"Elman Mustafayev (kitab satıcısı)" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 1: | Sətir 1: | ||
− | [[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]] | + | [[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]] |
{{Şəxs | {{Şəxs | ||
|Adı = Elman Mustafayev | |Adı = Elman Mustafayev | ||
Sətir 68: | Sətir 68: | ||
== İstinadlar və qeydlər == | == İstinadlar və qeydlər == | ||
{{İstinad siyahısı}} | {{İstinad siyahısı}} | ||
+ | |||
+ | {{Eyni ad-soyadlı|Elman Mustafayev}} | ||
{{Yaxşı məqalə}} | {{Yaxşı məqalə}} | ||
+ | |||
+ | [[az:Elman dayı]] |
03:49, 12 fevral 2021 versiyası
Elman Mustafayev | |
---|---|
Mustafayev Elman | |
Anadan olub | 4 yanvar 1940 |
Anadan olduğu yer | Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat edib | 11 fevral 2019 (79 yaşında) |
Vəfat etdiyi yer | Bakı, Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
İxtisası | kitab-əmtəəşünaslıq və biblioqrafiya |
Təhsili |
Bakı Ticarət-Kulinar Şagirdliyi Məktəbi S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, kitabxanaçılıq fakültəsi (axşam şöbəsi) |
Fəaliyyəti | kitab satıcısı |
Elman Mustafayev – Bakının məşhur kitab satıcısı; 50 ildən artıq bir müddətdə kitab satışı ilə məşğul olmuşdur.
Haqqında məlumatlar
4 yanvar 1940-cı il tarixdə Nuxada anadan olub.
Təhsili
Nuxada orta məktəbi bitirib.
Bakı Ticarət-Kulinar Şagirdliyi Məktəbində,
S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində (axşam şöbəsi) təhsil alıb.
Əmək fəaliyyəti
Bakı Ticarət-Kulinar Şagirdliyi Məktəbini bitirdikdən sonra bir müddət Nuxada restoran müdiri işləyib.
1967 – 1980-ci illərdə Bakıda Fəvvarələr meydanının yanında Tədris Pedaqoji Kitab Mağazasının[q 1] direktoru olub[1].
1980 – 1985-ci illərdə Bakıdakı ilk Kitab Evinin direktoru olub[2]. Kitab evinin direktoru olduğu müddətdə xarici ölkələrdə keçirilmiş beynəlxalq səviyyəli kitab sərgilərində Azərbaycanı təmsil edib.
1985-ci ildən həyatının sonuna qədər İçəri Şəhərdə Qız qalasının yaxınlığında yerləşən kitab mağazasının – İçəri Şəhər kitab evinin direktoru olub.
2005-ci ildə işlədiyi mağazanı özəlləşdirib və əvvəlki təyinatı üzrə istifadə edib.
Publisistik fəaliyyəti
2013-cü ildə “Kitab əhlinin sərrafı oldum” kitabı “Elm” nəşriyyatında çap olunub. Əsərdə onun ədəbiyyat sahəsindəki fəaliyyəti, həyatla bağlı özünəməxsus fikirləri, düşüncələri, tanınmış şəxsiyyətlər və baməzə adamlarla bağlı xatirələri, o cümlədən mətbuatda onun haqqında çap olunmuş yazılar yer alıb.
Vəfatı
11 fevral 2019-cu il tarixdə – 79 yaşında, Bakıda vəfat edib. 2 gün sonra – 13 fevralda, Azərbaycanın aparıcı xəbər saytlarında “Bakının ən məşhur kitabçısı vəfat edib” başlığı altında onun vəfatı xəbəri yayılıb[3].
İstinadlar və qeydlər
- ↑ Məhəmməd Türkmən. "Kitabsevən gənclərin Elman dayısı - 30 ilin kitab aşiqi". https://musavat.com/ (azərb.). "Yeni Müsavat" qəzeti. 17 Jun 2017 tarixində arxivləşdirilib.
- ↑ Sitat səhvi: Invalid
<ref>
tag; no text was provided for refs namedmusavat.com
- ↑ A.Qorxmaz (13.02.2019). "Bakının ən məşhur kitabçısı vəfat edib". https://modern.az/ (azərb.). modern.az. 14 Feb 2019 - 5 Aug 2020 tarixində arxivləşdirilib.
Şablon:Yaxşı məqalə
Sitat səhvi: <ref>
tags exist for a group named "q", but no corresponding <references group="q"/>
tag was found