"Elman Mustafayev (kitab satıcısı)" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 1: | Sətir 1: | ||
− | [[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]] | + | [[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəkidən çıxmış şair və yazıçılar]] |
{{Şəxs | {{Şəxs | ||
|Adı = Elman Mustafayev | |Adı = Elman Mustafayev | ||
Sətir 77: | Sətir 77: | ||
# {{cite web | last =|url=https://musavat.com/news/kitabseven-genclerin-elman-dayisi-30-ilin-kitab-asiqi-fotolar_427179.html |title=Kitabsevən gənclərin Elman dayısı - 30 ilin kitab aşiqi |author=Məhəmməd Türkmən |date= |website=https://musavat.com/ |publisher="Yeni Müsavat" qəzeti |language=az |accessdate= |archiveurl =https://web.archive.org/web/20170617013403/https://musavat.com/news/kitabseven-genclerin-elman-dayisi-30-ilin-kitab-asiqi-fotolar_427179.html |archivedate =17 Jun 2017 |ref = harv}} | # {{cite web | last =|url=https://musavat.com/news/kitabseven-genclerin-elman-dayisi-30-ilin-kitab-asiqi-fotolar_427179.html |title=Kitabsevən gənclərin Elman dayısı - 30 ilin kitab aşiqi |author=Məhəmməd Türkmən |date= |website=https://musavat.com/ |publisher="Yeni Müsavat" qəzeti |language=az |accessdate= |archiveurl =https://web.archive.org/web/20170617013403/https://musavat.com/news/kitabseven-genclerin-elman-dayisi-30-ilin-kitab-asiqi-fotolar_427179.html |archivedate =17 Jun 2017 |ref = harv}} | ||
# {{cite web | last =|url=https://modern.az/az/news/191953 |title=Bakının ən məşhur kitabçısı vəfat edib|author= A.Qorxmaz|date=13.02.2019 |website=https://modern.az/ |publisher=modern.az |language=az |accessdate= |archiveurl =https://web.archive.org/web/20190220071751if_/https://modern.az/az/news/191953#gsc.tab=0 |archivedate =14 Feb 2019 - 5 Aug 2020 |ref = harv}} | # {{cite web | last =|url=https://modern.az/az/news/191953 |title=Bakının ən məşhur kitabçısı vəfat edib|author= A.Qorxmaz|date=13.02.2019 |website=https://modern.az/ |publisher=modern.az |language=az |accessdate= |archiveurl =https://web.archive.org/web/20190220071751if_/https://modern.az/az/news/191953#gsc.tab=0 |archivedate =14 Feb 2019 - 5 Aug 2020 |ref = harv}} | ||
+ | |||
+ | {{Yaxşı məqalə}} | ||
{{Eyni ad-soyadlı|Elman Mustafayev}} | {{Eyni ad-soyadlı|Elman Mustafayev}} | ||
− | |||
− | |||
[[az:Elman dayı]] | [[az:Elman dayı]] |
04:06, 12 fevral 2021 versiyası
Elman Mustafayev | |
---|---|
Mustafayev Elman | |
Elman Mustafayev, 2017-ci il. | |
Doğum tarixi | 4 yanvar 1940 |
Doğum yeri | Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 11 fevral 2019 (79 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
İxtisası | kitab-əmtəəşünaslıq və biblioqrafiya |
Təhsili |
Bakı Ticarət-Kulinar Şagirdliyi Məktəbi S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, kitabxanaçılıq fakültəsi (axşam şöbəsi) |
Fəaliyyəti | kitab satıcısı |
Elman Mustafayev – Bakının məşhur kitab satıcısı; 50 ildən artıq bir müddətdə kitab satışı ilə məşğul olmuşdur.
Haqqında məlumatlar
4 yanvar 1940-cı il tarixdə Nuxada anadan olub.
Təhsili
Nuxada orta məktəbi bitirib.
Bakı Ticarət-Kulinar Şagirdliyi Məktəbində,
S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində (axşam şöbəsi) təhsil alıb.
Əmək fəaliyyəti
Bakı Ticarət-Kulinar Şagirdliyi Məktəbini bitirdikdən sonra bir müddət Nuxada restoran müdiri işləyib.
1967 – 1980-ci illərdə Bakıda Fəvvarələr meydanının yanında Tədris Pedaqoji Kitab Mağazasının[q 1] direktoru olub.
1980 – 1985-ci illərdə Bakıdakı ilk Kitab Evinin direktoru olub. Kitab evinin direktoru olduğu müddətdə xarici ölkələrdə keçirilmiş beynəlxalq səviyyəli kitab sərgilərində Azərbaycanı təmsil edib.
1985-ci ildən həyatının sonuna qədər İçəri Şəhərdə Qız qalasının yaxınlığında yerləşən kitab mağazasının – İçəri Şəhər kitab evinin direktoru olub.
2005-ci ildə işlədiyi mağazanı özəlləşdirib və əvvəlki təyinatı üzrə istifadə edib.
Publisistik fəaliyyəti
2013-cü ildə “Kitab əhlinin sərrafı oldum” kitabı “Elm” nəşriyyatında çap olunub. Əsərdə onun ədəbiyyat sahəsindəki fəaliyyəti, həyatla bağlı özünəməxsus fikirləri, düşüncələri, tanınmış şəxsiyyətlər və baməzə adamlarla bağlı xatirələri, o cümlədən mətbuatda onun haqqında çap olunmuş yazılar yer alıb.
Vəfatı
11 fevral 2019-cu il tarixdə – 79 yaşında, Bakıda vəfat edib. 2 gün sonra – 13 fevralda, Azərbaycanın aparıcı xəbər saytlarında “Bakının ən məşhur kitabçısı vəfat edib” başlığı altında onun vəfatı xəbəri yayılıb[1].
Qeydlər
- ↑ İndi həmin yerdə Prezident Kitabxanası yerləşir.
İstinadlar
- ↑ A.Qorxmaz (13.02.2019). "Bakının ən məşhur kitabçısı vəfat edib". https://modern.az/ (azərb.). modern.az. 14 Feb 2019 - 5 Aug 2020 tarixində arxivləşdirilib.
Ədəbiyyat
- Məhəmməd Türkmən. "Kitabsevən gənclərin Elman dayısı - 30 ilin kitab aşiqi". https://musavat.com/ (azərb.). "Yeni Müsavat" qəzeti. 17 Jun 2017 tarixində arxivləşdirilib.
- A.Qorxmaz (13.02.2019). "Bakının ən məşhur kitabçısı vəfat edib". https://modern.az/ (azərb.). modern.az. 14 Feb 2019 - 5 Aug 2020 tarixində arxivləşdirilib.