Tofiq Yusifov: Redaktələr arasındakı fərq

Şəki Ensiklopediyası materialı
Sətir 62: Sətir 62:
2012-ci ildə “Azərbaycanda açıq cəmiyyətin formalaşmasında mətbuatın rolu” (1991 – 2004-cü illər) mövzusunda dissertasiya müdafiə edib.  
2012-ci ildə “Azərbaycanda açıq cəmiyyətin formalaşmasında mətbuatın rolu” (1991 – 2004-cü illər) mövzusunda dissertasiya müdafiə edib.  


İki kitabın, 14 elmi, 3500-ə yaxın kütləvi-publisistik məqalənin müəllifidir.  
On iki kitabın, 30 elmi, 3500-ə yaxın kütləvi-publisistik məqalənin müəllifidir.  


Əsərləri rus, ingilis, qazax və türk dillərinə tərcümə edilib.  
Əsərləri rus, ingilis, qazax və türk dillərinə tərcümə edilib.  

16:01, 28 oktyabr 2021 versiyası

Tofiq Yusifov
Yusifov Tofiq Sədrəddin oğlu
Tofiq Yusifov
Tofiq Yusifov.
Doğum tarixi 25 yanvar 1957 (1957-01-25) (67 yaş)
Doğum yeri Çayqaraqoyunlu, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq Azərbaycan→ Azərbaycan
İş yeri Bakı Slavyan Universiteti
Elmi dərəcəsi fəlsəfə doktoru
Elmi adı professor
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, jurnalistika fakültəsi (1974 – 1979)
Mükafatları "Tərəqqi" medalı
facebook səhifəsi

Tofiq Yusifov – peşəkar jurnalist, filologiya üzrə fəlsəfə doktoru, professor.

Haqqında məlumatlar

25 yanvar 1957-ci il tarixdə Nuxa rayonunun Çayqaraqoyunlu kəndində anadan olub.

Təhsili

1974-cü ildə Orconikidze (indiki Turan) qəsəbə orta məktəbini bitirib.

1974 – 1979-cu illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

1979 – 1980-cı illərdə “Şəki fəhləsi” qəzetinin redaksiyasında ədəbi işçi,

1980 – 1982-ci illərdə Azərbaycan LKGİ Şəki Şəhər Komitəsinin ikinci katibi,

1982 – 1985-ci illərdə Azərbaycan LKGİ Şəki Şəhər Komitəsinin birinci katibi,

1985 – 1987-ci illərdə Şəki Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsində şöbə müdiri,

1987 – 1990-cı illərdə Şəki Rayonlararası Turizm İdarəsinin direktoru,

1991 – 2006-cı illərdə – müxtəlif vaxtlarda, “Səhər” qəzetinin şöbə müdiri, Azərbaycan-Türk İnformasiya Agentliyinin baş redaktoru, “Aydın sabah” qəzetin baş redaktoru, “Fakt” İnformasiya Agentliyinin baş redaktoru, “Günay” qəzetinin şöbə müdiri, parlament müxbiri, baş yazarı və baş redaktoru,

2006 – 2011-ci illərdə bir sıra strukturlarda mətbuat və kadr məsələləri üzrə menecer olub.

Pedaqoji fəaliyyəti

2002-ci ildən elmi-pedaqoji fəaliyyətlə məşğuldur.

“Təfəkkür” Universitetinin professorudur.

Bakı Dövlət Universitetində jurnalistikanın nəzəriyyəsi və təcrübəsi üzrə mühazirələr oxuyub.

Bakı Slavyan Universitetinin jurnalistika kafedrasında çalışır. BSU magistr dissertasiyaları üzrə İxtisaslaşmış Şuranın sədridir.

Elmi fəaliyyəti

2012-ci ildə “Azərbaycanda açıq cəmiyyətin formalaşmasında mətbuatın rolu” (1991 – 2004-cü illər) mövzusunda dissertasiya müdafiə edib.

On iki kitabın, 30 elmi, 3500-ə yaxın kütləvi-publisistik məqalənin müəllifidir.

Əsərləri rus, ingilis, qazax və türk dillərinə tərcümə edilib.

İctimai aktivliyi

1980 – 1986-cı illərdə iki çağırış Şəki Şəhər Sovetinin deputatı seçilib.

Azərbaycan jurnalistlərinin I – VI qurultaylarının nümayəndəsi olub.

Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademikidir (2015).

Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvüdür (2016).

Təltif və mükafatları

  • “Tərəqqi” medalı (2005);
  • Azərbaycan Respublikası Prezidentinin təqaüdü (2013 – 2014);
  • Həsən bəy Zərdabi mükafatı;
  • Hacı Zeynəlabdin Tağıyev adına mükafat;
  • Ali Media mükafatı;
  • “Qızıl qələm” mükafatı;
  • Mənzil (2017).

Ailəsi

Ailəlidir, 3 övladı var.

Ədəbiyyat

  • "Tanınmış jurnalist Tofiq Yusifovun 60 yaşı tamam olur - Şərəfli ömür yolu". http://ikisahil.az/ (azərb.). “İki sahil” qəzeti. 25 yanvar 2017. 24 Jan 2021 tarixində arxivləşdirilib.

Şablon:Yaxşı məqalə