun Böyük Dəhnə kəndində anadan olub.

Təhsili

1937 – 1947-ci illərdə Böyük Dəhnə kənd məktəbində,

1947 – 1952-ci illərdə isə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

1952 – 1954-cü illərdə Qasım İsmayılov rayonunun Qasım İsmayılov kəndində yaşlılar üçün orta məktəbin direktoru və ədəbiyyat müəllimi vəzifəsində işləyib.

1954 – 1954-ci illərdə Nuxa rayonunun 1 saylı Kiçik Dəhnə kənd orta məktəbində,

1955 – 1961-ci illərdə isə Böyük Dəhnə kənd orta məktəbində azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsində çalışıb.

1961 – 1967-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində,

1967 – 1971-ci illərdə “Gənclik” nəşriyyatında,

1971-ci ildə “Kənd həyatı” jurnalında redaktor vəzifəsində çalışıb.

1971 – 1991-cı illərdə əmək fəaliyyətini Azərbaycan radiosunda davam etdirmiş, əvvəl məktublar şöbəsinin müdiri, 1980-cı ildən isə radionun informasiya baş redaksiyasının əməkdaşı olmuşdur.

1991-ci ildən sonra “Haqq söz” qəzeti redaksiyasında publisistika şöbəsinin müdiri vəzifəsində işləyib.

Yaradıcılığı

Bədii yaradıcılığa gənc yaşlarından başlamış, 20 yaşında “İnqilab və mədəniyyət” jurnalında “Təşəbbüs” adlı hekayəsi çap olunmuşdur. 1954-cü ildən “Nuxa fəhləsi” qəzetinin redaksiyasının nəzdində fəaliyyət göstərən “Səbuhi” ədəbi dərnəyinin üzvü olub. 1959-cu ildə "Kürən", 1961-ci ildə isə "Qonağım olun" adlı kitabları işıq üzü görüb. Bundan başqa “Xarqo”, “Əlincə qalası”, “Kürü keçdilər”, “İldırımlı diyar” kimi romanların, onlarla povestin, hekayələrin müəllifidir. Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun ömür və döyüş yoluna “Xarqo” romanını və “Mənim atam” hekayəsini yazmışdır. Daha sonra bu əsərlər ümumtəhsil məktəblərinin ədəbiyyat dərsliklərinə daxil edilib.

1961-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.

O, yüzdən artıq elmi, bədii, ictimai-siyasi kitabın redaktoru olmuş, radio dalğalarda səslənən bir sıra verilişlərin, o cümlədən “Nina”, “Şirinnaz”, “Boran”, “Kazaklar”, “Ölü canlar”, “Sakit Don”, “Saçlı”, Medalyon”, “Ağbulaq dağlarında”, “Polkovnik Şaber”, “Dəyirman mühasirəsi”, “Bahar suları” kimi səhnələşdirilmiş radiopyeslərin müəllifidir.

Vəfatı

24 may 2004-cü il tarixdə – 73 yaşında, Bakıda vəfat edib.

Kitabları

  • Kürən (hekayələr). Bakı: Uşaqgəncnəşr, 1959, 30 s.
  • Qonağım olun (hekayələr). Bakı: Uşaqgəncnəşr, 1961, 42 s.
  • Göy çəmənlər (povest və hekayələr). Bakı: Azərnəşr, 1965, 134 s.
  • Xarqo (povest). Bakı: “Gənclik” nəşriyyatı, 1967, 110 s.
  • Gəlinaparan (povest və hekayələr). Bakı: “Gənclik” nəşriyyatı, 1969, 165 s.
  • Ayrılıqdan sonra (povest və hekayələr). Bakı: “Yazıçı” nəşriyyatı, 1981, 145 s.
  • Əlincə qalası (tarixi roman). Bakı: “Yazıçı” nəşriyyatı, 1988, 183 s.
  • Amansız vəzir (povest və hekayələr). Bakı: “Gənclik” nəşriyyatı, 1998, 72 s.
  • Xarqo (roman). Bakı: Şirvannəşr, 1998, 122 s.
  • Dəhnə ziyalıları (oçerklər, məqalələr, hekayələr). Bakı: “Şuşa” nəşriyyatı, 2000

İstinadlar


Ədəbiyyat

  • Teymur Əhmədov Azərbaycan yazıçıları XX-XXI yüzillikdə. — Bakı: Nurlar, 2011. — Səhifələrin sayı:  1056. — Səh.: 1016 – 1017.
  • Kamil Adışirinov (10 iyun 2019). "Sözə ömürlük bağlılıq" (azərb.). 525.az. 19 aprel 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 aprel 2020.
  • MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ (2016). "2016-Cİ İL ÜÇÜN ƏLAMƏTDAR VƏ TARİXİ GÜNLƏR TƏQVİMİ" (PDF). www.azkurs.org (azərb.). www.azkurs.org. 4, 9. 30 May 2017 – 21 Jan 2020 tarixində arxivləşdirilib.

Şablon:Yaxşı məqalə